11 Yanvar 2023 03:10
875
İQTİSADİYYAT
A- A+
Qabaqtəpə arısı qayıdır

Qabaqtəpə arısı qayıdır

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Daşkəsəndə arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilmişdir.
Mərkəzi və yerli aidiyyəti icra orqanları nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə qeyd edilmişdir ki, Daşkəsən rayonu arıçılığın qədim mərkəzlərindədir. Bu sahə qədim zamanlardan daşkəsənlilərin təsərrüfat həyatında və məişətində əhəmiyyətli yer tutmuşdur. Daşkəsən rayonunun coğrafi mövqeyi,  bitki örtüyü burada arıçılığın inkişafına geniş imkanlar açır. Bildirilmişdir ki, mütəxəssislərin "qızıl arı" adlandırdıqları Qabaqtəpə arı populyasiyası eyniadlı kənd yaxınlığında formalaşdığı üçün Qabaqtəpə arısı adlandırılmışdır. Təəssüflər olsun ki, bu arıdan alınan təbii dağ balının xarici ölkələrə ixracı dayandırılmış və nəticədə Qabaqtəpə arısının sayı xeyli azalmışdır. 
İndi Daşkəsəndə Qabaqtəpə arısının əvvəlki şöhrətini qaytarmaq üçün bir sıra tədbirlər həyata keçirilir. Ötən il "AzerGold" QSC-nin təşkilatçılığı, KOBİA-nın dəstəyi ilə Daşkəsəndə "Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi" icra edilmişdir. Layihə çərçivəsində arıçılığa dair təlimlər keçirilmiş, 24 arıçı tələb olunan ləvazimatlarla tam təmin edilmiş, ümumilikdə 120 arı ailəsi üçün müvafiq dərman preparatları verilmiş, həmçinin bu məqsədlə Bayan kəndi ərazisində nektar verən akasiya ağacları əkilmişdir. Cari il isə  "Daşkəsən: arıçılıq məhsulları-bal festivalı"nın keçirilməsi nəzərdə tutulmuşdur.
KOB dostu departamentinin Gəncə-Qazax regional koordinatoru Anar Əliyev KOBİA-nın xidmətləri və dəstək mexanizmləri barədə geniş məlumat verdikdən sonra söz arıçılıqla məşğul olan sahibkarlara verilmişdir. Onlar istehsal sahəsində qazandıqları uğurlarla yanaşı, qarşılaşdıqları problemlərdən danışmış, maraqlı təkliflər irəli sürmüşlər.
 Görüşdə sahibkarları maraqlandıran suallara da aydınlıq gətirilmişdir.

S.ƏLİYEV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!