Prezident İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycanda yeni təyin olunmuş apostol nunsisinin etimadnaməsini qəbul edib YENİLƏNİB
Noyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müqəddəs Taxt-Tacın ölkəmizdə yeni təyin olunmuş apostol nunsisi arxiyepiskop Marek Solçinskinin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Taxt-Tacın apostol nunsisi etimadnaməsini dövlətimizin başçısına təqdim etməkdən şərəf hissi duyduğunu dedi. Marek Solçinski bildirdi ki, Roma Papası Fransisk Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya onun salamlarını çatdırmağı xahiş edib. O dedi ki, Roma Papası dövlətimizin başçısına xalqa şərəflə rəhbərlik missiyasının uğur qazanması üçün dualar edir.
Sonra Marek Solçinski etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Apostol nunsi ilə söhbət edən Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi və onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.
Prezident İlham Əliyev Azərbaycanda və Vatikanda Roma Papası ilə görüşlərini məmnunluqla xatırlayaraq, onun ölkəmizə səmimi münasibətini həmişə hiss etdiyimizi vurğuladı. Dövlətimizin başçısı Roma Papasının Azərbaycana rəsmi səfərini tarixi səfər kimi qiymətləndirərək bunun ikitərəfli münasibətlərimizi, eyni zamanda, bizim tərəfdaşlıq ruhunun, multikulturalizm, sülh və tolerantlıq dəyərlərinin təşviqinin zəruriliyini nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev Azərbaycanın Vatikanda ayrıca səfirliyinin fəaliyyətə başlayacağını deyərək bunun əməkdaşlığın dinamizminə xidmət göstərəcəyinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı Azərbaycanın Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyduğunu bildirdi və bunu mədəniyyətlərarası dialoqa bir töhfə kimi qiymətləndirərək Azərbaycan tərəfinin bu işi davam etdirməyə hazır olduğunu dedi.
Prezident İlham Əliyev ölkəmizdə mütəmadi keçirilən mədəniyyətlərarası dialoq forumunun bu sahədə beynəlxalq əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini bildirdi.
Bakıda yenidən olmasından çox xoş təəssürat hissi keçirdiyini deyən Marek Solçinski Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafından məmnunluğunu ifadə etdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır ...
11 Dekabr
Beynəlxalq axtarışda olan daha bir şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
11 Dekabr
Brüsseldə Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri müzakirə edilib
11 Dekabr
“Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” - beynəlxalq elmi konfrans ...
11 Dekabr
“Məşğulluğa dəstək layihəsi” üzrə daha 400-dək işsiz şəxs üçün kiçik bizneslər qurulub ...
11 Dekabr
Aqrar Sığorta Fondunun nümayəndələri Sabirabadda fermerlərlə görüşüblər
11 Dekabr
“Heydər Əliyev Azərbaycanda müasir dövlət qulluğu sisteminin banisidir” mövzusunda dəyirmi masa keçi...
11 Dekabr
Şalva Papuaşvili: 2024-cü ilin fevralında Azərbaycanda keçiriləcək prezident seçkiləri tarixi seçkil...
11 Dekabr
Ssenarinin inkişaf proqramına yönləndirilmiş film layihələrinin ilkin dinləmələri keçirilib ...
11 Dekabr
Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb
11 Dekabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Ümummilli etimad ünvanı10 Dekabr 2023

Prezident seçkilərinin nəticəsini Şuşada və Xankəndidə dalğalanan Azərbaycan bayrağı müəyyənləşdirib...09 Dekabr 2023
Zəfər mandatı08 Dekabr 2023

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iş...07 Dekabr 2023

Qafqazda təhlükəsizliyi və sülhü Azərbaycan təmin edəcək06 Dekabr 2023

Ağ Evin Azərbaycan qərəzi və rəzaləti05 Dekabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!