24 İyul 2026 15:16
201
SİYASƏT
A- A+
Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Hüseyn Rəhimli qərargahı CAR-ın Midrand şəhərində yerləşən Pan Afrika Parlamentinin (PAP) prezidenti Fateh Boutbig ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə PAP prezidenti təyin olunması münasibətilə F.Boutbigi təbrik edən səfir ona gələcək fəaliyyətində, o cümlədən Azərbaycan Milli Məclisi ilə rəhbərlik etdiyi qurum arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar diləyib. O qeyd edib ki, Milli Məclis Afrika ölkələri parlamentləri ilə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu baxımdan, tərəfdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial mövcuddur. Hüseyn Rəhimli Milli Məclis ilə PAP arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin parlamentlərarası dialoqa müsbət töhfə verə biləcəyini deyib. Xüsusilə də Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin gücləndirilməsinin parlamentlərarası əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə mövqelərin qarşılıqlı dəstəklənməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

F.Boutbig qeyd edib ki, PAP-ın həm Azərbaycan Respublikasının Milli Məclisi, həm də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə daha sıx əməkdaşlığı parlament diplomatiyasının əsas məqsədləri olan dialoq, həmrəylik və kollektiv fəaliyyətin təşviqinə mühüm töhfə verə bilər. O, həmçinin S.Qafarovanın dəvəti qəbul edərək cari il iyulun 31-dən avqustun 1-dək Cənubi Afrika Respublikasında keçiriləcək Afrika milli və regional parlament rəhbərlərinin toplantısında iştirakını yüksək qiymətləndirib. Bunun Milli Məclis ilə PAP arasında mövcud əməkdaşlığın daha da genişlənməsi üçün əhəmiyyətli imkanlar yaradacağını bildirib.

Görüş zamanı ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və iqtisadi islahatlar, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir sosial-mədəni infrastrukturun yaradılması, kommunikasiya və nəqliyyat xətlərinin bərpası, eləcə də Azərbaycanın üzləşdiyi mina təhlükəsi və minalanmış ərazilər problemi barədə ətraflı məlumat verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

Ötən gün 55 cinayətin açılması təmin olunub

11:27
24 İyul

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!