12 Avqust 2023 10:20
899
İQTİSADİYYAT
A- A+
Pirallahı Sənaye Parkının məhsullarının "Made in Azerbaijan" brendi ilə ixrac olunacağı vaxta az qalıb

Pirallahı Sənaye Parkının məhsullarının "Made in Azerbaijan" brendi ilə ixrac olunacağı vaxta az qalıb

 

Sənaye parkları ölkə iqtisadiyyatına investorların cəlb edilməsi ilə bağlı böyük imkanlar yaradır. Bu imkanlar qeyri-neft sektorunun inkişafına birbaşa təsir göstərən amillərdəndir.
 Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan iqtisadi strategiya çərçivəsində sənayenin inkişafına yönəlmiş sistemli və ardıcıl tədbirlər, genişmiqyaslı islahatlar ölkənin dayanıqlı yüksəlişini formalaşdırıb. Artıq təkcə Bakı deyil, Sumqayıt, Gəncə, Mingəçevir kimi şəhərlər də sənaye mərkəzlərinə çevrilib. Hər üç şəhərdə onlarca  müasir sənaye müəssisəsi yaradılıb ki, bu da Azərbaycanın idxaldan asılılığını azaldaraq ixrac potensialını yüksəldib. Həmin yüksəlişi təmin  edən faktorlar  sənayenin yeni inkişaf mərhələsinə qədəm qoymasıdır. 
Ölkəmizdə Sumqayıt  Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və Cəbrayıl rayonunda yerləşən "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları yaradılıb. Qeyd olunan 6 sənaye parkı  ilə yanaşı, Sabirabad, Masallı, Neftçala və  Hacıqabulda  4 sənaye məhəlləsi, həmçinin 50-yə yaxın aqropark fəaliyyət göstərir. Sənaye parkları iri sahibkarlıq subyektləri, sənaye məhəllələri isə kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulub. Sənaye parklarında infrastukturla təmin edilmiş torpaq sahələri rezidentlərə uzunmüddətli icarəyə verildiyi halda, sənaye məhəllələrində həm torpaq sahələri, həm də hazır tikililər uzunmüddətli icarəyə verilir. Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrasturktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazilərdir.
Təbii ki, sənaye parklarının coğrafi baxımdan doğru seçilməsi, nəqliyyat-kommunikasiya çıxışlarına yaxın olması kimi məsələlər də önəmlidir. Qeyd edək ki, sənaye parkları mükəmməl rabitə,  nəqliyyat, elektrik enerjisi infrastrukturuna və işçi qüvvələri ehtiyatına malik olan ərazilərdə yerləşir. Bunlar da həm  investisiya cəlbediciliyini artırır, həm də investisiya  layihələrinin inkişafına təkan verir. Üstəlik də, kiçik və orta biznes müəssisələrinin gəlir əldə etməsi imkanlarını asanlaşdırır. Bu mənada Azərbaycanda  sənaye parklarının yaradılması, sənaye məhəllələrinin salınması istiqamətində qəbul edilən qərarlar vaxtın tələbindən irəli gələn, zamanla ayaqlaşan yanaşmadır ki, bu da yaxın gələcəkdə öz bəhrəsini daha ciddi şəkildə göstərəcək.
Dünya təcrübəsi göstərir ki, sənaye parkları, azad zonalar, daha doğrusu, xüsusi ayrılmış ərazilər öz təyinatlarına uyğun  fəaliyyət göstərir və onlara güzəştlər  tətbiq olunur. Həmin güzəştlərin məqsədi parkların inkişafını sürətləndirmək, investisiya, sahibkar və rezident cəlb etməkdir. Bu gün Azərbaycanda bütün  sənaye parkları və sənaye məhəllələri innovativ texnologiyaların tətbiqi, ən  müasir  infrastruktur təminatı və ən asan nəqliyyat-kommunikasiya şərtləri  ilə fəaliyyət göstərirlər. Son vaxtlar görülən işlərin sürəti onu deməyə əsas verir ki, gələcək illərdə sənaye park və məhəllələrində yaradılan müəssisələr əlverişli şərtlərdən bəhrələnərək idarəedici qurumlardan asılılığa son qoya biləcəklər. Özəl sektorun inkişafına önəm verən dövlət özəl biznesi həvəsləndirmək üçün  bütün mümkün variantlardan  istifadə edir. Azərbaycanın sənaye parklarında həm istehsal, həm tədarük, həm də idxal məsələlərinin cəmləşməsi çox böyük üstünlükdür. Bu, əmək məhsuldarlığının yüksək olmasına yol açır və vaxt itkisini aradan qaldırır.  
Məhz bu səbəbdən də iki ay əvvəl "BIK Ratings" Reytinq Agentliyinin hazırladığı sənaye parklarının reytinq siyahısında ilk onluğa İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Mingəçevir Sənaye Parkı (3-cü yer), Pirallahı Sənaye Parkı (7-ci yer) və Qaradağ Sənaye Parkı (10-cu yer) daxil olublar. Əslində, bu uğurun arxasında Prezident İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən sistemli və ardıcıl tədbirlər dayanır. Adları çəkilən bu parklar səkkiz ildir fəaliyyət göstərirlər.  Şübhəsiz,  qarşıdakı illərdə  həmin sənaye parklarının adını daha böyük uğurlar yazılmış  beynəlxalq reytinq  cədvəllərində də görə biləcəyik.  Amma bu o demək deyil ki,  digər sənaye parkları adları çəkilən parklardan geridə qalırlar. Əlbəttə, yox. Bir çox göstəricilər var ki, onlar daha öndədirlər. 
"BIK Ratings" Reytinq Agentliyinin reytinq cədvəlində yeddinci yerdə qərar tutan Pirallahı Sənaye Parkı fəaliyyətə başladığı  gündən ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədinə xidmət edir.  30 hektar ərazidə yaradılmış parkda sahibkarlar ən zəruri infrastrukturla (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təmin olunublar.  Bu ilin mart ayında  Pirallahı Sənaye Parkının rezidentləri olan "Diamed Co" MMC, "R-Pharm" MMC, "İFFA" MMC,  "Absheron Saffron Ltd" MMC və "Medtest" MMC-dən sonra daha biri də əlavə olundu - "AzMedPlant" MMC. Sadalanan  MMC-nin hər biri bu günə kimi profillərinə uyğun istehsalla məşğul olaraq  ölkə iqtisadiyyatına çox böyük fayda verirlər. Pirallahı Sənaye Parkının fəaliyyəti əczaçılıq sənayesinin inkişafına, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsinə, yerli istehsalın və məşğulluğun artımına bir təkandır. Bir sözlə, Pirallahı Sənaye Parkı dayanmadan istehsal gücünü artırır,  sıx əlaqələr qurur,  indidən gələcəyin  möhkəm zəminini qoyur.  
Bu günlərdə  "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) və Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Pirallahı Sənaye Parkının ərazisində qabaqcıl texnologiyalara əsaslanan, illik istehsal gücü ilkin mərhələdə 35 milyon qutu  təşkil edəcək yeni zavod tikiləcək. İqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı belə deyib: "Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlıq və strateji müttəfiqlik münasibətləri dövlət başçılarımız cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın yorulmaz səyləri nəticəsində bu gün ən yüksək zirvədədir. Siyasi əlaqələrin yüksək səviyyədə olması biznes fəaliyyətinin də gücləndirilməsinə möhkəm zəmin yaradır, birgə təşəbbüslər uğurla reallaşdırılır". Nazir  daha sonra bildirib ki, Azərbaycanda əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir infrastrukturun yaradılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə əczaçılıq sənayesinin inkişafı məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında bir sıra güzəştlər tətbiq olunur. Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş" şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq məhsulları zavodunun tikilməsi layihəsi reallaşdıqdan sonra ölkədə bir sıra əczaçılıq məhsullarına tələbat yerli istehsal hesabına ödəniləcək, idxaldan asılılıq azaldılacaq. Zavodda 42 adda müxtəlif doza və qablaşdırma olmaqla 100 növ məhsulun istehsalı nəzərdə tutulub. Layihənin ilkin investisiya dəyəri 35 milyon dollar təşkil edir. Layihə  çərçivəsində 100-dən artıq daimi iş yeri yaradılacaq. Perspektivdə dərman vasitələrinin "Made in Azerbaijan" brendi ilə region ölkələrinə  ixracı planlaşdırılır.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!