13 Sentyabr 2023 10:30
1132
İQTİSADİYYAT
A- A+
Qarabağ və Şərqi Zəngəzurda dəmir yolları da sürətlə bərpa edilir

Qarabağ və Şərqi Zəngəzurda dəmir yolları da sürətlə bərpa edilir

Zəngəzur dəhlizinə beynəlxalq maraq azalmır

 

Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı ölkəmizin dəmir yolları infrastrukturuna da böyük ziyan vurub. Hesablamalara görə, dəyən ziyanın məbləği  45 milyon 60 min dollar məbləğində qiymətləndirilir.
30 ilə yaxın bir dövrdə Azərbaycanın dəmir yollarının 240,4 kilometri işğal altında olmuşdur. Belə ki, həmin dövrdə Horadiz-Ordubad sahəsinin 144 kilometri, (o cümlədən Mehri rayonu üzrə 43,4 kilometr), Mincivan-Oratan xətti üzrə 39,1, Təzəkənd-Xankəndi xətti istiqamətində 51, Qazax-Barxudarlı xətti üzrə 6,3 kilometr yol düşmən tərəfindən işğal edilmiş sahədə qalmışdır.
İndi torpaqlarımız kimi dəmir yolları da düşmən işğalından azad edilib. Hazırda ermənilər tərəfindən dağlıdılmış dəmiryol xətləri, stansiyalar və körpülər bərpa olunur, dövlət başçısının tapşırığına əsasən, bölgənin dəmir yolu xətlərinin yenidən qurulması istiqamətində mühüm işlər görülür. Hazırda  "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətlərinin yenidən qurulması, həmçinin Füzuli-Şuşa yeni dəmir yolu xəttinin çəkilməsi istiqamətində işlər davam edir.
Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən, yenidən qurulması işlərinə başlanılan Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 kilometrə bərabərdir. Layihə çərçivəsində birxətli dəmir yolu xətti üzrə hazırda fəaliyyətdə olan Bərdə və Köçərli stansiyaları təmir ediləcək, Təzəkənd və Ağdam stansiyaları isə yenidən tikiləcək. Həmçinin yol üzrə 114 süni mühəndis qurğusunun tikintisi də nəzərdə tutulur. Hazırda dəmir yolu xəttinin Bərdə-Köçərli-Təzəkənd istiqaməti üzrə layihələndirmə və üst quruluşunun söküntüsü işləri tamamlanıb, torpaq yatağının, üst quruluşu elementlərinin, süni qurğuların tikintisi və Təzəkənd-Ağdam istiqaməti üzrə layihələndirmə işləri aparılır. 
2021-ci il fevralın 14-də təməli qoyulmuş Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 kilometrə bərabərdir. Birxətli dəmir yolu 8 stansiyadan ibarət olacaq. Həmçinin layihə çərçivəsində ümumilikdə 300-ə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Horadiz stansiyası ilə yanaşı, digər 7  - Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Mincivan, Bartaz və Ağbənd stansiyaları tamamilə yenidən tikiləcək. Hazırda dəmir yolu xətti bütövlükdə dron vasitəsilə topoqrafik plana alınıb, konseptual planı hazırlanıb, minalardan təmizlənmiş 39 kilometrlik hissəsində torpaq yatağının hazırlanması, həmçinin süni qurğuların tikintisi işləri həyata keçirilir.
Füzuli-Şuşa istiqamətində ilk dəfə inşa ediləcək birxətli elektrikləşdirilmiş dəmir yolu xəttinin ox üzrə uzunluğu 83,4 kilometrə bərabərdir. Layihə çərçivəsində iki yeni - Füzuli və Şuşa stansiyalarının, habelə 200-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi planlaşdırılır. Hazırda dəmir yolu xəttinin trassasının ümumilikdə topoqrafik  tədqiqat işləri tamamlanmışdır və süni mühəndis qurğularının layihələndirilməsi işləri görülür.
İcrasına başlanılan layihələrlə yanaşı, azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün ADY-nin mütəxəssisləri tərəfindən yeni istiqamətlər araşdırılır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir. Xəttin ilkin konseptual layihəsi hazırlanıb. Ox üzrə uzunluğu 88,8 kilometrə bərabər bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir.
Zəngəzur dəhlizinin açılması demək olar ki, dünyada gedən mühüm siyasi-iqtisadi proseslərin tərkib hissəsidir. Təsadüfi deyil ki, həmin dəhlizin fəaliyyətə başlaması Çin-ABŞ münasibətlərində Tayvan məsələsi qədər əhəmiyyət daşımağa başlayıb. Rusiya Federasiyasının nəqliyyat naziri A.Overçükun "Ermənistan-Azərbaycan arasında gərginlik azalan kimi Zəngəzur dəhlizi ilə bağlı danışıqlar bərpa ediləcək" bəyanatı boş yerə verilməyib. Bu marşrutun açılmasında şimal qonşumuz da maraqlıdır. Belə ki, Rusiya-Ukrayna müharibəsi  bu ölkənin dünya bazarına çıxan yolunu bağlayıb. O üzdən Rusiya Şimal-Cənub marşrutunun və Zəngəzur dəhlizinin açılmasına tələsir. Hindistanda keçirilən G-20-lərin sammitində Avropa bazarlarına çıxışı üçün Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması barədə razılıq əldə olunub. Layihənin icrası üçün Hindistandan Avropaya BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya və İsrail ərazisindən dəmiryol xətti, həmçinin liman infrastrukturunun qurulması nəzərdə tutulur. Həmin layihə İran və Ermənistanın marşrutun ərazilərindən keçməsi barədəki ümidlərini puça çıxartdı. Bundan sonra Çinin Orta dəhlizə, xüsusilə Zəngəzur dəhlizinin açılmasına marağı daha da artacaq. Çünki Çin Hindistanla həm siyasi, həm də iqtisadi sahədə rəqabət aparır. Hər iki ölkə  Avropa bazarına rahat marşrut axtarışındadır.
Məlum olduğu kimi, Fransa Ermənistana Zəngəzur dəhlizinin açılmaması üçün siyasi təsir göstərir. Bu yaxınlarda həmin ölkənin "qarın ağrısı" bəlli oldu.  Sən demə, Fransa "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətini 99 illiyə icarəyə götürmək və ya özəlləşdirilməsini istəyirmiş. Əvvəla, adından məlum olduğu kimi bu dövlət qurumu qapalıdır, yəni özəlləşdirməyə çıxarıla bilməz. İkincisi, Azərbaycan dövləti belə strateji obyekti Fransa kimi ermənipərəst siyasət yürüdən ölkəyə verə bilməz. Çünki bu yolla Fransa Orta dəhlizdə və Şimal-Cənub marşrutunda qovşaq rolunu oynayan "Azərbaycan Dəmir Yolları" QSC-ni ələ keçirməklə həmin marşrutları nəzarətə götürmək istəyir. Azərbaycan dövləti Fransanın bu istəyinə təbii ki, "yox" deyib. Hazırda baş verən bütün siyasi hoqqabazlıqların kökündə  təkcə erməni sevgisi deyil, həm də bu faktor dayanır.
Bu üzdən dövlətimiz işğaldan azad edilən ərazilərdəki dəmir yollarının sürətlə bərpasında maraqlıdır. Dəmir yollarının açılması ölkəmizə yüksək gəlir gətirməklə yanaşı, onun beynəlxalq aləmdəki siyasi çəkisini də artıracaq.

 

Rüstəm KAMAL,
"Azərbaycan"


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!