28 Dekabr 2012 01:12
578
Səfərlər
A- A+
Prezident İlham Əliyev Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin balansında olan ikimərtəbəli bina 1987-ci ildə inşa olunmuşdur. Ötən 25 il ərzində burada əsaslı təmir və yenidənqurma işləri görülməmişdir. Azərbaycan Prezidentinin tapşırığına əsasən, binanın əsaslı təmirinə ötən ilin iyunundan başlanılmışdır.

Binanın təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, bina tam yararsız vəziyyətə düşmüşdü. Uşaq bağçasının yeni binası indi yüksək standartlara cavab verir.

Məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan Azərbaycan Prezidentinin və xanımının diqqətinə çatdırıldı ki, binanın foyesində dövlət rəmzləri əks olunmuşdur. Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır.

Bildirildi ki, 112 yerlik bu müəssisədə 40 müəllim və tərbiyəçi  7 qrupda 2-6 yaş arası uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaqdır. Balacaların zövqünə uyğun qurulan bağçada ayrıca musiqi və oyun zalları fəaliyyət göstərir. Musiqi zalında müasir texniki qurğular, oyuncaqlarla yanaşı, Heydər Əliyev Fondunun hədiyyəsi olan 3D formatlı kinozal da qurulmuşdur. İşıqlı və geniş sahəsi olan yeməkxanada uşaqlar gün ərzində dörd dəfə yeməklə təmin olunacaqlar. Mətbəx avadanlığı da Heydər Əliyev Fondu tərəfindən bağçaya hədiyyə olunmuşdur.

Diqqətə çatdırıldı ki, burada körpələrin və uşaqların sağlıq durumları da daim nəzarətdə saxlanılacaqdır. Bu məqsədlə binada ayrıca həkim otağı fəaliyyət göstərir. Körpələr üçün 15, uşaqlar üçün isə 20 nəfərlik qrup otaqları da yüksək səviyyədə təşkil olunmuşdur. Otaqlarda rahat çarpayılar, əlvan rəngli masa və oturacaqlar, balacaların inkişafına və əylənməsinə kömək edən müxtəlif oyuncaqlar, kitablar vardır. Divarlarda balacaların sevimlisi olan nağıl qəhrəmanlarının şəkilləri asılmışdır.

Məlumat verildi ki, mərkəzləşdirilmiş istilik sisteminin yaradıldığı bina daimi isti və soyuq su ilə təmin olunacaqdır. Bütün otaqlarda video-kameralar vasitəsilə müşahidələr aparılacaqdır. İkinci mərtəbədəki dərs otağı rus, ingilis və digər xarici dillərin tədrisi üçün nəzərdə tutulmuşdur. Burada uşaqlar həm də məktəbə hazırlıq prosesini keçəcəklər. Tədris otağı da bütün lazımi avadanlıqla təchiz olunmuşdur.

Müəssisənin ərazisinə baxan dövlət başçısına məlumat verildi ki, bura tam abadlaşdırılmış, yeni yaşıllıq zolağı salınmışdır. Həyət yaşıllaşdırılmış, uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədilə xüsusi meydança salınmışdır. Ərazidə ayrıca oyun və istirahət guşələri yaradılmışdır.

Uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

Azərbaycanın qlobal humanitar diplomatiyasının növbəti uğurları

09:05
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!