06 Dekabr 2025 08:30
111
CƏMİYYƏT
A- A+
Ordu quruculuğu prosesi Zəfərə hesablanmışdır

Ordu quruculuğu prosesi Zəfərə hesablanmışdır


Təəssüflər olsun ki, 1992-1993-cü illər tariximizin səhifələrinə Qarabağın və ətrafdakı beş rayonun erməni qəsbkarları tərəfindən işğalı kimi yazılmışdı. Bu tarix, bu işğal hər birimizin ürəyini, qəlbini göynədirdi. Ağrı-acılarını yaşadığımız həmin illərdə həm ərazilərimizə, həm də xalqımıza  qənim kəsilmiş erməni qəsbkarları dünyanın müxtəlif bölgələrindəki havadarlarına arxalanaraq Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını və külli Qarabağı ələ keçirərək odlara qalamışdılar. 

İşğal nəticəsində bir milyondan çox yurddaşımız doğma ocaqlarından didərgin düşmüşdü. Erməni işğalı nəticəsində ata-baba yurdlarını, doğma ocaqlarını itirmiş bu insanlar çadır şəhərciklərində, zavod və fabriklərin inzibati binalarında, tələbə yataqxanalarında, vaqonlarda məskunlaşmış və ağrı-acılarla dolu həyat yaşamağa məhkum edilmişdilər. 

Düzdür, sonrakı illərdə dövlətimiz qaçqınlar üçün şəhərciklər salmış, müasir tipli yaşayış binaları tikmişdi. Amma təbiidir ki, bütün bu gözəl, rahat binalar doğma ocaqların istiliyini əvəz edə bilmirdi. Köçkünlər doğma ocaqlarına qayıtmaq arzusu və istəyi ilə yaşayırdılar. Uzun illər didərginlik, köçkünlük həyatı yaşayan kövrək ruhlu bu insanlar günlərin birində geriyə - ata-baba yurdlarına qayıdacaqları günü intizarla gözləyirdilər. İllər hiss olunmadan bir-birinin ardınca durna qatarı kimi ötüb keçsə də, beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlar səmərədən çox, insanlara mənəvi əzab verirdi. Gedişindən hiss olunurdu ki, sülh danışıqları mənasız yerə baş qatmaqdan, vaxt itirməkdən başqa bir şey deyil. Çünki hansısa ümidverici bir irəliləyiş nəzərə çarpmırdı, erməni işğalçıları ələ keçirdikləri Azərbaycanın əbədi-əzəli torpaqlarından geri çəkilmək istəmirdi. Aparılan sülh danışıqlarından qaçqınları geriyə - doğma ocaqlarına aparacaq yollar görsənmirdi ki, görsənmirdi. 

Yurdun xilası, torpaqların işğaldan azad olunması üçün xalqımızın ümid dolu baxışları günü-gündən güclənən Azərbaycan Ordusuna, onun cəsur, vətənpərvər, döyüş hazırlığı yüksək olan zabit və əsgərlərinə dikilmişdi. Yalnız və yalnız Azərbaycan Ordusu düşmənlərə güclü zərbələr vurmaqla torpaqlarımızı işğaldan azad edə bilərdi. Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, ən müasir silahlarla təmin olunması üçün daim ordu quruculuğuna böyük diqqət və qayğı göstərirdi. Dövlət başçımızın rəhbərliyi altında ordu quruculuğu istiqamətində bir-birindən səmərəli və uğurlu islahatlar həyata keçirilirdi. İldən-ilə orduya ayrılan vəsait artırılırdı. Silahlı Qüvvələrin daha da güclənməsi istiqamətində aparılan quruculuq prosesində dünyanın qabaqcıl, aparıcı ölkələrinin təcrübəsindən səmərəli və yaradıcı şəkildə istifadə olunurdu. Hərbi təhsilə, tədrisə, təminata, təlim-məşqlərin keçirilməsinə böyük önəm verilirdi. Buna görə də ordu quruculuğu prosesi uğurla və yüksələn xətlə gedirdi. Göstərilən qayğı, ayrılan xüsusi diqqət nəticəsində zaman keçdikcə ordumuz qurulub formalaşır, güclənir və qüdrətlənirdi. 

Mütəmadi olaraq keçirilən irimiqyaslı təlimlər Silahlı Qüvvələrimizin gücündən, gələcəkdə qazanacağı qələbələrdən xəbər verirdi. İllərdən bəri qurulan, yaradılan ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə qadir və hazır idi. Amma Ali Baş Komandan ərazilərimizin danışıqlar yolu ilə həll olunmasının tərəfdarıydı, qan tökülməsini, insanların həyatlarını itirməsini istəmirdi. İşğalçılıq mövqeyindən geri çəkilməyən düşmən isə bununla razılaşmır, müxtəlif bəhanələrlə sülh danışıqları prosesini pozur, masa arxasına oturmaq istəmir, tez-tez cəbhədə ölümlə nəticələnən təxribatlar törədirdi. Bu təxribatçı hərəkətləri ilə qəsbkarlar bir növ müharibə istədiklərinə, qan-qadanın tərəfində olduqlarına işarə verirdilər. Sülh danışıqlarından yayınmağa və işğalçılıq əməllərini davam etdirməyə, yeni ərazilərimizi ələ keçirməyə çalışırdılar.

Nəhayət, 27 sentyabr 2020-ci ildə torpaqlarımızın azadlığı uğrunda İkinci Qarabağ müharibəsi başladı. Elə ilk günlərdən ermənilərə sarsıdıcı zərbələr vuran rəşadətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında bütün istiqamətlərdə erməni qəsbkarlarını geri sıxışdıraraq üstünlüyü ələ aldı. İşğalçılar səngər-səngər, mövqe-mövqe, addım-addım geri sıxışdırıldı. Silahlı Qüvvələrimizin sarsıdıcı əks-hücumları qarşısında duruş gətirə bilməyən düşmənlər ağır itkilər verərək silah-sursatlarını da qoyub qaçırdılar. Uzun illərdən bəri işğalda qalmış torpaqlarımız qəsbkarlardan təmizlənirdi. 

Zəfər ovqatlı bu sevindirici xəbərdən gözlərimiz yaşarır, könlümüz şadlanırdı. Zabit və əsgərlərimizin igidliyi və qəhrəmanlığı sayəsində qısa müddətdə bir-birinin ardınca şəhər və kəndlərimiz düşməndən azad edilirdi. 1992-ci və 1993-cü illərdə məğlub kimi çıxdığımız işğal olunmuş torpaqlarımıza 2020-ci ilin payız günlərində qalib kimi dönürdük. Elə-belə yox, qürurla, iftixarla, işğalçıların başını əzə-əzə, məhv edə-edə, şərəf və ləyaqətlə, qələbə ilə dönürdük. Müzəffər Ali Baş Komandanla, güclü, qüdrətli və məğlubedilməz bir orduyla, bir-birindən cəsur zabit və əsgərlərlə qayıdırdıq. Bu cür qürurverici qayıdışımızdan, bu cür şərəfli dönüşümüzdən torpaqlarımızın da üzü gülürdü, çöhrələrimizdən,  dodaqlarımızdan, gözlərimizdən təbəssüm süzülürdü. Gücümüzlə, qüdrətimizlə bütün dünyaya göstərirdik ki, bu torpaqların əsl sahibləri işğalçı ermənilər deyil, bizik - azərbaycanlılardır! Azərbaycan Ordusu, Azərbaycan zabiti, Azərbaycan əsgəri Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında beynəlxalq təşkilatların 28 ildə bacarmadıqlarını 44 gündə böyük cəsarətlə yerinə yetirdi. Ordumuz güclü, qüdrətli olduğunu bir daha düşmənin özünə və havadarlarına açıq-aydın şəkildə göstərdi.

İkinci Qarabağ müharibəsinin elə birinci günündə şanlı Azərbaycan Ordusu düşməni ağır məğlubiyyətə uğratdı. Qəsbkarlara ağrı-acılarla, itkilərlə, qan-qada ilə dolu günlər yaşatdı. Uğurla başa çatan döyüşlər zamanı işğalçılardan külli miqdarda silah-sursat, xeyli sayda işlək vəziyyətdə olan döyüş texnikası qənimət kimi götürüldü. Qənimət kimi götürülən işlək texnikalardan başqa da sərrast atəşlə qəsbkarların yüzlərlə zirehli texnikasının, silah-sursat anbarlarının külü göyə sovrulurdu. Azərbaycan əsgəri 44 günlük Vətən müharibəsində cəsarəti və hünəri ilə kimin güclü və məğlubedilməz olduğunu döyüşlərdə açıq-aydın şəkildə göstərdi.

Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsini böyük Zəfərlə başa vurdu. Ordumuz döyüşlərdə qazandığı Zəfərləri ilə Azərbaycan xalqına böyük sevinc, fərəh yaşatdı, başucalığı gətirdi. Bu Zəfər sevinci ürəklərdən, qəlblərdən heç vaxt silinməyəcək. Həmişə qürur və iftixarla xatırlanacaq.


V.MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

08:35
06 Dekabr

Ordu quruculuğu prosesi Zəfərə hesablanmışdır

08:30
06 Dekabr

Hünəri, igidliyi ilə düşmənə meydan oxuyurdu

08:25
06 Dekabr

Qətiyyətli siyasətin diktəsi

08:20
06 Dekabr

Azərbaycan sözünə, imzasına sadiq olan ölkədir

08:15
06 Dekabr

Sosial müdafiə xərclərində artım və məşğulluq proqramlarının genişləndirilməsi gələn il də davam edəcək

08:10
06 Dekabr

Sülh Cənubi Qafqazın gələcəyinə əhəmiyyətli təsir göstərəcək

08:05
06 Dekabr

İlham Əliyevin enerji siyasəti

08:00
06 Dekabr

Tailandın Kralı əlahəzrət Maha Vajiralongkorn Phra Vajiraklaochaoyuhuaya

01:29
06 Dekabr

Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:29
06 Dekabr

"Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma Qaydaları"nın təsdiqi və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin Əsasnaməsi"ndə dəyişiklik edilməsi haqqında

01:27
06 Dekabr

"Etibarlı Tərəfdaş Konsepsiyası"nın təsdiq edilməsi haqqında

01:26
06 Dekabr

Etibarlı Tərəfdaş Konsepsiyas

01:26
06 Dekabr

Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma qaydaları

01:24
06 Dekabr

"Yelo Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının nəzərinə

01:22
06 Dekabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" adlı təkrar müsabiqə keçirir

01:22
06 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:21
06 Dekabr

Tramp 2025-ci il FIFA Sülh mükafatına layiq görülüb  

23:44
05 Dekabr

Nizami Kino Mərkəzində Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi olub VİDEO  

23:43
05 Dekabr

Futbol üzrə dünya çempionatının püşkü atılıb – YENİLƏNİB 2  

23:34
05 Dekabr

Tramp: FIFA Dünya Kubokuna bilet satışında bütün dövrlərin rekordunu yeniləmişik  

21:31
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!