17 Yanvar 2026 08:15
704
CƏMİYYƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi fəallıq yüksəlir

Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi fəallıq yüksəlir


Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində bu gün Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa-quruculuq işləri planlı şəkildə və yüksək templə icra olunur. Dövlət başçısının şəxsi nəzarəti ilə həyata keçirilən layihələr çərçivəsində infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin müasir standartlara uyğun salınması və mühəndis-kommunikasiya sistemlərinin yaradılması sürətlə təmin edilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz, mərhələli və ləyaqətli şəkildə qayıdışı üçün hərtərəfli şərait yaradılır.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, həyata keçirilən tədbirlər yalnız yolların, yaşayış məntəqələrinin inşası və kommunal şəbəkələrin bərpası ilə məhdudlaşmır. Bölgənin hərtərəfli inkişafı üçün kompleks yanaşma tətbiq olunur. Təhsil və səhiyyə müəssisələrinin inşası, sosial xidmətlərin təşkili, məşğulluq imkanlarının yaradılması və iqtisadi fəallığın stimullaşdırılması Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli, dayanıqlı inkişafı üçün geniş imkanlar açır. "Bu günlərdə möhtərəm Prezidentin Ağdərəyə səfəri bu yanaşmanın əyanı təzahürüdür. Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində azad olunmuş digər ərazilərimiz kimi, Ağdərə də artıq inkişaf dövrünə qədəm qoyub. Burada həyata keçirilən quruculuq işləri zamanı bölgənin inkişaf perspektivləri nəzərə alınır, bütün proses sistemli şəkildə icra olunur. Əhalinin artımı, iqtisadi fəaliyyətin genişləndirilməsi və sosial ehtiyaclar öncədən planlaşdırılır. Dövlətin məqsədi bütün bölgələrdə olduğu kimi, işğaldan azad olunan torpaqlarımızda da müasir, rahat və funksional yaşayış mühitinin formalaşdırılmasıdır", - deyə o deyib. 

Komitə sədri qeyd edib ki, bu gün Ağdərədə də kəndlərarası əlaqələr, mühəndis-kommunikasiya xətlərinin çəkilişi əsas prioritetlər sırasındadır. Yol infrastrukturunun yenilənməsi kəndlərin bir-biri ilə və regional mərkəzlərlə əlaqəsini təmin edir. Su, qaz, elektrik və rabitə şəbəkələri müasir standartlar əsasında qurulur. Eləcə də rəqəmsal idarəetmə, enerji səmərəliliyi, ekoloji yanaşmalar və sosial məkanların optimallaşdırılması müasir tələblərə uyğun formada həyata keçirilir.

Ş.İsmayılov dövlət başçısının Ağdərəyə səfəri çərçivəsində 14,7 meqavat gücündə olan "Qozlukörpü" Su-Elektrik Stansiyasının istifadəyə verildiyini xatırladaraq deyib ki, bu, "yaşıl enerji zonası"na çevrilən regionun enerji təhlükəsizliyinə, ekoloji cəhətdən təmiz enerji istehsalına mühüm töhfə verir: "Azad olunmuş ərazilərdə sənaye müəssisələrinin yaradılması istiqamətində də çoxşaxəli işlər həyata keçirilir. Bu xüsusda Ağdərə rayonunda "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyətə başlamasını xüsusi qeyd etmək istərdim. İşğaldan azad edilmiş ərazilərdə dağ-mədən sənayesi üzrə fəaliyyət göstərən ilk müəssisədə təxminən min nəfər daimi işlə təmin olunub. Bu cür layihələr həmçinin bölgədə yeni iqtisadi mərkəzlərin formalaşmasına, məşğulluğun artmasına yol açır". 

Komitə sədri qeyd edib ki, bütün genişmiqyaslı və ardıcıl tədbirlərin nəticəsi olaraq bu gün işğaldan azad edilmiş torpaqlarda həyat tədricən bərpa olunur, sosial və iqtisadi fəallıq yüksəlir. Dövlətin yaratdığı təhlükəsiz və müasir yaşayış mühiti insanların doğma yurdlarına qayıdışını sürətləndirir, bölgədə dayanıqlı məskunlaşma təmin olunur. Görülən işlərin nəticəsidir ki, hazırda 73 min insan azad edilmiş torpaqlarda yaşayır, çalışır və təhsil alır ki, bu da həyata keçirilən siyasətin real nəticələr verdiyini aydın şəkildə nümayiş etdirir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş "dəyirmi masa" keçirilib

08:10
03 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb

08:05
03 Aprel

Bizi birləşdirən təkcə kökümüz deyil

08:00
03 Aprel

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb 

19:42
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!