13 Dekabr 2025 10:42
137
CƏMİYYƏT
A- A+
Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

Heydər Əliyev haqqında günlərlə danışa bilərəm. Xüsusilə vurğulamaq istəyirəm ki, o, yaddaşımda istər 12 dekabr, istər 10 may olsun, yalnız anım günlərində qalmayıb. O, həmişə mənimlədir.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu bildirib.

Bülbüloğlunun sözlərinə görə, dahi siyasətçi respublikaya rəhbərlik etməyə başladığı ilk vaxtlardan siyasətçi mədəniyyət və incəsənət xadimlərini dəstəkləyirdi.

Agentliyin müsahibi xatırladıb ki, 1960-cı illərin sonu elə bir dövr olub ki, çoxlu sayda azərbaycanlı bütün Sovet İttifaqında və onun hüdudlarından kənarda geniş şöhrət əldə edib və bu, daha çox Ümummilli Liderin diqqəti, tövsiyələri və real dəstəyi sayəsində baş verib.

“O, müstəqil Azərbaycanın prezidenti olanda mən artıq nazir işləyirdim. Məni bu vəzifədə saxlamaq və ya başqa bir yol təklif etmək onun iradəsində idi. Nəticədə mən onun komandasının tərkibində mədəniyyət naziri kimi on il çalışdım və bu, ən çətin illər idi. 1993-cü ildə xəzinə boş idi, respublika ağır vəziyyətdə idi, bir milyon qaçqın və köçkün vardı, Qarabağ işğal altında idi, bizə qarşı ədalətsiz müharibə başlamışdı və biz uzun müddət dünyaya aşkar həqiqəti çatdıra bilmirdik ki, təcavüzün qurbanı olmuşuq”, – deyə o, qeyd edib.

Bülbüloğlunun sözlərinə görə, məhz həmin dövrdə Heydər Əliyevin rəhbərliyi ilə yeni Azərbaycanın təməli qoyulub.

“Bu, bizim üçün böyük bir məktəb oldu, təkcə iş məktəbi yox, həyat məktəbi. O, bizə yalnız fəaliyyət göstərməyi deyil, düşünməyi də öyrədirdi: insanlara, problemlərə, məsuliyyətə doğru yanaşmağı. Ümummilli Lider bizə dürüst olmağı öyrədirdi və yəqin ki, elə ən vacibi də budur”, – deyə deputat vurğulayıb.

Parlament komitəsinin rəhbəri əlavə edib ki, həmin illər yaddaşında əbədi qalıb.

“Mən tez-tez Heydər Əliyevin sözlərini, məsləhətlərini, tapşırıqlarını xatırlayıram. Bu, təkcə xidmət deyildi, həyat idi; sözün əsl mənasında, sutkanın 24 saatı onunla bağlı bir həyat. Ona görə də mən nə qədər yaşasam da, onun adı və obrazı həmişə mənimlə olacaq”, – deyə Bülbüloğlu əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TÜRKPA-nın Baş katibi Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb  

11:23
13 Dekabr

Azərbaycan nefti cüzi bahalaşıb

10:48
13 Dekabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

10:47
13 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:47
13 Dekabr

İraqın keçmiş prezidenti BMT-nin qaçqınlar üzrə ali komissarı seçilib  

10:43
13 Dekabr

Polad Bülbüloğlu: Heydər Əliyevin adı və obrazı həmişə mənimlə olacaq  

10:42
13 Dekabr

Mixail Qusman: Heydər Əliyev xalqın etibar etdiyi lider idi  

10:41
13 Dekabr

Londonda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib  

10:09
13 Dekabr

Aİ Rusiyanın dondurulmuş aktivlərinin geri qaytarılmamasına dair qərar qəbul edib  

10:01
13 Dekabr

"Ötən günlərimi qaytaraydılar..."

09:55
13 Dekabr

Bilmək istəyirəm

09:53
13 Dekabr

Masallıda "Məkr və məhəbbət"

09:50
13 Dekabr

Şirvanda payız-qış mövsümünə hazırlıq müzakirə olunub

09:47
13 Dekabr

Qarabağın qurucularına sertifikatlar təqdim edilmişdir

09:40
13 Dekabr

XİN: Çernomorsk limanına hücum nəticəsində türk şirkətinə məxsus gəmi zərər görüb  

09:38
13 Dekabr

2025: göygöllülər üçün abadlıq, quruculuq və festivallar ili

09:35
13 Dekabr

Goranboylular Ulu Öndərə ehtiramlarını elliklə ifadə etdilər

09:30
13 Dekabr

"Sən elə bir zirvəsən!"

09:25
13 Dekabr

ABŞ-dən tarixi qərar

09:20
13 Dekabr

D-8: Regionla əməkdaşlıq üçün gənclərin işgüzar platforması

09:15
13 Dekabr

Dövlət siyasətinin təntənəsi

09:10
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!