09 İyun 2012 01:06
439
CƏMİYYƏT
A- A+
Qarabağın igid oğlu

Qarabağın igid oğlu

 

O gün Ağdamda bayram idi. Farizin doğma rayona gəlişi Qarabağın bu dilbər guşəsində qeyri-adi bir ovqat yaratmışdı. Onu Xaçın çayının sahilində, Ağdamın giriş qapısında qarşıladılar. Fariz Qarabağ savaşında şəhid olmuş döyüşçü dostlarının xatirəsinə böyük ehtiramın ifadəsi olaraq ucaldılmış abidə kompleksini ziyarət etdi, abidənin önünə tər çiçək dəstələri düzdü. Sonra onu sonsuz sevgi ilə qarşılayan həmyerlilərinin müşayiəti ilə qədim Sultanbud təpəsinin zirvəsində inşa edilmiş Bayraq meydanına qalxdı. Ağdamlıların, bütün qarabağlıların qürur mənbəyinə çevrilmiş Fariz Məmmədov üçrəngli bayrağımızın dalğalandığı ucalıqdan doğma yurdu, işğal altındakı ərazilərimizi seyr etdi. 1992-1993-cü illərdə silaha sarılıb erməni işğalçılarına qarşı döyüşdüyü yerlər buradan çox aydın görünürdü...

Fariz Məmmədov Quzanlı Olimpiya Kompleksində onu gözləyən həmyerliləri ilə görüşdən əvvəl qəsəbənin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ehtiramla ziyarət etdi, abidənin önünə tər qızıl güllər qoydu.

...Olimpiya İdman Kompleksinin geniş zalı Farizsevərlərlə dolu idi. Məşhur erməni boksçusunu qarşısında diz çökdürən qarabağlı balasını kim sevməzdi ki! Fariz Məmmədovun həyatı və idman fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verildi. May ayının 12-də Farizin erməni boksçusu Yeqişe Tomazyanla Almaniyanın Vaysvalden şəhərində keçirdiyi döyüşün videolenti nümayiş etdirildi. Dördüncü raundda məşhur erməni boksçusunu nakauta salan Fariz öz idman karyerasında ən önəmli qələbəsini qazandı. Ona görə ən önəmli deyirik ki, bu məsul görüşdən sonra Fariz Məmmədov bildirmişdi ki, mən bu qələbəni idmançı kimi yox, azərbaycanlı kimi qazanmışam. Ermənilərin dağıdıb viran qoyduğu kəndlərin, qətlə yetirdiyi uşaqların, qadınların, törətdiyi vəhşiliklərin qisasını almaq üçün bu şansı qaçıra bilməzdi və qaçırmadı da. Ona rəqib kimi yox, düşmən kimi baxırdı.

Ağdam Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə gerçəkləşən, Quzanlı Olimpiya İdman Kompleksində bizə sevinc yaşadan Fariz Məmmədovla görüş hər kəsin qəlbini riqqətə gətirmişdi. İcra başçısı Nizami Sadıqov ikiqat dünya çempionu olan Fariz haqqında səmimi fikirlərini dilə gətirdi:

 - Sağ ol, Fariz, sən bizlərə qələbənin xoş müjdəsini verdin. Biz qarabağlılar inanırıq ki, möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, prinsipial mövqeyi, müdrik siyasəti tezliklə erməniləri diz çökdürəcək. Biz idmanda olduğu kimi, döyüşdə də qalib gələcəyik. Sən bu möhtəşəm döyüşünlə, erməni idmançısını nakautla məğlub etməyinlə bütün qarabağlıların düşmənə sonsuz nifrətlə alışıb-yanan qəlbinə su səpdin, Qarabağ gəncliyinə örnək oldun, canlı nümunə göstərdin. Bütün bunlara görədir ki, həmyerlilərin səni Ağdamın fəxri vətəndaşı elan ediblər. Sənə yeni-yeni uğurlar arzulayır, yeni qələbələr gözləyirik.

Zalı titrədən sürəkli alqışlarla mikrafona yaxınlaşan Fariz Məmmədov bu doğma münasibətə, səmimi qarşılanmaya görə minnətdarlıq etdi. Dedi ki, iki dəfə dünya çempionu kürsüsünə qalxmışam. Ən çətin, ən həlledici məqamda doğma torpağımdan güc almışam. Hər uğurum üçün elimə-obama borcluyam. Həmişə çalışmışam ki, Ağdama layiqli oğul olum. Doğma yurdumun yaralarına məlhəm olum.

Farizin idman uğurlarının siyahısı çox böyükdür. Parlaq qələbələrinin sayı-hesabı yoxdur. 1980-ci ildə Ağdam şəhərində doğulan Farizin indi böyük şöhrəti var. On dəfə peşəkar boks üzrə dünya reytinqli yarışlarda qalib olmuşdur. Sankt-Peterburq şəhərində dünya çempionu Raman Labaçevi və Rafiq İsayevi, Madriddə Alvaro Mareri nakautla məğlub etmişdir. Ən möhtəşəm qələbəni isə iki dəfə dünya çempionu Fransisko Qualon üzərində qazanmışdır. 2004-cü il mayın 2-də keçirilən dünya çempionatında ispaniyalı Qualonu 4-cü raundda nakauta salaraq dünya çempionu adını qazanmışdır. Latın amerikalı boksçu Rudi Enkernation üzərində qələbə Farizin şöhrətini daha da artırmışdır.

Bu gün qarabağlılar, bütün Azərbaycan Farizlə fəxr edir.

 

Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BƏƏ səhralaşmaya qarşı mübarizəni gücləndirir

12:16
17 İyun

Xəzər dənizində zəlzələ qeydə alınıb

12:09
17 İyun

“Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

12:03
17 İyun

Azərbaycan ilə Çad arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib  

11:58
17 İyun

İran xam neft ixracına başlayıb

11:49
17 İyun

Daşkənd Forumunda Azərbaycanın yaşıl enerji və investisiya potensialı təqdim olunub

11:43
17 İyun

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Azərbaycan arasında 295 milyon dollarlıq sazişlər imzalanıb  

11:40
17 İyun

Bu ilin beş ayında müavinət alanların sayı açıqlanıb

11:37
17 İyun

Osama Fqeeha: Son onilliklərdə quraqlıqların tezliyi və intensivliyi artıb

11:36
17 İyun

Baş icraçı direktor: Biz Azərbaycanda İslam maliyyəsinin inkişafının şahidiyik

11:35
17 İyun

Bu ilin beş ayında sığortaedənlərin sayı açıqlanıb

11:21
17 İyun

Sami Əl-Suvaylem: Hazırda qlobal İslam maliyyə sənayesinin dəyəri təxminən 4 trilyon dollardır  

11:16
17 İyun

Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib

11:07
17 İyun

İİB rəsmisi: Quraqlığa qarşı mübarizə üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir

11:07
17 İyun

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

11:01
17 İyun

“Sabah”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşir

10:57
17 İyun

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində 4,7 milyard dollar dəyərində müqavilələr imzalanacaq  

10:48
17 İyun

Baş nazir Əli Əsədov Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub

10:41
17 İyun

Dünya çempionatı: Avstriya millisi İordaniyanı məğlub edib

10:39
17 İyun

BMT üzv dövlətləri minaları qadağan edən müqaviləyə əməl etməyə çağırıb  

10:31
17 İyun

Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

10:23
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!