23 Fevral 2024 09:20
6225
Mədəniyyət
A- A+
Qarabağ xanlığının sonuncu hökmdarı

Qarabağ xanlığının sonuncu hökmdarı

 

Onun həyatı tarixin qovğalarında keçdi. Mehdiqulu xan məşhur Cavanşirlər nəslindəndi. Atası İbrahimxəlil Qarabağın xanı idi. Mehdiqulu xan ana tərəfdən də xan nəslindəndi. Anası Xurşid Bəyim Gəncə xanı Cavad xanın qızı, Şahverdi xan Ziyadoğlunun nəvəsi idi.
Mehdiqulu xan Cavanşir Şuşada dünayaya göz açıb. Təvəllüdü bir sıra mənbələrdə 1763-cü il yazılıb. Ancaq Sisianovun 1805-ci ilin noyabrında verdiyi hesabatda Mehdiqulu xanın həmin vaxt otuz üç yaşı olduğu qeyd edilib. Bu məlumat onun 1772-ci ildə dünyaya gəldiyini söyləməyə əsas verir.
O, Qacarlara qarşı döyüşdə iştirak edib. 1797-ci ildə Ağa Məhəmməd şah Qacar Şuşada öldürülüb. Yaranmış qarışıqlıqdan istifadə edən Mehdiqulu xanın əmisi Mehrəli bəyin oğlu Məhəmməd bəy Qarabağda hakimiyyəti ələ keçirdi. Lakin o, xanlıq taxtında yerini möhkəmlədə bilməyib...
Mehdiqulu xan ögey qardaşı Məhəmmədhəsən ağa Cavanşirlə birgə əmisioğlu Məhəmməd bəyi təqib etmək üçün göndərilib.
1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında Kürəkçay müqaviləsi imzalandıqdan sonra Mehdiqulu xana Rusiya imperiyasının generalı rütbəsi verildi. Müqaviləyə əsasən, Rusiya İbrahimxəlil xanı Qarabağın xanı, oğlu Mehdiqulunu onun varisi olaraq rəsmən tanıyıb.
Atası Mehdiqulu xanı Bakı üzərinə yürüş edən Sisianova qatılmaq üçün göndərir. Amma 1805-ci il yanvarın 19-da qardaşı Məhəmmədhəsən ağanın ölümündən sonra Mehdiqulu xan Qarabağa qayıdır.
1806-cı il iyunun 12-də atası İbrahim xan Şuşa yaxınlığındakı "Xan bağı"nda 17 nəfər ailə üzvü ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi. Bu faciədən sonra Mehdiqulu rus generalı İvan Qudoviç tərəfindən Qarabağın yeni xanı olaraq tanındı.
Həmin il sentyabrın 10-da Rusiya imperatoru I Aleksandr "Mehdiqulu xana ali sərəncam və Qarabağ əhlinə vədlər" adlı fərman imzaladı. Fərmanda Qarabağ xanı kimi təsdiq edilən Mehdiqulu xana hakimiyyət rəmzi kimi fəxri bayraq və qılınc göndərilməsi qeyd olundu. Həmin bayraq bir il sonra - 1807-ci ildə Mehdiqulu xana təqdim edildi.
Mehdiqulu xan 1806-cı il sentyabrın 13-də rəsmən xanlığa başladı. Noyabrda 11-də Mehdiqulu xan Tiflisə səfər etdi. İvan Qudoviçlə görüşdü. Rus imperatoru I Aleksandra sadiq qalacağına and içdi. 1807-ci il yanvarın 7-də xarici işlər naziri Andreas Eberhard fon Budburqun əmri ilə İvan Qudoviç tərəfindən kraliyyət insiqniası ilə mükafatlandırıldı.
Tarixi mənbələrdə qeyd olunur ki, Zaqafqaziyada müsəlman əyalətlərinin rəisi general V.Q.Madatovun təzyiqi və araqarışdırıcı hərəkətləri nəticəsində Mehdiqulu xan Qarabağı tərk edərək İrana qaçır. 
Mehdiqulu xan 1827-ci il iyunun 8-də İvane Abxazi və Mirzə Adıgözəl bəyin vasitəçiliyi ilə Rusiya ilə münasibətləri yenidən düzəltdikdən sonra Qarabağa qayıtdı. 
Qarabağ xanlığı 1822-ci ildə ləğv olunsa da, Mehdiqulu xanın titulu saxlanıldı. Adı tarixə Qarabağ xanlığının sonuncu xanı kimi yazılmış Mehdiqulu xan Cavanşir ömrünün qalan hissəsini Şahbulaq yaxınlığında yaşadı. O, 1845-ci il mayın 14-də dünyadan köçdü. Ağdamda ailə məzarlığı olan İmarət qəbiristanlığında torpağa tapşırıldı.
1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlarının fəxri bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiqləmişdi. Ancaq 1845-ci ildə Mehdiqulu xan vəfat edəndən sonra Qarabağın idarəçiliyinin rus məmurlarına tapşırılması ilə imperiya vədinə əməl etmədi.
Mehdiqulu xan Cavanşirə göndərilmiş fəxri bayraq isə sonralar mühafizə olunması üçün Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyinə təhvil verildi. 1913-1917-ci illərdə ilk dəfə ictimaiyyətə nümayiş etdirildi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə bayrağın vətənə qaytarılması istiqamətində iş aparıldı. Lakin Cümhuriyyətin süquta uğraması ilə bu məsələ həll olunmamış qaldı. 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud Şərifov bayrağın qaytarılmasına nail oldu. Hazırda bayraq Milli Azərbaycan Tarixi Muzeyində qorunur...
Mehdiqulu xanın yeganə övladı, Xan qızı kimi tanınan Xurşidbanu Natəvan Qarabağ xanlığının sonuncu vərəsəsi olsa da, ona nə xanlıq, nə də taxt-tac çatdı. Xurşidbanu Natəvanın adı şair, rəssam, xeyriyyəçi kimi Azərbaycan tarixində qaldı.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

14:11
01 Noyabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

13:54
01 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:51
01 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

13:09
01 Noyabr

Bakıda VI “Qələbə qaçışı”na start verilib

11:07
01 Noyabr

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

16:41
31 Oktyabr

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

16:40
31 Oktyabr

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

16:39
31 Oktyabr

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

15:25
31 Oktyabr

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

15:24
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!