23 Oktyabr 2024 08:00
3012
İQTİSADİYYAT
A- A+
Orta dəhliz əsas dəhlizə çevrilir

Orta dəhliz əsas dəhlizə çevrilir


Bu marşruta beynəlxalq miqyasda maraq artmışdır


Dünyada yeni düzən uğrunda mübarizə səngimək bilmir. Əksinə, illərlə diplomatik səviyyədə bağlı qapılar arxasında gedən bu soyuq mübarizə indi açıq müharibələrə keçib. İkiyə bölünmüş Qərb və Şərq bloku arasında baş verən bu qarşıdurma o səviyyəyə çatıb ki, onun nə vaxt sonlanacağı bilinmir.

Əvvəllər baş verən münaqişələr dövlətlər tərəfindən BMT-də beynəlxalq hüquq və normaların prinsiplərinə uyğun müzakirə olunaraq müvafiq qərarlar qəbul edilirdi. Son dövrlər isə xüsusən böyük dövlətlərin orta məxrəcə gələ bilməməsi səbəbindən bu mümkün olmur. Başqa sözlə, bu gün dünyada beynəlxalq hüquq deyilən bir şey yoxdur. Belə vəziyyət sözsüz ki, dünya iqtisadiyyatına da təsirsiz ötüşmür. İlk növbədə beynəlxalq tranzit marşrutlarına ziyan dəyir. Çünki baş verən sulahlı qarşıdurmalar səbəbindən təchizat zənciri zədələnmiş, yüklərin vaxtında daşınması mümkünsüz olmuş, daşıma xərcləri bahalaşmışdır. Məsələn, Qırmızı dənizdə Süveyş kanalı vasitəsilə daşınan yüklərin Afrika qitəsi boyunca hərəkət edərək Avropaya çatdırılması hər ton yükün maya dəyərinin 3-5 dollararası bahalaşmasına səbəb olmuşdur. Bu üzdən dünya ticarətindəki problemi aradan qaldırmaq üçün alternativ marşrutlara ehtiyac yaranmışdır. Belə bir marşrut isə Orta dəhlizdir. Odur ki, Orta dəhlizə beynəlxalq miqyasda maraq artmışdır. Həm Şərqdə, həm də Avropada əmin olmuşlar ki, Orta dəhliz təhlükəsizlik, yüklərin vaxtında və sərfəli qiymətlə daşınması üçün ən yaxşı marşrutdur.

Orta dəhlizin üstünlüklərindən biri də bu marşrutla avtomobil və dəmir yolu ilə yükdaşımaların mümkün olmasıdır. Belə ki, Orta dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir. Bu dəhlizə xas olan multimodal nəqliyyat infrastrukturu Xəzər və Orta dəhlizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşa dəmir yolu sistemi ilə birləşdirir. Dəhlizin belə çevikliyi qısa müddət ərzində müxtəlif ölkələrdəki istehlakçıların ehtiyaclarına və logistik tələblərinə uyğunlaşmağa imkan verir.

Son vaxtlar Avropa ölkələri və orada yükdaşıma ilə məşğul olan logistika şirkətləri ölkəmizdən keçən "Şərq-Qərb" marşrutuna xüsusi maraq göstərirlər. Avropa İttifaqının Orta dəhlizdə infrastrukturun bərpası üçün 10 milyard avro ayırmaq istəməsi də bununla bağlıdır.

Çexiyada fəaliyyət göstərən "MALBI-trans" beynəlxalq nəqliyyat-logistika şirkəti Orta dəhlizdən istifadə etmək üçün pilot layihə həyata keçirir. Bu o deməkdir ki, böyük işlər görmək üçün ilk addım atılır. Şirkət Rumıniya, Konstansa limanı, sonra Bakı və Qazaxıstandan keçməklə pilot qatarların yola salınmasına hazırlaşır. Məlumat üçün bildirək ki, Çexiyanın logistika şirkəti Avropanın hər yerinə, o cümlədən Rusiyaya, MDB-yə, Çinə, Türkiyəyə və İrana ixrac, idxal, tranzit xidmətləri göstərir.

İsveçrə də Orta dəhlizin inkişafına və onun imkanlarından səmərəli istifadə üçün bir çox təklif irəli sürür. Bu ölkə marşrutun nəqliyyat və logistika imkanlarını dövrün tələbinə uyğun modernləşdirilməsini təklif edir. İsveçrəlilər bu qənaətdədirlər ki, dəhliz vasitəsilə yüklərin daşınmasının sadələşdirilməsi onun ticarət əhəmiyyətini daha da artıracaq. Təkmilləşdirilmiş və sadələşdirilmiş prosedurlar qlobal təchizat zəncirlərinə və bazarlarına çıxışları yaxşılaşdıracaq ki, bu da İsveçrə şirkətinin Orta dəhlizdən istifadəyə olan marağını daha da artıracaq. 

Bolqarıstan Avropada geniş tranzit imkanlarına malik ölkədir. 2 strateji dəniz limanına malik olan Bolqarıstan Avropanın 5 ölkəsi ilə həmsərhəddir ki, bu da ona əlavə üstünlüklər qazandırır. Üstəlik, Bolqarıstanın inkişaf etmiş nəqliyyat infrastrukturu var. O səbəbdən Bolqarıstan Orta dəhlizdə əməkdaşlıqda maraqlıdır. 

Avropa ölkələrinin Orta dəhlizə maraq göstərməsi bu marşrut üzərindən yükdaşımaların həcmini artıracaq. Elə bu dəhlizin yaradılmasının başlıca səbəbi də Asiya ilə Avropa arasında təhlükəsiz və etibarlı ticarət əlaqələri qurmaqdır. Görünən odur ki, dəhlizdə yükdaşıma prosedurlarının sadələşdirilməsi və onun texniki imkanlarının artırılması, həmçinin vahid tarif sisteminin tətbiqi Avropada Orta dəhlizə olan marağı artırıb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!