05 Fevral 2025 09:15
1026
Mədəniyyət
A- A+
Onun rənglər dünyası

Onun rənglər dünyası


Azərbaycan rəssamlıq məktəbinin formalaşması və inkişafı, eləcə də milli  peşəkar rəssam kadrların yetişdirilməsi istiqamətində Xalq rəssamı Kamil Xanlarovun xüsusi xidmətləri olmuşdur. Bu il onun 110 illik yubileyi tamam olur.

Kamil Əliabbas oğlu Xanlarov 1915-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Erkən yaşlarından incəsənətə maraq göstərən rəssam 1931-1935-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda bu sənətin sirlərinə yiyələnib. O zaman İkinci Dünya müharibəsinin başlanması rəssamın ali təhsil almaq imkanlarını məhdudlaşdırıb. Lakin buna baxmayaraq, rəssam gərgin müşahidələri və fəal yaradıcılıq axtarışları ilə özünün yaradıcılıq qabiliyyətini və rəssamlıq məharətini artırmağa çalışıb. Bunu rəssamın yaradıcılıq nümunələrinə nəzər yetirməklə asanlıqla müşahidə etmək olar. 

K.Xanlarov 1939-cu ildə Rəssamlar İttifaqına üzv qəbul edilmişdir. Sənətkarın çoxşaxəli yaradıcılıq və pedaqoji fəaliyyəti yüksək qiymətləndirilmiş və o, Əməkdar rəssam (1964), Xalq rəssamı (1992) fəxri adlarına layiq görülmüşdür. Onun yaratmış olduğu əsərlər respublikamızın bir sıra muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Dəfələrlə Bakı şəhərində rəssamın əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunmuşdur (1961, 1966, 1985, 1995, 2010-cu illər). K.Xanlarov həmçinin uzun müddət Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərmiş (1938-1985) və şövqlə gənc rəssamlara sənətin incəliklərinə yiyələnmək vərdişlərini aşılamışdır.

Kamil Xanlarov dəzgah rəngkarlığının müxtəlif janrlarında və eləcə də teatr dekorasiya rəssamlığı sahəsində yaddaqalan yaradıcılıq fəaliyyəti göstərmişdir. Rəssam öz yaradıcılığında klassik Azərbaycan miniatür rəngkarlığı ənənələrindən yüksək məharətlə bəhrələnmişdir.

K.Xanlarovun yaradıcılıq dünyasına nəzər yetirmiş olsaq, onun daha çox mənzərə janrında yaradılmış, diqqəti cəlb edən, lirik-emosional, kolorit ustalığı və mövzunun bədii şərhi baxımından ustalıqla həll edilmiş mənzərə lövhələrini müşahidə edə bilərik. Bu faktı rəssamın digər janrlarda yaratdığı əsərlərinin bədii dəyərini kölgədə qoymaq üçün yox, əksinə, mənzərə janrında işlənilmiş lövhələrin əhəmiyyətini qabartmaq məqsədi ilə qeyd edirik. Onun mənzərə janrına xüsusi sevgisinin olması rəssamın doğma Azərbaycana olan məhəbbətindən qaynaqlanırdı. Sənətkar Azərbaycanın bütün guşələrini qarış-qarış gəzmiş, Abşeron, Naxçıvan, Ordubad, Culfa, Şərur, Qarabağ, Şuşa, Zaqatala, Lənkəran, Astara və başqa bölgələrdə yaradıcılıq ezamiyyətlərində olmuş və füsunkar təbiət lövhələrini yaradıcı həssas rəssam təxəyyülü ilə kətana köçürmüşdür. Bu əsərlərə  "Zaqatala dağları" (1946), "Astara" (1955), "Talış dağları" (1956), "Şuşanın ətrafı" (1957), "Şuşa" (1964), "Bilgəhdə axşam" (1964), "Araz sahilində" (1965), "Şərur vadisi" (1968), "Cənub sərhədində" (1972), "Murovdağın görünüşü" (1972), "Culfa. Araz sahilində" (1973), "Mənzərə. Şuşa" (1983), "Ceyranbatan gölü" (1987), "Ordubadda qış", "İlanlı dağ" və digər əsərlərini qeyd etmək olar. 

Rəssamın yaradıcılıq nümunələri arasında onun Şuşaya həsr edilmiş mənzərələri daha çox diqqəti cəlb edir. Bu, rəssamın Cıdır düzünün gözəlliklərini əsl ustalıqla və yüksək məhəbbətlə kətana köçürməsi ilə bağlıdır. Eyni zamanda rəssamın vətənə məhəbbət duyğularının ifadəsindən yaranmış belə əsərlərin müasir gənc rəssamlarımıza bir nümunə kimi görünməsini arzu edərdik. Bu yerdə həmçinin bir çox rəssamımızın Şuşaya yaradıcılıq ezamiyyətlərinə getməsi və bu bölgəyə bağlılığını vurğulamaq yerinə düşərdi. 

K.Xanlarovun mənzərələrinin yüksək bədii emosionallığı ilə yanaşı, həm də bu lövhələrdən həzin, intizar əhvali-ruhiyyəli melodiyalar "səslənir". Bu fikrimizi rəssamın bilərəkdən seçmiş olduğu obyektini - Şərur vadisini, Araz sahilini, sahildə yerləşən dağları və sairəni tutqun və nisgilli biçimdə təsvir etməsi ilə izah edə bilərik. Rəssam "Araz sahilində" (1965), "Şərur vadisi" (1968), "Cənub sərhədində" (1972), "Culfa. Araz sahilində" (1973) adlı əsərlərində bir növ öz vətəndaşlıq mövqeyini gizli mətləblərlə ifadə etməyə çalışmış və fikrimizcə, məqsədinə uğurla nail ola bilmişdir. 

Rəssamın "İlanlı dağ" mənzərəsində Nuhun diyarı Naxçıvanda yerləşən, adını dünya tufanı nəticəsində peyğəmbərin gəmisi toxunduğu zaman "İnan ki, dağdır" ifadəsindən aldığı və zamanımızda İlanlıdağ kimi tələffüz olunan əfsanəvi dağın ecazkar görüntüsünü yaddaqalan biçimdə təsvir etmişdir. 

"Ordubadda qış" əsəri rəssamın yaradıcılığında yeganə qış mənzərəsi təsvir edilmiş tablosudur. Dağlar fonunda Ordubad evlərinin qarşısında dolanbac qarlı yolda milli geyimli iki qadın təsviri romantik qış mənzərəsinin füsunkarlığını artıran cəhətlərdəndir. "Ordubad dağları" adlı əsər də rəssamın diqqəti cəlb edən sənət nümunələrindəndir. 

K.Xanlarovun süjetli tablolarında da lirik duyğular oyadan təbiət lövhələrinə rast gələ bilərik. Əsasən səadəti, əmək romantikasını əxz edən bu cür tabloların əsas mayasını ülvi humanist duyğular təşkil edir. Belə tablolara nümunə kimi, "Sahədə" (1963), "Ailə" (1965), "Azərbaycan tarlalarında" (1967), "İşdən sonra", "Bulaq başında" və başqalarını qeyd etmək olar.

Görkəmli rəssam həmçinin portret janrında bir çox tablo yaratmışdır. Belə əsərlərdən "Balaca Dilarə" (1951), "Dilarə" (1953), "Qoca" (1954), "Şəkili xalq sənətkarı Məmmədəli", "Rövşanənin portreti", "Səttar Bəhlulzadənin portreti" (etüd), "Hacı Zeynalabdin Tağıyevin portreti", "Ənvər Paşanın portreti" və başqalarının adlarını çəkmək olar. Rəssamın portretləri içərisində daha çox diqqəti cəlb edən Hacı Zeynalabdin Tağıyevin və Ənvər Paşanın portret əsərləridir. Rəssamın tarixi şəxsiyyətlərin portretlərini yaratmaq təşəbbüsü təqdirəlayiqdir. XX əsrin əvvəllərində erməni daşnaklarından müdafiə olunmaq üçün Azərbaycan xalqının imdadına gəlmiş Ənvər Paşanın portret cizgilərini zəngin boyalarla əbədiləşdirmiş rəssam sonda maraqlı əsərin yaradılmasına müvəffəq olmuşdur. Sadalanan bədii kamillik xüsusiyyətlərini Hacı Zeynalabdin Tağıyevin portretinə də şamil etmək olar. 

"Şərq natürmortu" əsərinin rəssamın yaradıcılığında xüsusi bir çəkiyə malik olduğunu vurğulasaq, yəqin ki, yanılmarıq. Natürmort həm bədii, həm də texniki işlənilmə baxımından çox ustalıqla icra edilib. Kompozisiyada milli parça fonunda xalqımızın milli məişət əşyaları təsvir olunub. Əsərin kompozisiyası uğurla tapılıb və kolorit həlli olduqca mükəmməl işlənilib. Sarı, qırmızı, firuzəyi və göy rəng keçidləri əsərin baxımlılığını artırıb. 

K.Xanlarov 1961-ci ildə Çexoslovakiyada ezamiyyətdə olmuş və orada yaradıcılıq imkanlarını genişləndirərək, vətənə məna və məzmun dolğunluğu ilə seçilən maraqlı əsərlərlə qayıtmışdır. Bu səfər rəssamın yaradıcılığında yeni bir uğurlu istiqamətin açılması ilə nəticələnmişdir. Çexoslovakiyaya həsr edilmiş tablolarına "Praqada küçə", "Karlovı Varıda meydan", "Qızıl küçə", "Praqada qüllə", "Yan Qusun abidəsi" və digər əsərlərini qeyd etmək olar. Bu əsərlər həm mövzunun şərhi, həm kolorit həlli, həm də professional texniki işlənilmə xüsusiyyətləri ilə diqqəti cəlb edir. 

Rəssam həmçinin "Kəndlilər" (1937) filmində kişi geyimlərinin eskizlərini vermiş, "Fətəli xan" (1945) filminin geyim üzrə rəssamı olmuş və Abdulla Şaiqin "Nüşabə" (1947) pyesinin bədii tərtibatını hazırlamışdır.

Öz ömür payını Azərbaycan incəsənətinin tərənnümünə və inkişafına sərf etmiş, ilhamlı tablolar müəllifi, sənət şöhrətinin zirvələrinə ucalmış bir çox rəssamın müəllimi olmuş Xalq rəssamı Kamil Xanlarov kimi sənətkarlar Azərbaycan incəsənət tarixində həmişə hörmətlə yad ediləcəkdir.


Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

12:34
24 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

12:33
24 Avqust

Rusiyanın bir neçə regionunda “Ozon” şirkətinin anbarları dronların hücumuna məruz qalıb

12:32
24 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb

12:31
24 Avqust

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ 

12:29
24 Avqust

Göygöldə intensiv meyvə bağlarının salınmasına maraq artıb

12:27
24 Avqust

Fransada prezident seçkiləri: Rafael Qlüksman mübarizəyə qoşulur

12:25
24 Avqust

Azərbaycan Premyer Liqası: “Neftçi” - “Araz-Naxçıvan” - 5:0

12:23
24 Avqust

Qvineyada sürüşmə nəticəsində 30 nəfər həlak olub

12:21
24 Avqust

Azərbaycan və Koreya yaşıl enerjinin ötürülməsi üzrə əməkdaşlıq imkanlarını dəyərləndirib

12:12
24 Avqust

Yanvar-iyul aylarında əlilliyi olan 85 min şəxsə reabilitasiya xidmətləri göstərilib

12:10
24 Avqust

Azərbaycan nümayəndə heyəti Buxara “Ark” Qalasına gəlib

12:09
24 Avqust

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

12:07
24 Avqust

Bütün sosial ödənişlər avqustun 25-də yekunlaşdırılacaq

12:01
24 Avqust

Ukraynanın Prezidenti Zati-aliləri cənab Volodimir Zelenskiyə

12:00
24 Avqust

Qazaxıstan MSK Qurultaya seçkilərin ilkin nəticələrini açıqlayıb

11:46
24 Avqust

Qızılın qiyməti 3 ayın ən yüksək həddini keçib

11:44
24 Avqust

Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir

11:31
24 Avqust

Magistraturanın boş qalan plan yerlərinə qəbul elan edilir

11:15
24 Avqust

“Əbədi dostluq” – Bakı və Daşkənd Avrasiyanın yeni geosiyasi xəttini qurur

10:53
24 Avqust

Azərbaycan–Özbəkistan münasibətləri yeni regional əməkdaşlıq modelinin əsasını formalaşdırır

10:41
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!