08 Dekabr 2023 10:15
562
Mədəniyyət
A- A+
Qarabağ Universitetinin yaradılması "Heydər Əliyev İli"nə ən yaxşı töhfədir

Qarabağ Universitetinin yaradılması "Heydər Əliyev İli"nə ən yaxşı töhfədir

 

Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işləri aparılır. Dövlət başçısı bu işlərin daha da sürətləndirilməsi, yeni struktur və müəssisələrin yaradılması ilə bağlı müvafiq sərəncamlar imzalayır, göstərişlər verir. 
Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 28-də Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalamışdır. Sərəncama əsasən, əvvəlki illər Xankəndi şəhərində fəaliyyət göstərmiş ali təhsil müəssisəsinin əsasında Qarabağ Universiteti yaradılır. Xatırladaq ki, Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub. Filial 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib. 
Qarabağ Universitetinin yaradılmasını ölkə vətəndaşları çox böyük sevgi ilə qarşıladı. Həmsöhbət olduğumuz Xocalı şəhər sakini Səriyyə Müslümqızı deyir ki, o, 1978-1982-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi şəhərindəki  filialında təhsil alıb. 
- 1978-ci ildə orta təhsilimi başa vurandan sonra Xankəndidə yerləşən Pedaqoji İnstituta üz tutdum. Ali təhsil ocağının Fizika-riyaziyyat fakültəsinə qəbul oldum. Hələ sovet hökuməti dövrundə biz azərbaycanlı tələbələr hər addımda ermənilərin nifrətini öz üzərimizdə hiss edirdik. Düzdür, qorxularından bu nifrəti açıq-aydın biruzə vermirdilər. Bütün işlərini gizlincə, pərdə arxasında görürdülər. İnstitutun böyük foyesində hamının baxması üçün televizor qoyulmuşdu. Həmin günlər televiziyalarda yalnız Moskvanın və Azərbaycanın verilişləri yayımlanırdı. Ermənilər bizə Azərbaycan televiziyasının poqramlarına baxmağa imkan vermirdilər. Biz kanalı Azərbaycan televiziyasının üstünə kökləyəndə, erməni tələbələr onu Moskva televiziyasına çevirirdilər. Biz bu münasibəti təkcə tələbələrdə deyil, erməni müəllimlərində də görürdük. 1982-ci ildə ali təhsilimi başa vurub riyaziyyat müəllimi kimi Xocalıya - bir vaxtlar oxuduğum orta məktəbə qayıtdım. 10 ildən sonra - 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçıları faciəli surətdə bizi dogma ocaqlarımızdan qovdular. Möcüzə nəticəsində sağ qaldım. 31 il Xocalının həsrətini çəkə-çəkə yaşadıq. Çox şükürlər olsun ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı erməni işğalçılarından azad etdi. Xocalının azad olunmasını eşidəndə elə bil dünyanı mənə verdilər. Aman Allah, deməli, qismətimizdə Xocalıya dönüşümüzün xoşbəxtliyini yaşamaq da var imiş. O qədər həyəcanlıyam ki, sevincimi sözlərlə ifadə etməyə  çətinlik çəkirəm. Yaşadığım bu sevinc və  xoşbəxtlik dolu anlara görə Ali Baş Komandana və Azərbaycan əsgərinə minnətdaram. Ordumuzun 8 noyabr 2023-cü ildə Xankəndidə keçirdiyi hərbi paradı böyük sevinclə izlədim. Nə yaxşı ki, çoxdan arzusunda olduğumuz günləri gördük. Azərbaycan Ordusu arzularımızı gerçəkləşdirdi. Sözün həqiqi mənasında zabit və əsgərlərimiz fəxr edilən tarix yazdılar. Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin yaradılması xəbərini də böyük sevinc hissi ilə qarşıladıq. Deməli, yaxın zamanlarda bir vaxtlar mənim də oxuduğum təhsil ocağına yeni həyat, yeni nəfəs gələcək. İnanırıq ki, Xankəndidə müstəqil ali təhsil müəssisəsinin yaradılması Qarabağın gələcək inkişafına böyük təkan verəcək.
Digər müsahibim əvvəl Xankədidəki Pedaqoji İnstitutun məzunu olmuş, hazırda Şuşa rayonu Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləyən Emeliya Əliyeva söhbətimizə qoşuldu. 
- Ağdam rayonunun Əfətli kəndində dünyaya göz açmışam.  1976-1980-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda təhsil almışam. Sonra da Xankəndidə yaşamışam. Tələbəlik illəri ömrümüzün xatirələrlə dolu olan ən unudulmaz çağlarıdır. Ömrümün dörd ili bu ali təhsil ocağında keçib. Yaxşı xatırlayıram ki, hələ o vaxtlar ermənilər bizimlə yola getmirdilər. Hər addımda azərbaycanlı tələbələri sıxışdırmağa çalışırdılar. Üzdə edə bilmədiklərini şərait yarananda gizlində edirdilər. Təkcə tələbələr deyil, erməni müəllimlər də azərbaycanlıları sevmirdilər. Onlar bizə nifrətlə baxırdılar. Amma biz onların gizlin əməllərini ara-sıra ifşa edir, bacardığımız qədər müqavimət göstərirdik. Məlum hadisələrlə bağlı olaraq Pedaqoji İnstitut 1988-ci ildə fəaliyyətini dayandırdı. Bir müddət Gəncədə, Şuşada və Ağcabədidə fəaliyyət göstərməyə başladı. Təkcə insanlar deyil, təhsil aldığım Xankəndi Pedaqoji İnstitutu da 35 ildir ki, Ağcabədidə qaçqınlıq həyatı yaşayır. Hər bir Xankəndi sakininin arzusu dogma ocağına qayıtmaq idi. İllərdən bəri həsrətlə, intizarla o xoşbəxt günü gözləyirdik. Çox şükürlər olsun ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı, həmçinin başqa şəhər və rayonlarımızı erməni işğalçılarından azad etdi. Azərbaycan müasir tarixinin ən möhtəşəm günlərini yaşayır. 8 noyabr 2023-cü ildə uzun illərdən bəri həsrətini çəkdiyimiz Xankəndi şəhərində hərbi parad keçirildi. Zəfərimizin 3 illiyinə həsr olunmuş hərbi paradı sevinc dolu göz yaşları ilə izlədik. Ali Baş Komandanın çıxışını böyük məmnunluqla dinlədik. Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ Universitetinin yaradılmasını isə hamımız sevinclə qarşıladıq. Bu münasibətlə mən bütün Azərbaycan xalqını, Xankəndi sakinlərini, Pedaqoji İnstitutun məzunlarını təbrik edirəm. İnanırıq ki, Qarabağ Universiteti təhsilimizin inkişafında mühüm rol oynayacaq. Qarabağ Universitetinin yaradılmasına, ümumiyyətlə, Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə bütün həmkarlarım adından Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Xankəndidə Qarabağ Universitetinin yaradılması "Heydər Əliyev İli"nə çox mühüm bir töhfədir. Əminlik hissi ilə deyə bilərik ki, yeni tədris ilindən məzunlarını qəbul edəcək Qarabağ Universiteti ölkəmiz üçün ixtisaslı, peşəkar kadrlar hazırlayacaq, türk dünyasının ən qabaqcıl təhsil ocaqlarından biri olacaq. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!