30 May 2023 10:07
392
İDMAN
A- A+

“Qarabağ” 10-cu dəfə  çempion olub


Misli Premyer Liqasında 2022/2023 mövsümünün qızıl medallarının sahibi Ağdamın  “Qarabağ” komandası oldu. Bir neçə tur öncə çempionluğu rəsmiləşdirən “köhlən atlar” son oyunda “Azersun Arena”da “Turan Tovuz”u 3:1 hesabı ilə məğlub edib.
Oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi mükafatlandırma mərasimi keçirilib.
 Əvvəlcə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuşa PFL tərəfindən hədiyyə təqdim olunub. Ardınca Misli Premyer Liqasında 22 qolla cari mövsümün bombardiri olan Ramil Şeydayevə xüsusi mükafat verilib. Bundan sonra “Qarabağ” komandası qızıl medallara qovuşub.
Tədbirin sonunda ağdamlılar çempionluq kubokunu başları üzərinə qaldırıb. Qeyd edək ki, bu, “Qarabağ” klubunun qazandığı 10-cu çempionluqdur.


Rizvan CƏFƏROV,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video