26 Aprel 2022 01:11
1835
SİYASƏT
A- A+
Prezident İlham Əliyev: “Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”

Prezident İlham Əliyev: “Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”

 

“Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Xocalı qurbanlarını unutmamalıyıq. Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər. Eyni zamanda deyirik ki, biz müzəffər xalqıq, biz qalib dövlətik. Erməni faşizminin məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

AZƏRTAC xəbər verir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin çapdan yeni çıxmış 117-cı kitabında yer alan bu fikirləri dövlət başçısı 2022-ci il yanvarın 30-da Gəncədə Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində söyləyib.

Çoxcildliyin bu kitabındakı materiallar 2022-ci ilin yanvar-fevral aylarını əhatə edir.

Kitaba Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri, Prezident Vladimir Putin ilə görüşü haqqında məlumat, iki ölkənin liderlərinin imzaladığı "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə"nin, Rusiya və Azərbaycan prezidentlərinin mətbuata bəyanatlarla çıxışlarının mətnləri, dövlətimizin başçısının TASS Agentliyinin mənzil-qərargahında "Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında" adlı ekspozisiya ilə tanışlığı, həmçinin səfər çərçivəsində digər tədbirlər barədə informasiyalar daxil edilib.

Prezident İlham Əliyevin Ukraynaya işgüzar səfəri, Prezident Volodimir Zelenski ilə görüşünə və sənədlərin imzalanmasına dair materiallar, mətbuata bəyanatlar da bu nəşrdə yer alıb.

Regionların inkişafını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev 2022-ci il yanvarın 30-da Gəncəyə səfər edib, Dövlət Dram Teatrının yeni binasının, Gəncə regional "ASAN xidmət" Mərkəzinin açılışlarında, Gəncə Memorial Kompleksinin təməlqoyma mərasimində və digər tədbirlərdə iştirak edib. Bütün bunlar haqqında xəbərlər və dövlət başçısının Gəncədə AZƏRTAC-a müsahibəsinin mətni, eləcə də fevralın 13-də Ağdam və Ağcabədi rayonlarına səfəri ilə bağlı geniş informasiyalar yeni kitabda toplanıb.

Oxucu 117-ci cilddə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Prezident İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş və "Rossiya 24" telekanalında yayımlanmış "Hakimiyyət formulu" verilişinin mətni ilə də tanış ola bilər.

Həmçinin yeni kitaba dövlətimizin başçısının Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin ölkəmizdə inşa edəcəyi "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının təməlqoyma mərasimində, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında, Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda və digər tədbirlərdə çıxışlarının, habelə "Qobu" Enerji Qovşağının açılışından sonra AZƏRTAC-a müsahibəsinin mətnləri daxil edilib.

Nəşrdə Azərbaycan Prezidentinin Türkiyə Prezidentinə, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə, İki Müqəddəs Ocağın xadimi, Səudiyyə Ərəbistanı Kralına həmin ölkələrlə respublikamız arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ünvanlandığı məktublar da verilib.

"Azərnəşr" tərəfindən buraxılan çoxcildliyin 117-ci kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!