13 Sentyabr 2022 01:11
1447
SİYASƏT
A- A+
Qafqazın həlledici gücü

Qafqazın həlledici gücü

 

İkinci Qarabağ müharibəsi yalnız Ermənistanın hərbi müstəvidə darmadağın edilməsi ilə nəticələnmədi. Azərbaycan bu qələbəsi ilə saxta erməni miflərini alt-üst etdi, dünya erməniliyinin onilliklər boyu bəşəriyyətə təqdim etdiyi stereotiplərin yalan olduğunu göstərdi. Bu baxımdan 44 günlük müharibə erməni cəmiyyətinin dirçəlişi mümkün olmayan mənəvi çöküşü kimi də yadda qaldı.

 

"Dəmir yumruq" revanşistlərin niyyətlərini gözlərində qoyacaq 

 

Müharibənin başa çatmasından təxminən iki ilə yaxın vaxt ötür. Artıq Azərbaycanın haqq işini, beynəlxalq prinsiplərlə tanınmış hüquqlarını müharibə yolu ilə təmin etməsi bütün səviyyələrdə qəbul olunur. Başqa cür desək, bütün dünya, beynəlxalq təşkilatlar və dövlətlər bu müharibənin nəticələrini tanıyır, Azərbaycanın öz torpaqlarını azad etməsinə ehtiramla yanaşırlar. Müharibənin başa çatmasından sonrakı dövrün reallıqları göstərir ki, hətta erməni təəssübünü çəkən siyasi mərkəzlərin də 44 günlük savaşın nəticələrini qəbul etməkdən savayı başqa yolları yoxdur. 
Lakin maraqlıdır ki, bu günün özündə də Ermənistanda saxta erməni təfəkküründən çıxış edənlər var. Belələri hələ də beyinlərinə yeridilən saxta təxəyyüllərin reallaşacağına inanırlar. Amma onlar hələ də dərk edə bilmirlər ki, Ermənistanın işğalçılıq siyasətinə həmişəlik son qoyulub. 
Anlaya bilmirlər ki, kimlərinsə yedəyində oturub hegemonluq etdikləri, özlərini qalib kimi apardıqları dövr keçmişdə qalıb və bu, bir də baş verməyəcək. 
Bunu təsdiq edən əsas faktorlardan biri də Ermənistanın iqtisadi vəziyyətinin işğal siyasəti yürütməyə imkan verməməsidir. Digər tərəfdən mövcud beynəlxalq şəraitdə Ermənistanın hansısa xarici hərbi yardıma ümid etməsi xam xəyaldan başqa bir şey deyil. Ən mühümü odur ki, Azərbaycan onsuz da yüksək olan hərbi qüdrətini 44 günlük müharibədən sonra daha da artırır, döyüş imkanlarını daha da genişləndirir. Odur ki, Azərbaycan, onun "dəmir yumruğ"u Ermənistandakı revanşistlərin də niyyətlərini gözlərində qoyacaq. 

 

Ermənistan reallıqlara uyğunlaşmalıdır

 

Müharibədən sonrakı dövrün reallıqları da göstərir ki, bütün proseslər savaşın qalibi olan Azərbaycanın maraqlarına uyğun gedir. Ən mühümü odur ki, Bakı bütün reallıqları diktə edən tərəf kimi çıxış edir və İrəvanın bu həqiqətlərə uyğunlaşmaqdan başqa yolu yoxdur. Prezident İlham Əliyevin avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də bunu təsdiq edir.
Bununla bağlı vacib məqamlardan biri danışıqların Azərbaycanın irəli sürdüyü beş baza prinsipi üzrə aparılmasıdır. Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bugünün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumundan sonra  xarici kütləvi informasiya vasitələrinin suallarını cavablandıran Prezident İlham Əliyev beş baza prinsipinin nədən ibarət olması barədə deyib: "Birincisi, hər iki ölkənin ərazi bütövlüyünün tanınması, ikincisi, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, üçüncüsü, güc tətbiq etməmək və ya güclə hədələməmək, dördüncüsü, sərhədlərin delimitasiyası və beşincisi, kommunikasiyaların açılması.
Bunlar Azərbaycan tərəfindən Ermənistana təklif olunmuş beş baza prinsipidir və Ermənistanın baş naziri onları qəbul edib. Bu, bir daha iki gün bundan əvvəl bizim Brüsseldəki görüşümüzdə təsdiq edilib. Bizim xarici işlər nazirləri həmin beş prinsip əsasında sazişin mətni üzərində praktiki danışıqlara başlayacaqlar".

 

Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır

 

Beləliklə, sonuncu Brüssel görüşünün mühüm məqamlarından biri Azərbaycanla Ermənistan arasındakı münasibətləri nizamlayacaq sülh müqaviləsinə dair işlərin sürətləndirilməsi ilə bağlı razılığa gəlinməsidir. Bunun üçün Ermənistana təqribən iki il lazım gəldi. Görünən odur ki, Azərbaycanın yürütdüyü siyasət Ermənistanı sülhə məcbur edir. İrəvanın rəsmi dairələri də yaxşı anlayırlar ki, başqa yolları yoxdur. 
Görüşdə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və bununla bağlı Ermənistanın öhdəliyi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşları ilə əlaqədar və digər humanitar məsələlərlə bağlı irəliləyişin əldə olunması istiqamətində aparılan mühüm müzakirələr bütövlükdə prosesin müsbət dinamika ilə inkişaf etdiyini deməyə əsas verir.
Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır. Bu istiqamətdə müzakirələrdən boyun qaçırması, öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitməsi İrəvanın sülh prosesinə destruktiv yanaşması olacaq.  Bu cür gedişat isə Ermənistan üçün yaxşı heç nə vəd etmir. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!