01 Dekabr 2023 11:17
605
Mədəniyyət
A- A+

Özbəkistanın telekanallarında Azərbaycana dair çoxsaylı televiziya verilişləri nümayiş etdirilib

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Heydər Əliyev İli” və Şuşa şəhərinin 2023-cü ildə TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar aparıcı Özbəkistan mətbuatını nümayəndələrinin Azərbaycana media-tur təşkil olunub.

Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mediatur çərçivəsində Özbəkistanın “O’zbekiston” və “Dunyo Bo’ylab” dövlət telekanallarında Bakı şəhəri, Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri, eləcə də Füzuli rayonuna həsr olunmuş televiziya verilişlər nümayiş etdirilib.

Hazırlanmış televiziya verilişlərində aparıcılar tamaşaçıları ölkəmiz haqqında geniş və maraqlı materiallarla tanış ediblər. Televiziya verilişlərində Bakı şəhərinin müasir, eyni zamanda, qədim binaları, parkları, meydanları, əsrarəngiz Bakı Bulvarı, Xəzərin füsunkar mənzərəsinə dair kadrlar yer alıb.

Nümayiş etdirilən verilişlərdə hər bir azərbaycanlı üçün müqəddəs yer - Vətənin torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edən xalqın qəhrəman övladlarının uyuduğu Şəhidlər xiyabanı və şəhidlərə dair ayrıca bölmə yayımlanıb.

Özbək jurnalistlər tamaşaçıları Qarabağ bölgəsinin incisi, Türk dünyasının mədəniyyət paytaxtı adına layiq görülmüş, mədəniyyətimizin beşiyi, tarixi Şuşa şəhərindən də xüsusi veriliş təqdim ediblər. Verilişlərdə qeyd olunub ki, şəhər təkcə gözəl təbiət mənzərələri, flora və faunası ilə məşhur deyil, buranın zəngin mədəni-ədəbi-musiqi irsi, nadir xalçaçılıq ənənələri, qədim tarixi abidələr, bir çox tanınmış azərbaycanlıların vətəni və nəhayət Azərbaycanın mədəniyyət paytaxtıdır.

Şuşada reportajlar hazırlayan mediatur üzvləri Qarabağ şairi və dövlət xadimi Molla Pənah Vaqifin Prezident İlham Əliyevin tapşırığına əsasən təmir-bərpa olunmuş muzey-məqbərə kompleksini də ziyarət ediblər.

Daha sonra verilişdə işğaldan azad olunmuş və geniş quruculuq meydanına çevrilmiş Azərbaycanın Füzuli rayonu haqqında görüntülər nümayiş etdirilib.

Televiziya proqramında əvvəlcə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan şəhərin müharibədən əvvəlki dövrlərdə teatrları, muzeyləri, kitabxanaları, bağları, parkları ümumilikdə rayonu əks etdirən kadrlar yayımlanıb, sonra isə şəhərin Ermənistanın işğalı nəticəsində dağıdılmış və talan edilmiş görüntüləri təqdim olunub.

Kadrlarda vurğulanıb ki, son 30 ilə yaxın müddətdə Füzuli rayonu işğal nəticəsində ruhlar şəhərinə çevrilib. Verilişlərdə Azərbaycanın dədə-baba ərazilərində 30 ilə yaxın Ermənistan tərəfindən işğalının və bu torpaqlarda həyata keçirilən vandalizm izləri nümayiş olunub.

Füzuli rayonu ilə tanışlıq zamanı sürətlə gedən bərpa-quruculuq işlərinin görüntüləri, habelə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin tapşırığı ilə Füzuli şəhərində tikilmiş və iki xalqın dostluğunun rəmzinə çevrilmiş, görkəmli özbək alimi Mirzə Uluqbəyin adını daşıyan 1 nömrəli orta məktəbdən də veriliş təqdim olunub.

Bildirilib ki, yeni məktəb iki xalqın dostluğunun, qardaşlığının daha da möhkəmlənməsinə xidmət edir və məktəb vasitəsilə azərbaycanlı gəncləri Özbəkistanın zəngin tarixi və mədəniyyəti, ulu əcdadlarının irsi ilə tanış olurlar.

Proqramın sonunda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mediatur üzvləri üçün təşkil etdiyi brifinq də təqdim olunub.

Brifinqdə diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarını azad edib və indi bu ərazilər düşmən tərəfindən çoxsaylı minalar basdırılıb və mülki əhali bu minaların qurbanı olub. Özbək jurnalistlərinin diqqətinə çatdırılıb ki, 1991-ci ildən bu günə kimi 3385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub.

Hazırda Azərbaycan dövlətinin apardığı geniş bərpa işləri, ərazilərin partlamamış minalardan təmizlənməsi üzrə həyata keçirilən tədbirlər barədə qonaqlara məlumat verilib.

Qeyd edək ki, Özbəkistanın aparıcı telekanallarında Azərbaycana dair nümayiş verilişlər özbək və rus dillərində təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video