28 İyul 2024 03:06
1208
İQTİSADİYYAT
A- A+
Qarabağa müntəzəm uçuşlar başlayıb

Qarabağa müntəzəm uçuşlar başlayıb

 

Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyanın inkişafının yeni mərhələsidir

 

İyulun 17-dən etibarən "Azərbaycan Hava Yolları" Bakıdan Füzuliyə və əks istiqamətdə müntəzəm reyslərə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycanın milli aviadaşıyıcısı AZAL jurnalistlər üçün Qarabağa press-tur təşkil edib.

AZAL-ın Mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov bildirib ki, bu, iftixar hissi doğuran böyük hadisədir. Çünki milli aviadaşıyıcı tarixində ilk dəfədir ki, Qarabağa müntəzəm uçuşlar yerinə yetirir. Füzuliyə uçuşların həyata keçirilməsi ölkəmizin mülki aviasiyasının inkişafında yeni mərhələdir. Reyslər vətəndaşlarımıza Qarabağın incisi olan Şuşaya, Laçına və digər ərazilərə daha sürətli və rahat şəkildə səfər etmək imkanı yaradacaq. Füzuliyə müntəzəm uçuşlar Böyük qayıdış dövlət proqramının həyata keçirilməsinə töhfə verməklə yanaşı, regionun turizm və iqtisadiyyatının inkişafı üçün yeni perspektivlər açacaq.

F.Hüseynov qeyd edib ki, Bakı-Füzuli-Bakı marşrutu üzrə reyslər həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günləri həyata keçirilir. Uçuş müddəti 50 dəqiqə təşkil edir.

AZAL-ın nümayəndəsi bildirib ki, aviabilet əldə etmək üçün yolumuzqarabaga.az portalına daxil olub icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Bu kod AZAL-ın rəsmi saytı və ya tətbiqindən bilet alarkən təsdiq üçün tələb olunur. Nəzərə alınmalıdır ki, Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə, aviabiletləri yalnız Bakı-Füzuli-Bakı marşrutu üzrə və yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən, Bakı-Füzuli/Füzuli-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti bir tərəfə 78 manat məbləğində müəyyən edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir. Sözügedən istiqamətdə səyahət edən 2 yaşından 12 yaşınadək uşaqlar üçün tətbiq olunan tarifdən 25 faiz, 0-2 yaşında körpələr üçün isə tətbiq olunan tarifdən 90 faiz güzəştlər nəzərdə tutulub.

Füzuliyə aviabilet əldə edərkən aşağıdakı məqamlara diqqət yetirilməlidir:

- Qarabağa giriş xüsusi icazə tələb etdiyinə görə, aviabiletləri yalnız Azərbaycan vətəndaşları əldə edə bilərlər.

- Aviabilet əldə etmək üçün ilk növbədə yolumuzqarabaga.az portalına daxil olaraq müvafiq bölmədən icazə prosesini keçmək və xüsusi kod əldə etmək lazımdır. Daha sonra AZAL saytına və ya mobil tətbiqinə keçid alaraq həmin kodu və FİN nömrəsini daxil edib icazəni təsdiq etdikdən sonra bilet əldə etmək mümkündür. Verilmiş icazə kodunun müddəti 1 aydır. Bu müddət ərzində aviabilet alıb Qarabağa səfər etmək olar.

Aviabilet yalnız hər iki istiqamətdə və yalnız Bakı-Füzuli-Bakı marşrutu üzrə əldə oluna bilər.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!