Polşa klubu Mahir Emreli ilə bağlı bəyanat yayıb
Polşanın “Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı bəyanat yayıb.
AZƏRTAC klubun rəsmi saytına istinadla xəbər verir ki, Varşava təmsilçisi 25 yaşlı forvardın müqavilə ilə onlara məxsus olduğunu vurğulayıb.
Polşalılar Emreli ilə razılığa gəlmək üçün çox cəhd etdiklərini bildiriblər: “Klub dəfələrlə futbolçunu komandaya qayıtmağa və müqavilə öhdəliklərini yenidən yerinə yetirməyə çağırıb, ona lazım olan bütün dəstəyi təklif edib. Emreli ilə daim razılığa gəlməyə çalışır, futbolçu və onun nümayəndələri ilə danışıqlar aparırıq. Eyni zamanda məxfiliyi və danışıqların yaxşı tərəfini nəzərə alaraq, onun məzmunu və nəticələrini açıqlamayacağıq”.
Bəyanatda Mahirin vəkili Anıl Dinçer də yalan iddialar səsləndirməkdə günahlandırılıb: “Oyunçunun nümayəndəsi Anıl Dinçerin heç bir faktiki və hüquqi əsası olmayan bir sıra yalan iradlar və ifadələr ehtiva edən açıqlamalarına açıq şəkildə cavab verməyəcəyik”.
Qeyd edək ki, “Legiya”nın təlim-məşq toplanışına yollanmayan Mahir Emreli 2024-cü ilin yayına qədər olan müqaviləsinə xitam verilməsi üçün kluba məktub göndərib. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xatirələrdə yaşayan ömür
01 Oktyabr
Şirin bəlanın acı fəsadları
01 Oktyabr
Təhlükə getdikcə artır
01 Oktyabr
Qeyri-neft sənayesində artım dinamikası davam edir
01 Oktyabr
ARDNF Suveren Fondların Beynəlxalq Forumu ilə əməkdaşlığını genişləndirir
01 Oktyabr
Amasiyada sərnişin avtobusu aşdı: 6 nəfər ölüb, 35 nəfər yaralanıb
01 Oktyabr
Tahir Mirkişili: Ulu Öndərin 100 illiyində ölkəmizin Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi...
01 Oktyabr
IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb ...
01 Oktyabr
Xarici siyasət kursunda Çin ilə münasibətlər mühüm yer tutur
01 Oktyabr
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
01 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!