25 Noyabr 2022 02:40
945
Elm və texnika
A- A+
Payızın ekzotik, ətirli, sarı-sulu meyvələri

Payızın ekzotik, ətirli, sarı-sulu meyvələri

 

Hər fəsildə istənilən meyvəyə rast gəlsək də, onların hər biri mövsümündə daha gözəldir. Payız da özünəməxsus meyvələri ilə seçilir.
Payızda meyvələrin şahı nar hesab edilir. Narın adı iki latın sözünün birləşməsindən əmələ gəlib. "Punica" - tünd və ya parlaq qırmızı, "granatus" isə dənə deməkdir. Nar qədim dövrlərdən becərilən və istifadə olunan məhsuldur. Məlumatlara görə, ən qiymətli sortu eramızdan əvvəl Qədim Yunanıstanın Karfagen vilayətində becərilib.
Nar hündürlüyü 1,5-4 metr olan, budaqları qarşı-qarşıya yerləşmiş balaca ağac və ya kol şəklində olur. Qısalmış budaqları çox vaxt tikanlara çevrilir. Çiçəklərinin rəngi çəhrayı, ağ, alabəzək və ya sarı ola bilər. Meyvələri iri, yetişdikdə qabıqlarının rəngi sarı, qırmızı və sair rəng alır. Toxumları çoxsaylıdır, bir meyvədə 1000-1200-dək və daha çox olur. Aprel ayında çiçəkləyən ağacın meyvələri sentyabr-oktyabr aylarında yetişir. Nar ağacı kolun bölünməsi və ya qələmlər vasitəsilə çoxaldılır. 
Xalq təbabətində nardan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunub. Eyni zamanda faydaları nəzərə alınaraq ondan bir çox qida və dərman məhsullarının istehsalı zamanı əsas tərkib hissəsi kimi, həmçinin boya və dekorativ maddə kimi də istifadə edilir. 
Müalicəvi xassəsi eramızdan əvvəl assuriyalı, misirli, yəhudi, yunan və romalılara məlum olan nar meyvəsinin qabığını Çin təbibləri eramızdan 1500 il əvvəl qurd dərmanı kimi işlədiblər. Amma nar elmi təbabətə 1807-ci ildən daxil edilib. Bunun təşəbbüskarları isə Hindistan təbibləri olub. Narın şirəsi iştahı artırır, mədənin fəaliyyətini tənzimləyir. O həm də ağrıkəsici xassəyə malikdir. Çiçəklərindən soyuqdəyməyə, toxumlarından isə sarılıq xəstəliyində, ürək döyüntüsünə, sinə ağrılarına qarşı istifadə edilir. Narın növündən və sortundan asılı olaraq meyvələri şirin və turş olur. Nara turş dad verən onun şirəsindəki limon turşusudur.
Mədəni üsulla becərilən nar şirəsində 2-4 faiz, cır narda isə 6-9 faiz limon turşusu olar. Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə, boya maddələri və makroelementlərlə də zəngindir. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!