Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycandakı səfirliyində olub, Kraliça II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyində olub, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Ould dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Prezident İlham Əliyev: Çox kədərli hadisədir. Amma həyatın qanunlarını heç kim dəyişdirə bilməz. Bir daha Britaniya xalqına başsağlığı vermək istəyirəm.
Səfir: Çox sağ olun.
Prezident İlham Əliyev: Kraliça ilə şəxsən tanış idim. Onunla iki dəfə görüşmüşdüm. Birinci dəfə hələ mən Prezident vəzifəsinə seçilmədən – 1997-ci ildə Bukingem Sarayına dəvət almışdım, Kraliçanın doğum günü münasibətilə. O vaxt SOCAR-ın vitse-prezidenti kimi mənə belə bir dəvət göndərilmişdi. İlk dəfə burada, - təbii ki, orada bir çox adamlar var idi, - sadəcə olaraq tanışlığımız oldu. Ondan sonra da ölkənizə səfərim çərçivəsində Ülyahəzrət Kraliça ilə görüşmək imkanım olmuşdur. Çox xoş təəssüratlar bağışlayan bir insan idi.
Bildiyiniz kimi, bu yaxınlarda bizim nümayəndə heyətimiz mənim adımdan ona Qarabağ atını hədiyyə etmişdi. O da baxmayaraq ki, artıq səhhətində müəyyən problemlər var idi, özü şəxsən o hədiyyəni qəbul etdi. Bu haqda da məlumat var. O, çox gözəl bir insan, böyük xadim və əlbəttə ki, ilk növbədə, Britaniyanın rəmzi olan tarixi şəxsiyyətdir. Azərbaycan xalqı adından bir daha başsağlığı verirəm.
Krala təbrik məktubu da göndərmişəm. Məktubda da göstərdim ki, əminəm, əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək. Çünki bir çox sahələrdə biz doğrudan da çox yaxın əlaqələrə çatmışıq və ümid edirəm ki, yaxın gələcəkdə bu əlaqələr daha da genişlənəcək.
Səfir: Çox sağ olun. Kraliçanın vəfatı ilə əlaqədar səfirliyə gəldiyiniz üçün çox sağ olun. Həmçinin Kral Çarlza və Baş nazirə göndərdiyiniz başsağlığı məktublarına görə Sizə dərindən təşəkkür edirəm. Göstərdiyiniz diqqət ölkələrimiz arasında münasibətlərin inkişafında çox əhəmiyyətlidir.
x x x
Sonda xatirə şəkli çəkdirildi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xersona 440-a yaxın mərmi atılıb: ölənlər və yaralananlar var
01 Aprel
DSX: 13 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
01 Aprel
Bəzi bölgələrdə yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq
01 Aprel
ABŞ-da tornado insan tələfatına və dağıntılara səbəb olub
01 Aprel
Meksika mətbuatında Ermənistan yalanları ifşa edilib
01 Aprel
Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidi təmin edilib
01 Aprel
Zakir Həsənov ehtimal olunan təxribatların qarşısının qətiyyətlə alınması barədə müvafiq göstərişlər...
01 Aprel
Müdafiə naziri: Ordumuzun son əməliyyatlarda qazandığı uğurlar Ali Baş Komandan tərəfindən yüksək qi...
01 Aprel
Pentaqon: Ukrayna yaxın gələcəkdə rus qoşunlarını sıxışdırıb çıxara bilməyəcək
01 Aprel
Dövlət Statistika Komitəsi ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlıq məsələləri müzakirə olun...
01 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
“Dəmir yumruq" Laçın yolunu tam nəzarətə götürdü31 Mart 2023

Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması...28 Mart 2023

Türk dünyası daha böyük coğrafiyanı əhatə edir19 Mart 2023

Qardaşlığın Ankara Zirvəsi18 Mart 2023

Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib Azərbayc...16 Mart 2023

ÇOX OXUNANLAR
Dövlət kapital qoyuluşunda daha fəaldır01 Aprel 2023

Zəfərin yaratdığı yeni idarəetmə modeli30 Mart 2023

Qalibin məğlublara yeganə şərti28 Mart 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Talış kəndində görülən işlərlə tanış olubla...18 Mart 2023

Tarixin ən qüdrətli Azərbaycanı Heydər Əliyev ideyalarının təntənəsidir17 Mart 2023

Avropanın ümid yeri Azərbaycandır15 Mart 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!