18 Mart 2026 08:40
133
Mədəniyyət
A- A+
Qaliblər mükafatlandırılıb

Qaliblər mükafatlandırılıb


"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Neftçalada "Gələcəyin şəhəri və tarixi binalar" mövzusunda gənclər və yeniyetmələr arasında rəsm və poster müsabiqəsi keçirilib.

Müsabiqəyə təqdim olunan rəsm və posterlərdə iştirakçılar gələcəyin şəhərləri ilə bağlı baxışlarını, müasir memarlıq elementlərini və tarixi binaların qorunmasının vacibliyini yaradıcı şəkildə əks etdiriblər. 

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, müsabiqədə I, II və III yerlərin qalibləri müəyyən olunaraq diplomlarla təltif edilib, həmçinin fərqlənən iştirakçılara  təşəkkürnamələr təqdim olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənc nəslin şəhərsalma və memarlıq sahəsinə marağının artırılması, onların yaradıcılıq potensialının üzə çıxarılması, eyni zamanda tarixi memarlıq nümunələrinin qorunması və gələcək şəhərlərin inkişafı ilə bağlı düşüncələrin təşviq edilməsi olub. 


"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!