25 Sentyabr 2025 08:20
768
CƏMİYYƏT
A- A+
"PeşəFest-2025"in coğrafiyası genişlənir

"PeşəFest-2025"in coğrafiyası genişlənir


TOVUZ


Tovuzda gənclərin peşə təhsilinə marağının artırılması və peşəkar istiqamətləndirilmənin təşviqi məqsədilə "PeşəFest-2025" festivalı keçirilmişdir.

Tədbirin açılışında rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək Tovuzda peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, dövlətin bu sahəyə göstərdiyi diqqət və gənclərin əmək bazarına hazırlıqlı şəkildə daxil olmalarının vacibliyi barədə danışıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu və Prezident İlham Əliyevin gənclərə, onların gələcəyinə, həmçinin əmək bazarının tələblərinə uyğun peşələrin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə bu cür mühüm tədbirlər həyata keçirilir. 

Sonra Milli Məclisin deputatı Nizami Səfərov və Dövlət Məşğulluq Agentliyi idarə heyətinin sədri Sadiq Əliyev çıxış etmişlər. Bildirmişlər ki, "PeşəFest-2025"-in ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihədir və festival gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmağa, onlara peşə seçimində dəstək olmağa xidmət edir. 

Rəsmi hissədən sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan peşələrlə yaxından tanış olmuşlar. Müxtəlif sahələr üzrə peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edərək təmsil etdikləri peşələrin mahiyyəti, iş imkanları və gələcək perspektivləri barədə ətraflı məlumat vermişlər. Tədbirdə festival iştirakçıları peşə seçimi ilə bağlı faydalı tövsiyələr almışlar.

Təşkil edilmiş 14 peşə üzrə maarifləndirici stendlər, interaktiv zonalar, master-klaslar və maraqlı yarışmalar gənclərin böyük marağına səbəb olmuşdur. 


BİLƏSUVAR


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən həyata keçirilən "PeşəFest-2025"-in növbəti dayanacağı Biləsuvar şəhəri olub.

"Peşə öyrən, gələcəyini qur!" devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyırdı. 

Heydər Əliyev parkında keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, DMA-nın sədr müavini Hasil Abbasov, eləcə də ətraf rayonlardan dövlət və özəl təşkilatların rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən F.Qürbətov rayonun yeniyetmə və gənclərinin peşələrə marağının artırılmasında və əmək bazarının tələblərinə uyğun peşə seçimi etmələrində "PeşəFest"in rolundan danışaraq müasir peşələrin yaranmasından, bu peşələrə yiyələnməyin faydasından söz açıb.

Milli Məclisin deputatı B.Məhərrəmov isə gənclərin uğurlu karyera qurmalarında, müasir peşələr barədə dolğun məlumat almalarında və onlarda əyani təsəvvürün formalaşmasında "PeşəFest"in xüsusi rolu olduğunu qeyd edib.

Sonra peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz tövsiyələrini veriblər. Festivalda 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisliyi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici tədbirlər təşkil olunub.


ASTARA


Astara Olimpiya İdman Kompleksində keçirilən "PeşəFest" tədbiri gəncləri bu günün və gələcəyin ən aktual peşələri ilə tanış edərək onlara öz bacarıqlarını sınamaq, yaradıcılıqlarını göstərmək və gələcək karyeraları üçün sağlam addım atmaq imkanı yaradıb.

"Peşə öyrən, gələcəyini qur!" devizi ilə təşkil edilən festivalda RİH-in başçısı Qəzənfər Ağayev, Milli Məclisin deputatları Rəşad Mahmudov, Vasif Qafarov, DMA-nın İdarə Heyətinin sədri Sadiq Əliyev, Astaranın və ətraf rayonların dövlət və özəl təşkilatlarının rəhbərləri, yeniyetmə və gənclər, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Festivalda təşkil edilmiş 14 peşə (kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnadıçı, xilasedici, barista, diş texniki və baytar) üzrə maarifləndirici stendlər, interaktiv zonalar, master-klaslar və maraqlı yarışmalar gənclərin böyük marağına səbəb olub.  


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həcc ziyarətində əcnəbi zəvvarlara xidmət göstərmək üçün xüsusi əməliyyat otağı istifadəyə verilib  

13:52
01 Aprel

Daxili işlər naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib  

13:44
01 Aprel

“Politico”: Avropanı COVID-19 pandemiyası ilə müqayisə olunacaq şok gözləyir  

11:41
01 Aprel

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 19 nəfər həyatını itirib

11:33
01 Aprel

Aprel ayına olan hava proqnozu açıqlanıb 

11:28
01 Aprel

Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb  

11:21
01 Aprel

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

BMT Baş Assambleyası təşkilatın fəaliyyətini gücləndirmək üçün mühüm qətnamə qəbul edib  

11:10
01 Aprel

DÇ-2026: Final mərhələsinə vəsiqə qazanan bütün yığmalar bəlli olub 

10:36
01 Aprel

İsveç nəşrində Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm rolu vurğulanıb

10:35
01 Aprel

Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini Azərbaycana səfərə gəlib

10:15
01 Aprel

Azərbaycan nefti 132 dolları ötüb

09:43
01 Aprel

Media: Avropa ABŞ-nin İrana qarşı tələblərinə müqaviməti artırır

09:43
01 Aprel

BƏƏ Hörmüz boğazını açmaq üçün güc tətbiq etməyə hazırdır

09:41
01 Aprel

Rubio: ABŞ-nin İrana qarşı hərbi əməliyyatı sona yaxınlaşır

09:41
01 Aprel

Tədqiqat: Yer Ayı kosmik radiasiyadan qoruyurmuş

09:39
01 Aprel

İş yoldaşımızın xatirəsi

08:50
01 Aprel

Yazda sağlam qalmağın sirri

08:45
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!