25 Noyabr 2026 10:47
119
CƏMİYYƏT
A- A+
Ombudsman: Qadınlara və qızlara qarşı zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz  

Ombudsman: Qadınlara və qızlara qarşı zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz  


Hər il noyabrın 25-dən dekabrın 10-dək Azərbaycan qlobal miqyasda qeyd olunan “Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” beynəlxalq kampaniyasına qoşulur. “Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək: Ədaləti bərqərar edək, zərərçəkənləri müdafiə edək, cəzasızlığa son qoyaq!” isə builki kampaniyanın şüarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva beynəlxalq kampaniya ilə əlaqədar videomüraciətində bildirib.

O qeyd edib ki, qadın və qızlara qarşı zorakılıq fərdi və ya ailədaxili məsələ deyil, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Bu cür hallar şəxsiyyətin toxunulmazlığına qəsd etməklə yanaşı, bütövlükdə cəmiyyətin sabitliyini və mənəvi sütunlarını sarsıdır.

“İnsan hüquqları üzrə müvəkkil olaraq bəyan edirəm ki, fiziki, psixoloji, iqtisadi və ya rəqəmsal olmasından asılı olmayaraq, zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz və bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır.

Azərbaycanda gender bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planında qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə hər birimiz imkanlarımızı səfərbər etməliyik. Eyni zamanda, mən gender əsaslı zorakılığın bütün formalarının qarşısını almaq üçün mediaya çağırış etmək istərdim. Gender bərabərliyi mədəniyyətini daha geniş təbliğ etmək və cəmiyyətdə bu yanaşmanın kök salmasını təmin etməklə zorakılıq hallarının minimuma endirilməsinə töhfə verə bilərik”, - deyə ombudsman bildirib.

Səbinə Əliyeva vurğulayıb ki, zorakılıqdan zərər çəkən hər bir şəxs maksimum müdafiə və hərtərəfli qayğı ilə təmin olunmalı, onların ədalətli mühakimə hüququna zəmanət verilməli, təqsirkarlar məsuliyyətə cəlb olunmaqla cəzasızlıq mühitinə son qoyulmalıdır. Qanunun aliliyini tam təmin etmək əsas vəzifədir. “Əgər zorakılıqla üzləşmisinizsə və ya yaxınlığınızda kiminsə bu cür hallardan əziyyət çəkdiyini bilirsinizsə, biganə qalmayın. Hüquq-mühafizə orqanlarına və ya Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət edin. Məqsədimiz cəmiyyətdə aqressiv davranışların hər bir təzahürünə qarşı qətiyyətli yanaşma formalaşdırmaqdır. Yalnız birgə hərəkət edərək - hüquqi mexanizmləri gücləndirməklə və vətəndaş həmrəyliyi nümayiş etdirməklə qadın və qızlarımız üçün təhlükəsiz və ədalətli bir gələcək qura bilərik”, - deyə müvəkkili diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub

10:51
25 Noyabr

Ombudsman: Qadınlara və qızlara qarşı zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz  

10:47
25 Noyabr

Kəlbəcər Şəhəri Günü: tarixi Zəfər və yeni inkişaf mərhələsi  

10:43
25 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur

10:42
25 Noyabr

Azərbaycan Rusiya ilə ticarət sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirib

10:21
25 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:20
25 Noyabr

Birjalarda neft ucuzlaşıb

10:19
25 Noyabr

Çempionlar Liqası: “Sabah” “Barselona”nı qəbul edir

10:18
25 Noyabr

Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir

10:16
25 Noyabr

Azərbaycan nefti 96 dollara satılır

09:41
25 Noyabr

Çin “Şencou-24” kosmik missiyasını uğurla orbitə çıxarıb

09:38
25 Noyabr

NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinə müdaxilə ediblər

09:36
25 Noyabr

Çempionlar Liqası: “Real Madrid” PSV üzərində inamlı qələbə qazanıb  

09:28
25 Noyabr

Odessa bölgəsinə hava zərbəsi endirilib, ölənlər və xəsarət alanlar var

09:27
25 Noyabr

Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib

09:26
25 Noyabr

Avstraliya qaydaları sərtləşdirir

08:50
25 Noyabr

Dünyanın demoqrafik xəritəsi dəyişir

08:45
25 Noyabr

Qış qapıdadır

08:40
25 Noyabr

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!