16 Aprel 2024 09:10
448
DÜNYA
A- A+
Paris Olimpiya Oyunlarını keçirməyə hazır deyil

Paris Olimpiya Oyunlarını keçirməyə hazır deyil

 

Fransa sakinlərinin 52 faizi bu qənaətdədir

 

Çirklənmiş Sena çayı Parisdəki Yay Olimpiya Oyunlarını poza bilər. Artıq olimpiadanın Təşkilat Komitəsi Sena çayındakı suyun sağlamlıq üçün təhlükəli olması ilə əlaqədar yarışın bir hissəsinin ləğvinə icazə verib. 
Bildirilir ki, bütün su idman növləri təhlükə altındadır. Çay suyunun bakteriya, ağır metallar və viruslarla çirklənmə dərəcəsi o qədər təhlükəli həddə çatıb ki, təşkilatçılar idmançıların sağlamlığını riskə atmaq istəmirlər.
Suyun keyfiyyəti üzrə ekspert Dan Anceleskunun sözlərinə görə, çaydakı çoxsaylı təhlükəli orqanizmlərin miqdarı bütün mövcud standartları üstələyir: "Biz Senadan götürülmüş cəmi 100 ml suda təxminən 20 min bağırsaq çöpü  bakteriyası aşkar etdik".
Üzgüçü Pyer Fuzo kimi bəzi yerli idmançılar isə hələ də  riskə gedirlər. O, mütəmadi olaraq çayın kanallarında çimdiyini və hələ ki heç bir xəstəliyə yoluxmadığını bildirib: "Son üç, dörd, beş ildir ki, biz mütəmadi olaraq bu Sena kanalında çimirik, özümüzdə sensasiya yaradırıq, bilirik ki, buradakı su təmizlik standartlarından uzaqdır."
Təşkilatçıların ehtiyat planı olaraq 22 olimpiya hovuzu mövcuddur, lakin bunun da bir məqamı var. Onlar klapan hesabına doldurulur, lakin yağış yağacağı halda,  suyun çirklənməsi  riski artır.
Paris kommunal xidmətində kanalizasiya axınları üçün məsul olan Samuel Kolin-Kanivezin dediyinə əsasən, yağış  üzgüçülük hovuzlarına çirkli suları daşıya bilər.
Hər bir halda olimpiadanın başlamasına 100 gün qalıb və təşkilatçılar Sena çayını vaxtında təmizləyə biləcəklərmi, bax, bu sual altındadır.
Bundan əvvəl, aprelin 8-də Fransanın qeyri-kommersiya ətraf mühit təşkilatı  "Surfrider Europe" bildirmişdi ki, Sena çayında suyun hazırkı vəziyyəti Parisdə Olimpiya Oyunları zamanı su idmanı yarışlarının keçirilməsinə imkan vermir. Onların məlumatına görə, nümunələrin heç biri suyun keyfiyyəti ilə bağlı mövcud olan Avropa standartlarına cavab vermir.
Bütün bunlara baxmayaraq, bu günlərdə Fransa prezidenti Emmanuel Makron yenə də avantürasından əl çəkməyərək suyun keyfiyyəti ilə bağlı deyilənlərin əksinə çıxış edib. İddia edib ki, 2024-cü ildə Parisdə start götürəcək olimpiadanın üzgüçülük üzrə yarış mərhələsinin keçiriləcəyi Sena çayında guya şəxsən üzməyə hazırdır. 
Lakin ölkə əhalisi Makronun bu "nikbinliyini" bölüşmür. Ötən ayın sonunda keçirilmiş sorğunun nəticələrinə görə, Fransa sakinlərinin 52 faizi ölkənin olimpiya və paralimpiya oyunlarını keçirməyə hazır olmadığı qənaətindədir.
Xatırladaq ki, Parisdə Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 11-dək keçiriləcək. 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!