20 İyul 2025 09:00
558
İQTİSADİYYAT
A- A+
“Öz əlim, öz başım”

“Öz əlim, öz başım”


Daha çox regionlarda inkişaf edən fərdi sahibkarlığın iqtisadiyyatda rolu və perspektivləri genişdir


Müasir iqtisadi sistemdə sahibkarlıq, özəl sektor hər bir dövlətin sosial-iqtisadi inkişafının əsas dayaqlarındandır. Bu fəaliyyət növləri içərisində sadəliyi, çevikliyi və geniş fəaliyyət imkanları ilə seçilən fərdi sahibkarlıq xüsusi yer tutur. 

Fərdi sahibkar hüquqi şəxs yaratmadan qısa müddət ərzində fəaliyyətə başlaya bilir ki, bu da bürokratik maneələri minimuma endirir, sahibkara öz ideyalarını sərbəst həyata keçirmək, gəlir əldə etmək və bazarda  mövqeyini formalaşdırmaq imkanı verir. O, istədiyi sahədə işləyə, imkanlarını sərbəst idarə edə və lazım gəldikdə öz adından müqavilələr bağlaya bilir. Bu sahibkarlıq növü xüsusən kiçik və orta biznes üçün  əlverişlidir. Çünki çevikdir və cəmiyyətin gündəlik ehtiyaclarını tez bir zamanda qarşılayır. Fərdi sahibkarlar bazar şəraitinə tez uyğunlaşa bilir, yeni trendlərə və müştəri tələblərinə sürətlə reaksiya verirlər. Onların fəaliyyət sahələri genişdir,  kiçik ticarətdən tutmuş xidmət sahələrinə, kənd təsərrüfatından sənətkarlığa qədər müxtəlif istiqamətlərdə işləyə bilirlər. Bu da cəmiyyətin hər  təbəqəsindən olan insanların ehtiyaclarını ödəməyə qapı açır. 

Azərbaycanda fərdi sahibkar olmaq üçün mürəkkəb proseslərə ehtiyac yoxdur - bu, onun birinci üstünlüyüdür. İkinci üstünlüyü sərbəst qərarvermə imkanlarının olmasıdır. Çünki bu fəaliyyət növünün qeydiyyat və idarəetmə prosesi sadədir və az vaxt tələb edir. Fərdi sahibkar fəaliyyətini sərbəst şəkildə planlaşdırır, gəlirlərini və xərclərini özü idarə edə bilir ki, bu da bazara daha tez uyğunlaşmağa şərait yaradır. Üçüncü mühüm üstünlük aşağı vergi yüküdür. Azərbaycanda sadələşdirilmiş vergi sistemi çərçivəsində fəaliyyət göstərən fərdi sahibkarlar digər sahibkarlıq subyektlərinə nisbətən daha az vergi ödəyirlər. 

Bu qədər üstünlüklərə malik olan fərdi sahibkarlığın ölkəmizdə nə  qədət geniş yayıldığını göstərən  statistik rəqəmlərə müraciət edək: Dövlət Vergi Xidmətinin məlumatına görə, 2025-ci il iyulun 1-nə kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyon 416 mini ötüb. Bu rəqəm ölkədə fərdi sahibkarlığa marağın artdığına dəlalət edir. Belə yüksək göstərici həm də insanların öz işini qurmağa, fərdi şəkildə qazanc əldə etməyə və təşəbbüskar fəaliyyətə meyilli olduqlarını göstərir. Bu artım eyni zamanda dövlətin sahibkarlıq fəaliyyətinin sadələşdirilməsi, vergi yükünün azaldılması və elektron qeydiyyat sistemlərinin tətbiqi kimi islahatlarının real nəticəsidir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, hər dörd fərdi sahibkardan üçü “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Nəqliyyat və anbar təsərrüfatı” və “Digər sahələrdə xidmətlərin göstərilməsi” sahələri üzrə qeydiyyatdan keçib. Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (26,2 faiz), Lənkəran-Astara (10,3 faiz), Qazax-Tovuz (7,9 faiz) və Mərkəzi Aran (7,2 faiz) iqtisadi rayonlarında qeydiyyata alınıb. Fərdi sahibkarların 76,5 faizini kişilər, 23,5 faizini qadınlar təşkil edib.

Elə buradaca əlavə edək ki, son illər Azərbaycanda qadınların da fərdi sahibkarlıq sahəsində fəallığı artmaqdadır. Xüsusən fərdi sahibkarlıqda xanımların iştirakı sosial-iqtisadi inkişafa mühüm töhfə verir. Xanım sahibkarlar əsasən xidmət, təhsil, qida, turizm, gözəllik və əl işləri kimi sahələrdə uğurlu nəticələr əldə edirlər. Onların fərdi şəkildə iqtisadi təşəbbüslər göstərməsi təkcə ailə büdcəsinə təsir etmir, həm də qadınların cəmiyyətdəki iqtisadi rolunu gücləndirir. Dövlət və qeyri-hökumət təşkilatları tərəfindən qadın sahibkarlara yönəlik təlim proqramları, mikromaliyyə dəstəyi və mentorluq təşəbbüsləri onların biznes fəaliyyətini genişləndirməyə şərait yaradır. Qadınların bu sahədə fəallığı həm də regionlarda yeni imkanların açılmasına və sosial sabitliyin möhkəmlənməsinə səbəb olur. 

Qadın sahibkarların fəlaiyyəti ilə bağlı Dövlət Statistika Komitəsinin məlumatında  yer alan rəqəmlərə nəzər salaq: qadınlar “Digər sahələrdə xidmətlərin göstərilməsi” fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 37,3, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq” fəaliyyət sahəsində 26, “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyət sahəsində 22 faizini təşkil edir. Sahibkar qadınların 28,4 faizi Bakıda, 10 faizi Lənkəran-Astara, 9,6 faizi Qazax-Tovuz, qalanları digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Fərdi sahibkarların kişi və qadın nisbətinə, eləcə də regionlar üzrə bölgüsünə baxdıqda aydın görünür ki, bəzilərində qadın sahibkarların sayı ölkə üzrə orta göstəricidən daha yüksəkdir. Məsələn, Qazax-Tovuz iqtisadi rayonunda qadın sahibkarların payı 28,5, Naxçıvanda 27,6, Gəncə-Daşkəsən bölgəsində 26,1, Bakıda isə 25,4 faizdir. Bu rəqəmlər göstərir ki, qadınlar yalnız paytaxtda deyil, regionlarda da öz işlərini qururlar və iqtisadi həyatda fəal iştirak edirlər.

Qeyd olunan statistik göstəricilər fərdi sahibkarlığın ölkə üzrə geniş yayılmasını və onun iqtisadi sistemdə mühüm yer tutduğunu ortaya qoyur və göstərir ki, fərdi sahibkarlıq həm şəxsi təşəbbüsün bir formasıdır, həm də ölkə iqtisadiyyatının daha çevik və dinamik işləməsinə kömək edən mühüm vasitədir. Bu növ sahibkarlığın inkişafı ölkənin sosial-iqtisadi sabitliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb etdiyi üçün gələcəkdə də həmin istiqamətdə islahatların davam etdirilməsinin vacibliyini ortaya qoyur.


Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!