07 Mart 2026 08:10
167
SİYASƏT
A- A+
Prinsipial mövqenin göstəricisi

Prinsipial mövqenin göstəricisi


"İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan Muxtar Respublikasına xain dron hücumu və bu məsələnin Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycanın Təhlükəsizlik Şurasının iclasında müzakirə olunması rəsmi Bakının dövlət təhlükəsizliyi məsələlərinə nə qədər önəm verdiyinin təsdiqidir. Prezident İlham Əliyev tərəfindən səsləndirilən sərt mesajlar konkret hadisəyə münasibət olmaqla yanaşı, həm də İran başda olmaqla ölkəmizə qarşı təxribatçı mövqedə olan qüvvələrə xəbərdarlıq idi".

Bunu Milli Məclisin deputatı Könül Nurullayeva qəzetimizə açıqlamasında bildirib. Deputat qeyd edib ki, coğrafi baxımdan blokada şəraitində yerləşən Naxçıvan eyni zamanda regionun mühüm geosiyasi hissəsi sayılır: "Belə bir əraziyə qarşı pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum təkcə lokal insident deyil, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təhlükəli presedent kimi qiymətləndirilməlidir. Rəsmi Bakı bu hadisəyə dərhal siyasi və diplomatik reaksiya verdi. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün bütün zəruri addımları atmağa qadirdir. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələrinin birnömrəli səfərbərlik halına gətirilməsi bunu sübut edir. Bu mövqe həm ölkə daxilində təhlükəsizlik sisteminin gücləndirilməsini göstərir, həm də region ölkələrinə açıq mesajdır".

Deputat qeyd edib ki, Azərbaycan İran tərəfindən məsələnin ciddi şəkildə araşdırılmasını və izahat verilməsini tələb edir. Rəsmi Bakı öz təhlükəsizliyini təmin etmək üçün bir daha iradəsini ortaya qoydu. Burada əsas məqsəd potensial təhlükələrin qarşısını almaqdır. Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri regional sabitliyin qorunmasıdır, lakin rəsmi Bakı açıq şəkildə göstərir ki, dövlət sərhədlərinə yönələn hər hansı təhdid cavabsız qalmayacaq.

Hadisənin Cənubi Qafqazda dəyişən geosiyasi balans fonunda baş verdiyini bildirən K.Nurullayeva vurğulayıb ki,  Azərbaycanın son illərdə regionda artan siyasi və iqtisadi çəkisi, xüsusilə enerji və nəqliyyat layihələrində oynadığı rol yeni reallıqlar yaradıb: "Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri ölkəni Avrasiya məkanında mühüm strateji tərəfdaşa çevirib. Bu baxımdan regionda baş verən hər hansı təhlükəsizlik insidenti təkcə Azərbaycan üçün deyil, geniş coğrafiya üçün də ağır nəticələrə səbəb ola bilər. Azərbaycan milli təhlükəsizlik məsələlərində prinsipial mövqe tutur. Prezident İlham Əliyevin çıxışı dövlətin milli maraqlarının qorunmasının prioritet olduğunu açıq şəkildə ortaya qoydu. Bu, bir daha göstərir ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təhlükəsizliyi yalnız diplomatik bəyanatlarla deyil, güclü siyasi iradə və effektiv müdafiə sistemi ilə təmin olunur".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

Azərbaycan istənilən təhdidə qətiyyətlə cavab vermək iqtidarındadır

08:15
07 Mart

Prinsipial mövqenin göstəricisi

08:10
07 Mart

"Dəmir yumruq" yerindədir: gücümüzü sınağa çəkməyin!

08:05
07 Mart

İlham Əliyevin mövqeyi qəti və prinsipialdır

08:00
07 Mart

“Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın, habelə hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin aparılması ilə bağlı sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:37
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!