16 İyul 2025 11:03
987
SİYASƏT
A- A+
Qan Bankı: vətəndaş məmnunluğuna xidmət edən strateji tibbi platforma  

Qan Bankı: vətəndaş məmnunluğuna xidmət edən strateji tibbi platforma  

Dünyanın hər yerində səhiyyənin əsas vəzifələrindən biri də ehtiyacı olan xəstələrin qan və qan komponentləri ilə təminatıdır. Azərbaycanda da bu məsələ strateji tibbi xidmət kimi hər zaman diqqət mərkəzində saxlanılır. Xüsusən son dövrlərdə həyata keçirilən səhiyyə islahatları çərçivəsində qan xidmətlərinin də təkmilləşdirilməsi istiqamətində müvafiq addımlar atılmışdır. 

Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair dövlət proqramlarının icrası bu sahədə vətəndaş məmnunluğunu təmin etmişdir. Həyata keçirilən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsində mövcud olan problemlər bütövlükdə aradan qaldırılmışdır.

Azərbaycan Respublikasında qan xidmətinin institusional əsaslarla yenidən təşkili isə Prezident İlham Əliyevin “Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında 16 iyul 2024-cü il tarixli Fərmanı ilə həyata keçirilmişdir. Həmin sənədə əsasən, uzun illər Milli Hematologiya və Transfuziologiya Mərkəzinin tərkibində fəaliyyət göstərən Mərkəzi Qan Bankı ayrılaraq, Respublika Qan Bankı adı altında Səhiyyə Nazirliyinin tabeliyində publik hüquqi şəxs kimi fəaliyyətə başlamışdır.

Bu mühüm qərar dövlət səviyyəsində qan xidmətinə verilən önəmi və bu sahənin milli səhiyyə sistemində strateji rolunu açıq şəkildə ortaya qoyur. Hazırda Respublika Qan Bankı qan və qan komponentlərinə olan tələbatın ödənilməsi sahəsində fəaliyyət göstərən, qan və qan komponentlərinin tədarükünü, emalını, yoxlanılmasını, saxlanılmasını və bölüşdürülməsini təmin edən koordinasiyaedici və icraedici orqan kimi fəaliyyət göstərir. Qurumun əsas funksiyası — donor qanının qəbul edilməsi, təhlükəsizlik baxımından laborator müayinələrdən keçirilməsi, klinik göstərişlərə uyğun qan komponentlərinə emalı və ehtiyacı olan tibb müəssisələrinin qan komponentləri ilə təmin edilməsidir. 

Məqsəd həm də fəaliyyətin bütün mərhələlərində şəffaflıq, xidmət göstəricilərinin yüksəldilməsi və inkişaf etdirilməsi və risk əsaslı idarəetmənin təmin edilməsidir. Qan komponentlərinin istifadəsi yalnız klinik əsaslandırmaya əsasən həyata keçirilir və bu proseslər üzrə nəzarət Səhiyyə Nazirliyinin normativ sənədləri əsasında aparılır.

Respublika üzrə hazırda 8 regional qan bankı fəaliyyət göstərir və onlar mərkəzi strukturla inteqrasiya olunmuş şəkildə işləyir. Bu qurumlar arasında informasiya axını, ehtiyat bölgüsü və keyfiyyətə nəzarət prinsipləri vahid yanaşma ilə tənzimlənir. Regionlarda tədarük imkanlarının artırılması və fövqəladə hallarda operativ təminat məqsədilə logistika xəritəsi və ehtiyat sistemləri hazırlanır.

Qan Bankında donor qanı müasir beynəlxalq tələblərə uyğun olaraq NAT (Nucleic Acid Testing) üsulu ilə yoxlanılır, bu isə infeksiyaların erkən mərhələdə aşkarlanmasına və qan təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Bundan əlavə, donor məlumatlarının idarə olunması üçün elektron qeydiyyat sistemi və laborator informasiya platforması tətbiq olunmaqdadır.

Hazırda Respublika Qan Bankı ISO 9001:2015 beynəlxalq keyfiyyət idarəetmə sisteminə uyğunluq məqsədilə audit mərhələsindədir və bu istiqamətdə akkreditasiya prosesinə başlanılıb. Məqsəd — fəaliyyətin bütün mərhələlərində şəffaflıq, izlenebilirlik və risk əsaslı idarəetməni təmin etməkdir.

Qan komponentlərinin daşınması, saxlanması və istifadəyə verilməsi üzrə texniki şərtlər beynəlxalq transfuzion təcrübəyə uyğunlaşdırılıb, bu da səhiyyə sistemində keyfiyyətli və təhlükəsiz qan məhsullarının dövriyyəsinə zəmin yaradır.

Qan xidmətinin mərkəzləşdirilməsi təkcə texniki və təşkilati məsələ deyil, eyni zamanda ictimai və mədəni bir transformasiyadır.  Bu baxımdan Respublika Qan Bankı təkcə səhiyyə infrastrukturunun texniki dayağı deyil, eyni zamanda donorluq mədəniyyətinin formalaşdırılması, ictimai həmrəylik və vətəndaş məsuliyyətinin təşviqi baxımından strateji bir platformadır. Bu institut həm də yalnız səhiyyənin bir parçası deyil – o, həyatı təmin edən bir sistemdir. Dövlətin qan xidməti sahəsinə verdiyi önəm, bilavasitə vətəndaşın həyatına toxunan, cəmiyyətin sağlam gələcəyinə hesablanmış məsuliyyətli bir yanaşmadır.


Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!