24 İyul 2026 15:13
249
CƏMİYYƏT
A- A+
Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

İyulun 24-də Xocalı və Ağdərə rayonlarına növbəti köç həyata keçirilib. Bu mərhələdə hər iki rayona ümumilikdə 202 nəfərdən ibarət 53 ailə qayıdıb.

AZƏRTAC-ın bölgə müxbirinə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sakinlərin qarşılanma və mənzillərin açarlarının təqdimat mərasimi Xocalı şəhərində keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov doğma yurdlarına qayıdan sakinləri təbrik edib, onlara öz evlərində xoşbəxt və firavan həyat arzulayıb.

Qeyd edək ki, bu dəfə Xocalı rayonunun Xanabad kəndinə 10 ailə (31 nəfər), Badara kəndinə 6 ailə (24 nəfər), Daşbulaq kəndinə 2 ailə (7 nəfər), Seyidbəyli kəndinə 1 ailə (5 nəfər), Təzəbinə kəndinə isə 9 ailə (39 nəfər) yerləşdirilib. Ağdərə rayonunda isə Aşağı Oratağ kəndinə 10 ailə (34 nəfər), Həsənriz kəndinə 6 ailə (17 nəfər), Kolatağ kəndinə 3 ailə (19 nəfər), Vəngli kəndinə 6 ailə (26 nəfər) köçürülüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan–Almaniya münasibətlərində strateji tərəfdaşlığın yeni mərhələsi

15:21
24 İyul

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadənin 75 yaşı tamam olub  

15:20
24 İyul

Azərbaycan və Rusiya arasında aqrar sahədə əməkdaşlıq imkanları dəyərləndirilib  

15:19
24 İyul

Pan Afrika Parlamenti ilə əməkdaşlıq genişləndirilir: CAR-da mühüm görüş  

15:16
24 İyul

Xocalı və Ağdərəyə daha 53 ailə qayıdıb

15:13
24 İyul

Nazir Anar Əliyev Zəngilanda vətəndaşların müraciətlərini dinləyib  

15:11
24 İyul

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:06
24 İyul

Rusiyanın Kirov vilayətinə raket hücumunda 6 nəfər ölüb

14:56
24 İyul

     Samuxda kənd təsərrüfatının inkişafı yolları müzakirə olunub  

14:17
24 İyul

Azərbaycan Dəmir Yolları: Bakı-Tbilisi-Bakı qatarlarında sərnişin tutumu 120 faizədək artırılıb

14:09
24 İyul

Kiyev raketlərlə vurulub, dağıntılar var

13:25
24 İyul

Növbəti köç karvanı Şükürbəyli kəndinə çatıb

13:11
24 İyul

Sabahın hava proqnozu: Günəşli hava, yüksək temperatur

12:28
24 İyul

Gülşad Məmmədova: Temperaturun 40-41 dərəcəyədək yüksəlməsinə səbəb ölkəmizə isti hava kütlələrinin daxil olmasıdır

11:59
24 İyul

İşəgötürənlər ilin isti dövründə hansı tələblərə əməl etməlidirlər?

11:43
24 İyul

Neft qiymətlərini bahalaşdıran amillər artır

11:29
24 İyul

Ötən gün 55 cinayətin açılması təmin olunub

11:27
24 İyul

Sankt-Peterburqda “Wildberries” anbarları PUA hücumlarına məruz qalıb  

11:06
24 İyul

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, 22 nəfər xəsarət alıb  

11:05
24 İyul

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

11:03
24 İyul

FHN gözlənilən isti hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

10:46
24 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!