08 Mart 2025 10:05
784
CƏMİYYƏT
A- A+
Qadınlarımızın üzlərindən təbəssüm əskik olmasın

Qadınlarımızın üzlərindən təbəssüm əskik olmasın


8 Mart Beynəlxalq Qadınlar Günü! İllərdir bütün dünya bu günü təntənə ilə, sevinclə, fərəhlə qeyd edir. Bu bayram, bu təmtəraq, bu diqqət, bu sevgi qadınlara olan hörmətin ən gözəl nümunəsidir. Bu gözəl bayramı qeyd edə-edə özümüzə suallar veririk: kimdir qadın? Bu suala cavab verərək deyirik ki, qadın  anamızdır, bacımızdır, qadın ən yaxın dostumuz və sirdaşımızdır. Qadın dünyamızın, ömrümüzün, həyatımızın, cəmiyyətimizin yaraşığı, vuran ürəyi, gücü, aparıcı qüvvəsidir. 

Qadınlar böyük qüdrətə sahib olan ilahi varlıqlardır. Yüz illərdir ki, onlar sirli-sehrli aləmləri ilə, əsrarəngizlikləri, özünəməxsusluqları, gözəllikləri, bacarıqları, igidlikləri, cəsarətləri ilə dünyamızı işığa, nura boyayırlar. Ağılları, zəkaları, fitri istedadları, hünərləri ilə Yer üzünü qoruyurlar. Dünyaya övlad gətirirlər, onları böyüdürlər, tərbiyə edirlər, ev-eşik qururlar. Elə buna görə də "Dədə Qorqud" dastanında qadın kişinin "başının baxtı, evinin taxtı" kimi dəyərləndirilib.

Təbiətin zərif varlıqları olan qadınlar bu gün cəmiyyətimizin müxtəlif sahələrində çalışırlar. Həkim, müəllim, şair, rəssam, əczaçı, xalçaçı, bankçı, kitabxanaçı, iqtisadçı və sairə. Hər gün onların uğurlarını eşidirik. Həyatımızın hər anında, hər yerində qadınları görürük. Onların varlığına, yaşamına şükürlər edirik.

Müqəddəs varlıq olan qadın sirli-sehrli bir aləmdir, mənalarla dolu bir dünyadır. Bizi daim sehrində saxlayan qadınlar rəssamların çəkdiyi əsərlərdə, şairlərin yazdığı şeirlərdə, bəstəkarların bəstələdiyi nəğmələrdə, heykəltaraşların düzəltdiyi heykəllərdə, xalçaçıların toxuduğu xalçalarda, rejissorların çəkdiyi filmlərdə böyük zövqlə tərənnüm olunurlar. Qadınların sirlərlə dolu dünyasında nələr yoxdur? Sevgi, məhəbbət, istək, şirin xəyallar, yüksək diqqət, tükənməz qayğı, insanları heyrətləndirən nəvaziş. 

Qadın xoşbəxtliyə gedən yollarda kişilərin ən etibarlı, ən sadiq, ən inamlı yol yoldaşıdır, can sirdaşıdır. Hər şeydən vacib və uca olan odur ki, qadın adı böyük hərflərlə yazılan Anadır. Bütün dünya, bütün bəşəriyyət analar qarşısında baş əyir, diz çökür, ona qibtə edir. Yer üzündə elə bir müqəddəs varlıq yoxdur ki, anadan əziz və dəyərli olsun. Ulu Öndər Heydər Əliyev həmişə qadınlara arxalandığını, onları özünün dayağı hesab etdiyini iftixarla vurğulayaraq deyirdi: "Qadın dünyadır, qadın həyatdır, insanlığı yaşadan müqəddəs varlıqdır".

Qadınları bir-birinə oxşamayan, rəngarəng güllərə, çiçəklərə də bənzədirlər. Elə buna görə də onlara güllərin, çiçəklərin adlarını qoyurlar. Tez-tez bu adları eşidirik: Bənövşə, Qərənfil, Qızılgül, Gülnarə, Nərgiz, Reyhan, Çiçək... Bu adları eşidəndə gözlərimiz qarşısında elə qadınlarımız kimi gözəl çiçəklər canlanır. Qadınlarımız da elə bu çiçəklər, güllər kimi gözəldirlər, bənzərsizdirlər.

Bəlkə də şablon səslənəcək, amma deməliyik ki, sadəlik həqiqətən də gözəllikdir! Gözəllik də elə sadəlikdən doğur. Gözəlliklə sadəlik ayrı-ayrı zamanlarda doğulsalar da, qadınların ürəyində, qəlbində birləşib doğmalaşıblar. Ona görə də qadınlarımız bu qədər gözəl, cazibədar görünürlər. Bir zamanlar Dostoyevski böyük uzaqgörənliklə "Gözəllik dünyanı xilas edəcək" yazmışdı. Kim bilir, bəlkə də qadınlarımız bu qədər gözəl, bu qədər əsrarəngiz olmasaydılar, fəlakətlər, müharibələr dünyanı çoxdan dağıtmışdı. 

Güllər, çiçəklər kimi ətirli olan qadın ürəyi böyük bir dünyadır. Bu dünyada hər şey var. Sevgi, məhəbbət, qayğı, işıq, nur, inam, ümid. Gərək onunla xoş davranasan, onu incitməyəsən, xətrinə dəyməyəsən, onu güldürəsən, sevindirəsən, günəş kimi sönməyə qoymayasan. Sevimli şairimiz Tofiq Bayram "Qadın ürəyi" şeirində sanki kişilərə məsləhət verərək yazırdı:

 

Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, əsl qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.


Qadın böyük, məğlubedilməz, bitib-tükənməyən bir qüvvədir. Bu qüvvənin qarşısında bütün pisliklər diz çökür, əyriliklər baş əyir. Qoy qadınlarımız həmişə gözəl görünsünlər. Gözəllikləri ilə dünyamızı xilas etsinlər, onu pisliklərdən, şər qüvvələrdən qorusunlar.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!