25 Noyabr 2026 08:45
94
İQTİSADİYYAT
A- A+
Dünyanın demoqrafik xəritəsi dəyişir

Dünyanın demoqrafik xəritəsi dəyişir


Dünya əhalisinin artımı, doğum göstəricilərinin dəyişməsi və ölkələr arasında demoqrafik tarazlığın yenidən formalaşması müasir dövrün ən mühüm qlobal proseslərindən biridir. Bir tərəfdən, inkişaf etmiş ölkələr əhalinin qocalması və doğum səviyyəsinin azalması ilə üzləşir, digər tərəfdən, Asiya və Afrikanın bir sıra dövlətlərində hər il milyonlarla körpə dünyaya gəlir. Bu fərqlər təkcə əhalinin sayına deyil, həm də gələcək iqtisadi inkişafa, əmək bazarına, sosial təminat sistemlərinə və beynəlxalq münasibətlərə təsir göstərir. 

Proqnozlara görə, 2026-cı ildə dünyada təxminən 132,5 milyon körpə anadan olub. Bu isə hər gün orta hesabla 363 mindən çox, hər saat təxminən 15 min uşağın doğulması deməkdir. Lakin yeni doğulanların ölkələr üzrə bölgüsü bərabər deyil. Bəzi dövlətlərdə doğuşların sayı milyonlarla ölçüldüyü halda digərlərində əhalinin təbii artımını təmin etmək getdikcə çətinləşir. Belə vəziyyət dünyanın demoqrafik ağırlıq mərkəzinin tədricən dəyişdiyini göstərir.

BMT-nin hesablamalarına əsasən, 2026-cı ildə ən çox körpənin dünyaya gəldiyi ölkə Hindistandır. Burada il ərzində 22 milyon 988 min 460 doğuş qeydə alınıb. Başqa sözlə, dünyaya gələn hər altı körpədən təxminən biri Hindistanda doğulur. Bu göstərici ölkənin qlobal demoqrafik proseslərdə nə qədər mühüm yer tutduğunu nümayiş etdirir. Hindistan artıq yalnız əhalisinin ümumi sayına görə deyil, yeni nəsillərin formalaşmasında oynadığı rola görə də dünyanın aparıcı dövlətidir.

Siyahının ikinci pilləsində Çin qərarlaşıb. Proqnozlara görə, 2026-cı il bitənə qədər bu ölkədə 8 milyon 625 min 232 körpə dünyaya gələcək. Bununla da Hindistanda illik doğuşların sayı Çindən təxminən 2,7 dəfə çox olacaq. İki ölkə arasındakı bu böyük fərq onların son yarım əsrdə keçdiyi demoqrafik inkişaf yollarının nəticəsidir. Bir vaxtlar dünyanın ən çox əhalisi olan dövləti kimi tanınan Çin indi doğum səviyyəsinin azalması və əhalinin yaşlanması kimi ciddi çağırışlarla qarşılaşır. Hindistanın illik doğuş sayına görə Çini geridə qoyması yeni hadisə deyil. BMT-nin tarixi məlumatlarına əsasən, 1974-cü ildə Çində təxminən 25,6 milyon, Hindistanda isə 23,3 milyon körpə dünyaya gəlmişdi. Lakin cəmi bir il sonra vəziyyət dəyişdi. 1975-ci ildə Hindistanda doğuşların sayı 23,45 milyona yüksəldiyi halda Çində 23,1 milyona endi. Bununla da Hindistan illik doğuşların ümumi sayına görə liderliyi ələ keçirdi.

Çinin demoqrafik inkişafında dövlətin ailə planlaşdırılması siyasəti xüsusi rol oynayıb. Ölkədə 1970-ci illərdən tətbiq edilməyə başlanan məhdudlaşdırıcı tədbirlər, xüsusilə 1980-ci ildə qüvvəyə minən tək uşaq siyasəti doğum göstəricilərinin azalmasını sürətləndirib. Sonrakı illərdə bu məhdudiyyətlər yumşaldılsa da, urbanizasiya, yaşayış xərclərinin artması, ailə qurma yaşının yüksəlməsi və sosial-iqtisadi dəyişikliklər doğum səviyyəsinə təsir göstərməkdə davam edib. Nəticədə Çin bu gün əhalinin yaşlanması, əməkqabiliyyətli insanların sayının azalması və sosial təminat xərclərinin artması ilə üzləşir. Hindistanda isə demoqrafik keçid daha uzun müddətdə baş verib. Ölkədə təhsil səviyyəsinin yüksəlməsi, qadınların əmək bazarında iştirakının genişlənməsi, şəhərləşmə və ailə planlaşdırılması imkanlarının artması doğum səviyyəsinin tədricən azalmasına səbəb olub.

Dünya üzrə doğuşların sayında diqqətçəkən digər mühüm məqam Afrika ölkələrinin mövqeyinin güclənməsidir. Siyahının üçüncü pilləsində Nigeriya qərarlaşıb. Afrikanın ən çox əhalisi olan bu ölkədə 2026-cı ilin sonunadək təxminən 7,7 milyon körpənin dünyaya gələcəyi gözlənilir. Nigeriya son onilliklərdə sürətli əhali artımı ilə seçilən dövlətlərdən biridir. Ölkədə gənclərin əhali strukturunda böyük paya malik olması gələcək illərdə də doğuşların sayının yüksək qalmasına şərait yaradır. Dördüncü yerdə qərarlaşan Pakistanda il ərzində təxminən 6,9 milyon körpə doğulub. Beşinci pilləni isə 4,6 milyon doğuşla Konqo Demokratik Respublikası tutur. Sonrakı yerlərdə İndoneziya, Efiopiya, Amerika Birləşmiş Ştatları, Banqladeş və Braziliya qərarlaşıb. Bu göstəricilər doğuşların ümumi sayına görə ilk onluqda Afrika və Cənubi Asiya ölkələrinin mühüm yer tutduğunu göstərir.

Dünyanın inkişaf etmiş ölkələrində isə tamamilə fərqli demoqrafik mənzərə müşahidə olunur. Avropanın bir çox dövlətində, eləcə də Yaponiya və Cənubi Koreyada aşağı doğum səviyyəsi əhalinin yaşlanması ilə müşayiət edilir. Ailələrin daha az uşaq sahibi olması, mənzil və yaşayış xərclərinin yüksəlməsi, əmək bazarındakı dəyişikliklər və ailəqurma yaşının artması bu prosesə təsir göstərən amillərdəndir. Belə ölkələrdə əməkqabiliyyətli əhalinin azalması pensiya sistemlərinə və səhiyyə xidmətlərinə əlavə yük yaradır. 

Demoqrafik dəyişikliklər Azərbaycanın da diqqət mərkəzində olan məsələlərdəndir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin əvvəlindən ölkə əhalisinin sayı 20 min 474 nəfər və ya 0,2 faiz artaraq oktyabrın 1-i vəziyyətinə 10 milyon 282 min 825 nəfərə çatıb. Ölkə əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. 

Doğum səviyyəsinin yüksək olması özlüyündə iqtisadi inkişafı təmin etmir. Sağlam, təhsilli və peşəkar gənc nəslin yetişdirilməsi, insan kapitalına davamlı investisiyaların yatırılması ölkələrin gələcək rəqabət qabiliyyətini müəyyən edən başlıca amillərdəndir. Hindistanın əhali sayına görə dünya liderliyini möhkəmləndirməsi, Afrikanın artan demoqrafik potensialı və inkişaf etmiş ölkələrdə doğum səviyyəsinin azalması qarşıdakı onilliklərdə qlobal demoqrafik mənzərənin əsas istiqamətlərini formalaşdırır. Bu şəraitdə dövlətlərin əsas prioriteti təhsil, səhiyyə, məşğulluq və sosial müdafiə sistemlərini gücləndirərək artan və ya dəyişən əhali strukturunun yaratdığı çağırışlara uyğun siyasət həyata keçirməkdir. Çünki ölkələrin gələcək inkişaf perspektivləri bu gün dünyaya gələn uşaqların sağlamlıq, təhsil və sosial inkişaf imkanlarından birbaşa asılı olacaqdır.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya qaydaları sərtləşdirir

08:50
25 Noyabr

Dünyanın demoqrafik xəritəsi dəyişir

08:45
25 Noyabr

Qış qapıdadır

08:40
25 Noyabr

İrəvan tarixi seçim qarşısında

08:35
25 Noyabr

Türkmənistandakı konfransda Azərbaycanın logistika və tranzit imkanlarından danışılıb

08:30
25 Noyabr

Azərbaycan və Rumıniya "Yaşıl Enerji Dəhlizi" layihəsinin icrasını dəyərləndirib

08:25
25 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
25 Noyabr

TRIPP layihəsi reallığa çevrilir

08:15
25 Noyabr

Azərbaycançılıq - keçmişimizin mənəvi irsi, bu günümüzün birləşdirici gücü 

08:10
25 Noyabr

"Maraqlar toqquşması haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı 

08:05
25 Noyabr

Kəlbəcər Zəfərin işığında yenidən qurulur

08:00
25 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 22 sentyabr tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:38
25 Noyabr

“Gənclərin çağırışaqədərki hazırlığı haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 29 may tarixli 119 nömrəli Qərarının ləğv edilməsi barədə 

00:37
25 Noyabr

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

22:49
24 Noyabr

Türkiyədə qəzaya uğrayan helikopterdə beş hərbçi həlak olub 

22:38
24 Noyabr

İngiltərədə 3,8 milyon nəfər ifrat yoxsulluq şəraitində yaşayır

21:39
24 Noyabr

“Fitch Ratings” 2027-ci il üçün qlobal kredit reytinqləri üzrə proqnozunu “neytral” müəyyənləşdirib

21:25
24 Noyabr

Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib  

20:48
24 Noyabr

Ceyhun Bayramov: TRIPP layihəsi ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmalıdır 

19:41
24 Noyabr

Gürcüstanın Baş nazirinin müavini: Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi layihələr Avropa üçün strateji əhəmiyyət daşıyır

19:31
24 Noyabr

Gürcüstanın xarici işlər nazirinə Ermənistanla sülh prosesinin gedişi barədə məlumat verilib  

19:23
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!