07 Oktyabr 2025 08:45
942
CƏMİYYƏT
A- A+
Paytaxtın "yaşıl xəritə"sinə əlavə olunan daha bir park

Paytaxtın "yaşıl xəritə"sinə əlavə olunan daha bir park


Qədimliyi ilə gözoxşayan müasir Bakıda dünya standartlarına uyğun yeni magistral yolların, körpülərin, dünyanın brend arxitektura layihələri əsasında inşa edilən yüksəkmərtəbəli binaların möhtəşəmliyi, yerli mədəniyyət abidəsi hesab edilən mülklərin, məscid və inanc yerlərimizin bərpası məmnunluq doğurur. 

Yeri gəlmişkən, Bakı haqqında gözəl şeirlərin və mahnıların müəllifi - tanınmış rus şairi və fiziki Aleksandr Qorodnitski bir neçə il əvvəl Bakıda olarkən mətbuata  açıqlamasında demişdir: "Bakıya gəzməyə gələndə şəhərin gündən-günə gözəlləşməsinə heyran qalıram. Deməliyəm ki, Bakını sonuncu dəfə görəndə möhkəm heyrətləndim. Mən bu şəhəri tanıya bilmədim. Yenidənqurmanın belə dönüşünü görməmişdim. Bulvardakı füsünkarlıq bir yana, Bakıda yeni salınan yaşıllıqlar xüsusilə diqqətçəkəndir. Bir neçə ay əvvəl Parisdə olmuşam, Bakını Parislə müqayisə etməyə bilməzdim... Hesab edirəm ki, Bakı bu görkəmi ilə dünyanın ən gözəl şəhərlərindən biridir". 

Bu reallıqdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Bakının yaşıllaşdırılmasına, yeni park və xiyabanların, istirahət güşələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Yəqin elə buna görədir ki, istər fərdi qaydada, istər turist kimi Bakıda olanlar, gəzənlər, şəhəri görənlər həmişə belə ürəkaçıqlığı ilə danışırlar, ölkəmizə yenidən qayıtmaq istəyində olurlar. Etiraf edək ki, Bakını gözəlləşdirən, onu belə ürəyəyatımlı edən son illər şəhərdə aparılan möhtəşəm quruculuq işləri, ətraf qəsəbələrdə yaradılmış 53-dən çox yeni, 90-dan çox əsaslı təmir olunmuş mədəniyyət və istirahət parklarıdır.  

Odur ki, istər regiondan, istərsə də digər xarici ölkələrdən Bakıya gələnlərin sayı ildən-ilə çoxalır. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial şəraitinin hərtərəfli təmini üçün lazımi infrastruktur yaradılır, xüsusilə də yeni yaşıllıqlar, parklar, istirahət guşələri gözoxşayır. Belə yaşıl məkanlardan biri də Bakının Nərimanov rayonu ərazisində salınan yeni parkdır. 

Açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi yeni istirahət məkanı  Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.

Açılışdan sonra yolumuzu yeni yaradılmış parkdan saldıq. Havanın bir az sərin, Abşeron yarımadasına xas olan bir az da küləkli olmasına baxmayaraq, parka gələnlərin ardı-arası kəsilmir, əksəriyyəti də yaxın ərazilərdə yaşayan sakinlərdir. Onlardan biri - nəvələri ilə parkla tanışlığa və istirahətə gələn orta yaşlı pensiyaçı Əməl Kərimova ilə həmsöhbət oluruq.

- Yaxınlıqda yaşayıram, dünəndən nəvələrim, onlar Həzi Aslanov metrosu yaxınlığında olurlar, zəng edib əl çəkmirlər ki, nənə, sizin evin yanında təzə park salınıb, gələk, bizi apar o parka. Yolları bir az uzaq olduğundan, getdim özüm gətirdim. Xeyli gəzmişik, onlar yorulmaq bilmir, dedim, bir az dincələk, yenə hərlənərik. 

Sualımızı cavablandırırmış kimi Əməl xanım dedi: - İnsafən yaxşı bağdı. Təbriz küçəsinin sağında yeni çoxmərtəbəli binalar var, Ərazidəki ictimai-iaşə obyektləri, restoranlar köhnə və yararsız yaşayış binaları sökülüb, yəqin ki, başqa yerə köçürülüb. Ərazidəki dəyişikliklər, sadəcə, görünüşün yenilənməsi deyil, biz sakinlərin gündəlik həyatının keyfiyyətini artırmağa yönəlmiş genişmiqyaslı planların tərkib hissəsidir.

Mənə elə gəlir, ərazidə həyata keçirilən yenilənmə "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı" çərçivəsində yaşıl, rahat və sosial-mədəni baxımdan zəngin ictimai məkanların yaradılması istiqamətində atılan növbəti əhəmiyyətli addımlardan biridir.

Parkı gəzdikcə fikirlərini öyrənmək istədiyimiz insanların sayı da artırdı. Hüquqşünas Rauf Quliyev, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi Şöhrət Qasımov, Gəncə şəhərindən gəlmiş Elşən Əliyev, Sabunçu rayonundakı 3 saylı Klinik Xəstəxananın həkimi Şahin Məmmədov, paytaxt sakini Ruslan Bədəlov, Səbuhi və Kəmalə Həsənova ilə həmsöhbət oluruq.

Rauf Quliyev dedi: 

- Yay aylarında ailəlikcə Bakının bir neçə görməli-gəzməli istirahət məkanında - Heydər Əliyev Mərkəzində, Rixard Zorgenin adını daşıyan parkda, Dədə Qorqud bağında, köhnə Sovetski ərazisində yaradılan Mərkəzi Parkda, "Çəmbərəkənd"də olduq. Elə bil dünyanın hansısa başqa şəhərindəyəm, köhnə parklar da tamam dəyişib, təzələri isə lap möcüzədir. Bütün bunlar mənim 20 il əvvəl gördüyüm Bakı deyil. Hər şey dəyişib, yollar da, binalar da, parklar və xiyabanlar da. Bu bağın yaxınlığındakı yüksəkmərtəbəli yarlı-yaraşıqlı binalar da adamı heyran edir. Qızım İsraildə yaşayır, tez-tez onlar Bakıya, biz də ora gedirik. Həyat yoldaşının ailəsi köhnə bakılıdırlar, təhsilləri və işləri ilə əlaqədar köçüb orada yaşayırlar. Bakının təzə məkanlarından çoxlu şəkillər və videoçəkiliş etmişəm, gedəndə aparıb orada həmyerlilərimizə göstərəcəyəm. Onlar Bakını çox sevirlər, özləri demiş, belə videoçəkilişlərə baxanda sanki özlərini Bakıda hiss edirlər və buraya turist kimi gəzməyə, istirahət etməyə gəlmək istəyində olurlar. Bu, bir Bakı sakini olaraq məni çox məmnun edir.

Şöhrət Qasımov söhbətə qoşulur: 

- Parkda yaradılan səliqə-sahman, yarlı-yaraşıqlı dekorativ kollar, yenicə qol-budaq atmağa başlayan Gəncə çinarları, müxtəlif ölkələrdən gətirilmiş ağaclar, müasir işıqlandırma sistemi, oturacaqlar gözoxşayır. Bu sıradan həyata keçirilən dəyişikliklər eyni zamanda şəhərin mərkəzindəki yaşıllıq sahələrinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, deyərdim ki, Bakı kimi sıxlıq hiss olunan şəhərdə yeni parkların, bağların salınması ekoloji cəhətdən olduqca gərəklidir, bütün bunlar bilavasitə insanların sağlamlığına xidmət edir. Buna görə ölkə rəhbərinə, aparılan quruculuq və yaşıllaşdırma işlərində əməyi keçən hər kəsə çox sağ olun deyirik, minnətdarıq.

Dövlətimizin başçısının tapşırığı ilə paytaxt Bakıda parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı üçün müasir istirahət guşələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir. "Yaşıl dünya naminə həmrəylik ili"ndə yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir infrastrukturun yaradılması Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərdir. 

Görünən odur ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizin hər yerində, Qarabağ bölgəsindən tutmuş, paytaxt Bakıyadək abadlıq-quruculuq işləri geniş vüsət alıb. Azərbaycanın 2030-cu ilə qədər təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafa dair milli prioritetlər sırasındadır. Bu xüsusda görülən işlər həm paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin istirahəti üçün müvafiq şəraitin yaradılması, həm də şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davamlı olduğunu bir daha nümayiş etdirir. Ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində görülən abadlıq və yenidənqurma işləri ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verir, eyni zamanda Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!