08 Noyabr 2026 10:34
332
CƏMİYYƏT
A- A+
Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb  

Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb  


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırıqları əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. Bu kateqoriyadan olan şəxslərə həmin dövrdə 7500-dək mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 586 avtomobil təqdim edilib. Ümumilikdə ötən dövrdə 16 mindən çox mənzil, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər 7700-dən çox avtomobil verilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə veteranları olan 106 min şəxsə aylıq sosial ödəniş təyinatı üzrə 120 min xidmət göstərilib, 26 min şəxsə birdəfəlik ödəmə təyin olunub.

"Bizə bu Zəfəri yaşadan ölməz şəhidlərimizin ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi sosial dəstək tədbirlərinin əsas istiqamətlərindən biridir. Belə ki, Qələbəmizdən ötən altı il ərzində şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 31 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin olunması onlara yönələn sosial dəstək tədbirlərinin mühüm istiqamətini təşkil edir. Qeyd edilən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə ilə əlaqədar əlilliyi olan 2527 şəxsə 110 min reabilitasiya vasitəsi verilib. O cümlədən, müharibədə əzalarını itirmiş 500 hərbçi 626 yüksək texnologiyalı, son nəsil protezlərlə təmin edilib. Aktivlik və funksionallığı ilə seçilən bu protezlər vasitəsilə onlar aktiv həyata dönüş imkanı əldə ediblər", - deyə məlumatda qeyd olunub.

Həmçinin bildirilib ki, müharibədə şərəfli döyüş yolu keçmiş qəhrəmanlarımızın psixoloji müdafiəsinin, bərpasının, dayanıqlığının təmin edilməsi və onlarda müharibənin izləri olan psixoloji fəsadların aradan qaldırılması məqsədilə sosial-psixoloji dəstək tədbirləri də görülüb, reabilitasiya proqramları həyata keçirilib. Bu dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 118 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.

Nazirliyin reabilitasiya müəssisələrində peşəkar həkim komandası tərəfindən və sınanmış reabilitasiya üsullarının tətbiqi əsasında aparılan işlərin müsbət nəticəsi olaraq qazilərimizin reabilitasiya potensiallarının reallaşdırılmasına nail olunub.

"Tarixi Zəfərimizlə yekunlaşan Vətən müharibəsindən sonrakı dövrdə qazilərimizdən artıq 450-dək şəxs əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar. Hazırda digər qazilərimizin reabilitasiyası istiqamətində işlər davam etdirilir. Qəhrəman Vətən övladlarının yadigarlarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin fərdi bacarıqlarının inkişaf etdirilməsi, həmin şəxslərin dünyagörüşünü, motivasiyasını artırmaq, yeni yaradıcılıq uğurlarını stimullaşdırmaq, sosial reabilitasiyasına dəstək olmaq məqsədilə də mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirilir. Postmüharibə dövründə Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və filiallarında 40 nəfər şəhid ailə üzvü və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs və onların övladları təlimlərə cəlb edilərək onların yaradıcılıq potensialının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılıb. Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində isə müharibə ilə əlaqədar əlilliyi olan 118 şəxsə peşə və sosial reabilitasiya xidmətləri göstərilib.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan sosial dəstək paketi 132 min şəxsi əhatə etməklə, həmin kateqoriyadan olan şəxslərə dəstək yönümlü 449 min xidmət göstərilib" ,- deyə sorğuya cavabda bildirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahbaz Şərif: 8 Noyabr Azərbaycan xalqının cəsarətinin, əzminin və fədakarlığının tarixi sübutudur  

11:43
08 Noyabr

Birliyimizin zəfəri    

10:58
08 Noyabr

Böyük Qayıdış və Qarabağda başlayan yeni həyat

10:56
08 Noyabr

Azərbaycan tarixinin qürur salnaməsi

10:53
08 Noyabr

Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranlarına göstərilən xidmətlərin sayı açıqlanıb  

10:34
08 Noyabr

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

10:33
08 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

10:20
08 Noyabr

Bu gün Şuşa Şəhəri Günüdür

08:14
08 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi kadrları ilə bağlı paylaşım edilib VİDEO

20:40
07 Noyabr

Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

20:38
07 Noyabr

“AzerGold” kiberdələduzluq halları ilə bağlı xəbərdarlıq edir

19:41
07 Noyabr

Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yayıb

18:54
07 Noyabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

18:31
07 Noyabr

UNESCO-nun himayəsi altında Mədəniyyətlərin Yaxınlaşması Beynəlxalq Mərkəzinin direktoru Oljas Süleymenovdan

18:21
07 Noyabr

Qaradağ rayonunda “Zəfərin işığında” adlı tədbir keçirilib

17:03
07 Noyabr

FHN-də Zəfər Gününə həsr olunmuş tədbir təşkil edilib

16:51
07 Noyabr

CENTCOM-dən 20 milyon dollarlıq mükafat

16:43
07 Noyabr

Zəfər Günü xalqımızın milli qürurunun, ləyaqətinin və sarsılmaz iradəsinin təntənəsidir

16:35
07 Noyabr

Böyük Qayıdış uğurla reallaşır

16:01
07 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub  

15:12
07 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

15:07
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!