25 Noyabr 2026 09:38
163
DÜNYA
A- A+
Çin “Şencou-24” kosmik missiyasını uğurla orbitə çıxarıb

Çin “Şencou-24” kosmik missiyasını uğurla orbitə çıxarıb


Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək növbəti astronavt heyətini daşıyan “Şencou-24” (“Shenzhou-24”) kosmik missiyasına start verilib.

AZƏRTAC xəbər verir ki, “Şencou-24” kosmik gəmisini orbitə aparan “Böyük yürüş-2F Y24” (“Long March-2F Y24”) daşıyıcı raketi noyabrın 25-də Pekin vaxtı ilə saat 08:18-də Qobi səhrasında yerləşən Ciuçüən kosmodromundan buraxılıb.

Missiyanın heyətinə Çin astronavtları Tan Honbo və U İ, eləcə də pakistanlı Məhəmməd Zişan Əli daxildir. Məhəmməd Zişan Əli Çinin kosmik stansiyasında fəaliyyət göstərəcək ilk əcnəbi astronavt olacaq. Buraxılışdan əvvəl ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi yolasalma mərasimi keçirilib.

Çin Kosmos Agentliyi buraxılışdan təxminən 10 dəqiqə sonra kosmik gəminin daşıyıcı raketdən ayrılaraq orbitə daxil olduğunu açıqlayıb. Növbəti mərhələdə gəminin “Tienqon” kosmik stansiyası ilə birləşməsi nəzərdə tutulur.

“Şencou-24” missiyası kosmik stansiyada altı aylıq fəaliyyətini başa vuran “Şencou-23” missiyasının iki astronavtını əvəz edəcək. Həmin missiyanın digər üzvü Cu Yancu isə yeni heyətlə birlikdə stansiyada fəaliyyətini növbəti altı ay ərzində davam etdirəcək. Bununla da o, kosmik stansiyada fasiləsiz bir il keçirən ilk Çin astronavtı olacaq.

Qeyd edək ki, bu missiya Pakistan üçün də tarixi əhəmiyyət daşıyır. Belə ki, ilk dəfə Pakistan vətəndaşı kosmik gəmi ilə orbitə göndərilib. Bu hadisə, eyni zamanda, Çinin kosmik proqramı çərçivəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Çinin kosmik proqramının mühüm mərhələsi olan “Tienqon” kosmik stansiyası əsas “Tianhe” modulundan, eləcə də “Wentian” və “Mengtian” adlı iki laboratoriya modulundan ibarətdir. Əsas modulda idarəetmə mərkəzi və astronavtların yaşayış sahələri yerləşir.

“Tienqon” kosmik stansiyasının yaradılması Çinin ABŞ və Rusiyadan sonra müstəqil insanlı kosmik stansiyaya malik ölkə kimi mövqeyini möhkəmləndirib. Ümumi kütləsi 70 ton olan stansiya Yerətrafı aşağı orbitdə, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Onun 15 ildən artıq müddətdə istismar edilməsi nəzərdə tutulur.

Astronavtlar stansiyaya “Şencou”, ərzaq, su, yanacaq, avadanlıq və elmi təcrübələr üçün materiallar isə “Tiencou” kosmik gəmiləri vasitəsilə çatdırılır. Astronavtlar, adətən, stansiyada təxminən altı ay fəaliyyət göstərirlər.

Çinin bu il açıqladığı kosmik stansiyanın genişləndirilməsi planına təxminən 20 tonluq yeni modulun əlavə edilməsi, stansiyanın “T” formasından xaç formasına keçirilməsi, laboratoriya və elmi tədqiqat imkanlarının artırılması, gələcəkdə altı modullu konfiqurasiyaya keçid daxildir.

Plana, həmçinin “Suntien” adlı kosmik teleskopun 2027-ci ildə orbitə buraxılması və uzunmüddətli perspektivdə stansiyanın ümumi kütləsinin təxminən 180 tona çatdırılması da daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 96 dollara satılır

09:41
25 Noyabr

Çin “Şencou-24” kosmik missiyasını uğurla orbitə çıxarıb

09:38
25 Noyabr

NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinə müdaxilə ediblər

09:36
25 Noyabr

Çempionlar Liqası: “Real Madrid” PSV üzərində inamlı qələbə qazanıb  

09:28
25 Noyabr

Odessa bölgəsinə hava zərbəsi endirilib, ölənlər və xəsarət alanlar var

09:27
25 Noyabr

Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib

09:26
25 Noyabr

Avstraliya qaydaları sərtləşdirir

08:50
25 Noyabr

Dünyanın demoqrafik xəritəsi dəyişir

08:45
25 Noyabr

Qış qapıdadır

08:40
25 Noyabr

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
25 Noyabr

TRIPP layihəsi reallığa çevrilir

08:15
25 Noyabr

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!