01 Aprel 2026 11:28
121
CƏMİYYƏT
A- A+
Aprel ayına olan hava proqnozu açıqlanıb 

Aprel ayına olan hava proqnozu açıqlanıb 


Bu ilin aprel ayında havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 23-33 millimetr).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 11-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturunun 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 34-59 millimetr).

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 6-10 dərəcə isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 4-9, gündüzlər 9-14, bəzi günlərdə 17-22 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 49-83 millimetr).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 10-13 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8, gündüzlər 10-15, bəzi günlərdə 19-24 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-64 millimetr).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, gündüzlər 13-18, bəzi günlərdə 22-27 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-54 millimetr).


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı ehtimal edilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 6-11, bəzi günlərdə 0-4, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyə yaxın isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-126 millimetr).


Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 13-15 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 8-13, gündüzlər 13-18, bəzi günlərdə 23-28 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 30-49 millimetr).


Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 9-13 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 7-12, bəzi günlərdə 0-4, gündüzlər 12-17, bəzi günlərdə 20-25 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 41-72 millimetr).

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həcc ziyarətində əcnəbi zəvvarlara xidmət göstərmək üçün xüsusi əməliyyat otağı istifadəyə verilib  

13:52
01 Aprel

Daxili işlər naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib  

13:44
01 Aprel

Vaqif Cavadov U-20 millisinin məşqçisi təyin edilib

13:09
01 Aprel

Azərbaycanda 11 gün ərzində 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb

13:03
01 Aprel

Hindistanda əhalinin siyahıyaalınması prosesinə 3 milyondan çox personal cəlb edilib  

12:57
01 Aprel

Qətərdə yanacaq tankerinə raket hücumu olub, heyət təxliyə edilib

12:51
01 Aprel

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib 

12:42
01 Aprel

Fransada dizelin qiyməti rekord həddə yüksəlib

12:35
01 Aprel

Rusiyada hərbi təyyarənin qəzaya uğradığı ərazidə axtarış işləri aparılır

12:27
01 Aprel

ABŞ İran müharibəsindən sonra NATO ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər  

12:16
01 Aprel

Qızılın qiymətində 2008-ci ildən bəri ən pis aylıq göstərici qeydə alınıb

12:09
01 Aprel

BƏƏ-də PUA hücumu nəticəsində bir nəfər ölüb

12:01
01 Aprel

Məişət zorakılığından zərər çəkmiş 300-ə yaxın şəxsə sosial reabilitasiya xidmətləri göstərilib  

11:48
01 Aprel

“Politico”: Avropanı COVID-19 pandemiyası ilə müqayisə olunacaq şok gözləyir  

11:41
01 Aprel

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 19 nəfər həyatını itirib

11:33
01 Aprel

Aprel ayına olan hava proqnozu açıqlanıb 

11:28
01 Aprel

Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb  

11:21
01 Aprel

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!