"Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452,
№ 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2 (I kitab), maddə 193, № 6, maddələr 982, 1018; 2017, № 12 (I kitab), maddə 2243; 2018, № 3, maddə 397, № 12 (I kitab), maddə 2473; 2020, № 7, maddə 828; 2021, № 5, maddə 433, № 8, maddə 902) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 20.8-ci maddə ləğv edilsin;
1.2. 20.9-cu və 20.15-ci maddələr aşağıdakı redaksiyada verilsin:
"20.9. Prokurorluq işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin tibbi təminatı "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.";
"20.15. Hərbi prokurorluq orqanlarının prokurorluq işçisi olan hərbi qulluqçularına bu Qanun və "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müqayisədə hərbi qulluqçular üçün Azərbaycan Respublikası qanunlarına əsasən müəyyən edilmiş daha əlverişli şərtlərlə pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar şamil edilir.";
1.3. 21.1-ci maddəyə "əməkhaqqı" sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi" sözləri əlavə edilsin;
1.4. 21.2-1-ci maddədə "bir" sözü "1,25" rəqəmləri ilə əvəz edilsin;
1.5. 21.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
"21.4. Prokurorluq işçilərinə pul mükafatının verilməsi məqsədilə hər il növbəti il üçün təsdiq edilən dövlət büdcəsində prokurorluq işçiləri üçün müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsait nəzərdə tutulur.".
Maddə 2. Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2022-ci il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xatirələrdə yaşayan ömür
01 Oktyabr
Şirin bəlanın acı fəsadları
01 Oktyabr
Təhlükə getdikcə artır
01 Oktyabr
Qeyri-neft sənayesində artım dinamikası davam edir
01 Oktyabr
ARDNF Suveren Fondların Beynəlxalq Forumu ilə əməkdaşlığını genişləndirir
01 Oktyabr
Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb
01 Oktyabr
Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi...
01 Oktyabr
IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb ...
01 Oktyabr
Xarici siyasət kursunda Çin ilə münasibətlər mühüm yer tutur
01 Oktyabr
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
01 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!