07 Oktyabr 2015 10:10
87
CƏMİYYƏT
A- A+
Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə Gəncədə ictimai dinləmə təşkil edib

Ombudsman Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə Gəncədə ictimai dinləmə təşkil edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatı ölkə Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə silsilə regional ictimai dinləmələr təşkil edir. Bu qəbildən növbəti tədbir Gəncədə keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, ictimai dinləmədə MSK-nın əməkdaşı, Gəncə və regiondakı ətraf şəhər və rayonların icra hakimiyyətləri və bələdiyyələrinin, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-lərin, habelə icmaların nümayəndələri iştirak ediblər.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev çıxış edərək icra hakimiyyəti tərəfindən insan hüquqlarının təmini və MFP-nin icrası istiqamətində görülən işlər barədə məlumat verib. O, həmçinin MFP ilə bağlı müvafiq tədbirlər planının qəbul olunduğunu söyləyib, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər haqqında danışıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması sahəsində həyata keçirilən islahatlar: nəticələr və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. O, ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və ölkəmizdə insan hüquqları sahəsində ilk mühüm sənəd olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” barədə məlumat verib. Habelə 2011-ci ildə təsdiq olunmuş MFP-nin 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər və tədbirlər müəyyən etdiyini vurğulayıb.

Məruzəçi bildirib ki, parlament seçkiləri ərəfəsində seçki hüquqları xüsusi əhəmiyyət kəsb edir. Seçmək və seçilmək hüquqları prioritet məsələdir. Seçkilər xalqımızın və demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş müstəqil dövlətimizin həyatında mühüm əhəmiyyətə malikdir. Ölkə Konstitusiyasının 56-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Beynəlxalq standartlara uyğun olaraq, respublikamızda seçki hüquqları sahəsində qanunvericilik, Seçki Məcəlləsi daha da təkmilləşdirilib, bu sənədə zəruri əlavə və dəyişikliklər edilib. Ölkə Prezidentinin 2005-ci il 11 may tarixli və 2005-ci il 25 oktyabr tarixli müvafiq sərəncamları mühüm əhəmiyyət kəsb edir. Bu sərəncamların əsas müddəaları Seçki Məcəlləsində nəzərə alınıb.

Aparatın rəhbəri maarifləndirmə işinin, o cümlədən seçki komissiyası üzvləri və müşahidəçilər üçün təlimlərin artırılmasını təklif edib.

MSK-nın nümayəndəsi Faiq Bəşirov “Azərbaycanda seçki qanunvericiliyinin təkmilləşdirilməsi və seçki hüququnun daha səmərəli təmini” mövzusunda çıxış edib. O, təmsil etdiyi qurumun fəaliyyəti, Seçki Məcəlləsinin müvafiq müddəaları, seçki sistemi, səsvermə qaydaları, müşahidəçilik institutu və müşahidə aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, seçki komissiyalarının üzvləri üçün maarifləndirmə tədbirləri və digər məsələlər haqqında məlumat verib.

Müzakirələr zamanı region üzrə yerli icra hakimiyyətlərinin nümayəndələri, dairə və məntəqə seçki komissiyalarının üzvləri, bələdiyyələrin təmsilçiləri çıxış edərək MFP-nin icrasında maraqlı olduqlarını, bu sənədin həyata keçirilməsini dəstəklədiklərini, müvafiq tədbirlər planlarına əsasən, əhalinin bu prosesdə fəal iştirak etdiyini vurğulayıblar. Habelə onlar bu sahədə regionda aparılan işlər, seçkilərə hazırlıq, DSK və məntəqə seçki komissiyalarının, bələdiyyələrin fəaliyyəti, seçki məntəqələrinin texniki təchizatının vəziyyəti barədə məlumat verib, seçki hüquqları sahəsində maariflənmənin vacibliyini qeyd ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!