27 May 2025 20:24
1084
PARLAMENT
A- A+
Qarabağ Universitetinin tələbələri Milli Məclisdə olublar

Qarabağ Universitetinin tələbələri Milli Məclisdə olublar

Mayın 27-də Milli Məclisdə 28 May - Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda Konstitusiya quruculuğunun keçdiyi tarixi yola nəzər salınıb, Ulu Öndərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanmasında, konstitusion quruluşunun bərqərar olunmasında müstəsna xidmətləri barədə slaydlarla müşayiət edilən təqdimat nümayiş olunub.

Azərbaycanın konstitusiya quruculuğunda Ulu Öndər Heydər Əliyevin müstəsna rolu vurğulanaraq, onun Azərbaycana rəhbərlik etdiyi illər xalqımızın milli mənlik, dövlətçilik şüurunun güclənməsi, tarixi ənənələrinin, mənəvi sərvətlərinin bərpası, iqtisadi, mədəni yüksəlişi dövrü kimi xarakterizə olunub.

Vurğulanıb ki, Azərbaycanın çətin və mürəkkəb dövründə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdanda Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq qüdrətli dövlət quruluşu və sürətli inkişaf yoluna qədəm qoyub. Bildirilib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanması və qəbul olunmasıdır.

Diqqətə çatdırılıb ki, ölkəmizin əsas qanununda dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması ali niyyət kimi bəyan edilib. Vurğulanıb ki, Ulu Öndərin o dövrdə verdiyi bəyanatlarından birində deyildiyi kimi, yeni Konstitusiya Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasına əsas verir, Azərbaycan ərazisinin bölünməzliyini bir daha bəyan edir.

Görüşdə deyilib ki, ötən dövrdə Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin başladığı işlər layiqincə davam etdirilərək, Azərbaycan Konstitusiyada bəyan edilən suverenlik, müstəqillik, demokratiya, ədalət və qanunun aliliyi yolunda böyük uğurlar, misilsiz və qürurverici qələbələr dolu böyük inkişaf yolu keçib. Bildirilib ki, İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatlarında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun rəşadəti, şəhidlərimizin fədakarlığı sayəsində ərazi bütövlüyümüzün, suverenliyimizin və ölkənin bütün ərazilərində Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpası xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.

Tədbirdə Azərbaycanın bugünkü qələbələrinin və uğurlarının təməlində Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən Heydər Əliyev ideyalarının dayandığı vurğulanıb, Ulu Öndərin ideyalarının sönməz nurunun bundan sonra da Azərbaycan xalqını yeni-yeni zəfərlərə doğru aparacağı bildirilib.

Görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov və tələbələr çıxış edərək Milli Məclislə tanışlıq üçün yaradılan şəraitə görə parlamentin sədri Sahibə Qafarovaya təşəkkür ediblər. Rektor Şahin Bayramov vurğulayıb ki, Qarabağ Universitetində təhsil alan və fəaliyyət göstərən hər kəs tarixi zəfərin bir parçasıdır. O, Qarabağ Universitetinin açılışının Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məhz 2024-cü il sentyabrın 20-də baş tutmasının rəmzi mənasından bəhs edib. Qeyd edib ki, suverenliyin tam şəkildə bərpa edildiyi torpaqlarda təhsil alan tələbələr üçün ali qanunverici orqanda “Konstitusiya və Suverenlik İli”ndə "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunmuş tədbir keçirilməsi əlamətdar və yaddaqalan hadisədir.


X X X


Tədbir çərçivəsində Qarabağ Universitetinin tələbələri parlamentin inzibati binası ilə də tanış olublar.

Bina ilə tanışlıq zamanı tələbələr Heydər Əliyevin adını daşıyan xatirə zalını ziyarət edərək, Ulu Öndərin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Plenar iclas zalında isə tələbələrə Milli Məclisin plenar iclaslarının keçirilməsindən, deputatların fəaliyyəti üçün yaradılmış iş şəraitindən bəhs edilib. Milli Məclisin foyesində isə onlar Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılmış və Vətən müharibəsində qazanılmış Qələbəyə həsr olunmuş Zəfər guşəsi ilə tanış olublar.

Görüşün sonunda tələbələrlə xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!