11 Noyabr 2022 03:27
3404
SİYASƏT
A- A+
QARABAĞ AZƏRBAYCANDIR!

QARABAĞ AZƏRBAYCANDIR!

 

Qarabağ Azərbaycandır!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin leksikonumuza gətirdiyi fəxarət dolu bu ifadəni bu gün hər birimiz qürurla söyləyirik.

Ucadan, ürəklə, ağızdolusu səsləndiririk!

Qalib ölkənin məğrur, xoşbəxt vətəndaşı kimi bütün dünyaya car çəkirik!

Ordusunu məhv etdiyimiz, özünü rəzil günə qoyduğumuz qorxaq düşmənə acıqla, qıcıqla eşitdiririk!

Bəli!

Müzəffər Ali Baş Komandan İlham Əli

yevin şücaəti və hünəri...

Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin qəhrəmanlığı...

Azərbaycan xalqının birliyi və dəyanəti, dövlətə və orduya dəstəyi sayəsində bütün dünyaya səslənirik:

Qarabağ Azərbaycandır!

***

Bu sözü söyləyə bilmək üçün çox uzun, sınaqlı və məşəqqətli yol keçdik.

Çadır şəhərciklərində yaşadıq, işsiz, çörəksiz, yayda istidə, qışda soyuqda qaldıq.

Bizim belə günə düşməyimizin səbəbkarlarından biri olan naşıların, şəxsi mənafeyini milli maraqlardan üstün tutanların, dövlət idarəçiliyindən xəbəri olmayanların yaratdıqları anarxiya, xaos və özbaşınalıq burulğanında boğulduq, olub-qalan ümidimizi itirdik.

Nə yaxşı ki, Ulu Öndərimiz geri qayıtdı, ölkəyə, dövlətə sahib çıxdı, ölmüş ümidlərimizi də diriltdi.

Təəssüf ki, əcəl Ümummilli Liderimiz Heydər Əliyevin öz planlarını tam həyata keçirməsinə imkan vermədi.

Bu siyasi kursu İlham Əliyev ləyaqətlə davam etdirdi, bütün ağırlığı və məsuliyyəti öz çiyinlərinə götürdü.

Beləliklə, müstəqil Azərbaycanın inkişafının İlham Əliyev erası başladı...

Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən işğal altındakı torpaqların qaytarılması barədə düşünür, bu istiqamətdə əməli addımlar atırdı.

Amma məsələ o qədər də asan və sadə deyildi!

* BMT-nin Təhlükəsizlik Şurası qəbul etdiyi 4 məlum qətnaməsini yerinə yetirmək istəmirdi;

* ATƏT-in Minsk qrupu mənasız sülh danışıqları, boş turist səfərləri ilə baş qatırdı;

* Düşmən sülhə gəlmək, torpaqları danışıqlar yolu ilə qaytarmaq niyyətində olmadığını açıq-aşkar bəyan edirdi;

* Beynəlxalq hüquq işləmir, beynəlxalq təşkilatlar erməni mövqeyini müdafiə edir, ikili standartlar hökm sürürdü!

Belə bir məqamda Prezident İlham Əliyev ən doğru və uzaqgörən qərarını qəbul edərək Qarabağı hərbi yolla azad etmək üçün gərgin fəaliyyətə başladı, gizli və aşkar hazırlıqlara start verdi:

* Müstəqil Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirdi;

* Hücum diplomatiyasının tətbiqinə başlanıldı və uğurlu nəticələrə nail olundu;

* Beynəlxalq qurum və təşkilatlarda Azərbaycanın haqq işinin müdafiəsi gücləndirildi, ölkəmiz özünə xeyli sayda yeni dostlar qazandı;

* Yeni gənclər nəsli tərbiyələndirilərək onların da iştirak etdiyi möhtəşəm ordu quruldu, ən yeni və müasir silahlarla silahlandırıldı;

* Xüsusi Təyinatlı Qüvvələr, yeni zabit kadrları korpusu hazırlandı;

* Azərbaycan xalqının milli birliyi yaradıldı, Azərbaycan cəmiyyəti bir yumruq halına gətirildi.

Ermənistanın yeni baş naziri Paşinyan "Qarabağ Ermənistandır və nöqtə" deyərək torpaqlarımızı geri verməyəcəklərini açıq şəkildə bəyan etdikdə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin səbir kasası daşdı.

***

Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir dövrün ən müdrik, ən uzaqgörən, nəyi nə vaxt və necə edəcəyini yaxşı bacaran dövlət başçılarından sayılır.

İlham Əliyev Paşinyanın ağzından vurmağa, ona cavab verməyə tələsmədi, bunun üçün əlverişli məqam və məkan seçdi!

Diletant erməni baş nazirə bütün dünyanın eşidəcəyi yerdə cavab verdi.

Əvvəlcə "Valday" Beynəlxalq Diskussiya Klubunda Qarabağın kimə məxsus olduğunu ermənipərəstlərin də diqqətinə çatdırdı.

Münhen Təhlükəsizlik Konfransında isə Qarabağın məhz Azərbaycana məxsus olduğunu dünyaya bəyan etdi, tarixi faktlarla sübuta yetirdi.

Həm də Ermənistanın baş nazirinin yalanlarını ifşa etdi, hamının gözü qarşısında onu məsxərəyə qoydu!

Sonra isə "dəmir yumruğ"unu düyünlədi!

***

Qudurmuş Ermənistanı yerində oturtmaq, torpaqları azad etmək üçün 27 sentyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatına başlanıldı.

Sözü ilə əməli bir olan Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın həqiqətən Azərbaycana məxsus olduğunu əməli addımları, üç cəbhədə - hərbi əməliyyatlar, diplomatiya və informasiya savaşında möhtəşəm qələbələri ilə sübuta yetirdi!

Özünün qurduğu, strategiya və taktikasını müəyyən etdiyi qalib ordusu ilə!

XXI əsrin ən yeni müharibəsini aparan Azərbaycan Ordusu 44 gün ərzində möcüzələr yaratdı:

* Düşmənə göz açmağa imkan vermədi, yerdən, göydən başına od yağdırdı, bir-birinin ardınca şəhər və kəndləri, yaşayış məntəqələrini azad etdi.

* Erməni generallarını dabanlarına tüpürərək Azərbaycandan qaçmağa məcbur etdi, Ermənistan ordusunu fərarilər, qorxaqlar dəstəsinə çevirdi.

"Dəmir yumruğ"un qarşısında tab gətirməyən düşmən yalvara-yalvara kapitulyasiya aktına qol çəkdi!

***

Artıq bütün dünya bilir ki, Qarabağı Azərbaycana yenidən Müzəffər Ali Baş Komandan İlham Əliyev qaytardı!

Düşmənin "məğlubedilməz" ordusunu məhv edərək qaytardı!

Düşmənin başını əzərək, diz çökdürərək, qaranlıq bir yerdə kapitulyasiya aktına imza atdıraraq qaytardı!

Vətənpərvər, hünərli və qeyrətli Azərbaycan əsgər və zabitlərinin kütləvi rəşadəti və qəhrəmanlığı sayəsində qaytardı!

Yetişdirdiyi yeni nəsil gənclərin təmsil olunduğu Xüsusi Təyinatlı Qüvvələrin Şuşanı yalın əllə almaları hesabına qaytardı!

Qarabağ sözün həqiqi mənasında Azərbaycan oldu!

Qarabağ əbədi Azərbaycanın oldu!

Qarabağ əsl sahibinin, bu torpağa haqqı çatanların, onun uğrunda ölümə belə gedənlərin oldu!

Bu gün biz qalib millətik!

Bu gün biz məğrur millətik!

Bu gün biz birləşərək "dəmir yumruğ"a çevrilən millətik!

Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı "dəmir yumruğ"a!

***

Artıq bütün dünya bilir - Qarabağın əsl sahibləri geriyə, doğma yurdlarına qayıdıblar!

Artıq kimsədə şübhə yoxdur ki, Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!