18 İyul 2025 08:50
759
Mədəniyyət
A- A+
Ölümsüzlüyünə sağlığında inanırdı

Ölümsüzlüyünə sağlığında inanırdı


"Seyyida, ölmərəm, aləmdə səsim var mənim"


Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında bu il aprelin 4-də Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir: "Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir".

XIX əsrdən bu günümüzə uzanan o izi salmaq, yeni yol açmaq Azərbaycanın bu istedadlı oğlu üçün asan olmadı...

Əslində, qarşısında keçilmiş, cəmiyyətin təqdir etdiyi yollar vardı. 1835-ci il iyulun 9-da Şamaxı şəhərinin Qalabazar məhəlləsində, ruhani ailəsində dünyaya göz açan Əzim hörmət-izzət sahibi olan bir ailənin övladıydı. Atası Seyid Məhəmməd nüfuz sahibiydi.

Taleyi Seyid Məhəmmədin üzünə gülmədi. Sevimli oğlunu böyüdüb boya-başa çatdırmaq ona nəsib olmadı. Seyid Əzim hələ kiçik ikən atası dünyadan köçdü. Anası Gülsüm xanıma sığındı. Ana babası Molla Hüseyn onları yaşadığı Dağıstanın Yaqsay kəndinə apardı. Oğlu olmayan Molla Hüseyn nəvəsini doğma oğlu kimi böyütməyə başladı.


Maarifçi, pedaqoq


Gözüaçıq, zirək, qabiliyyətli uşaq idi Seyid Əzim. O, babasının evində 10 ildən çox yaşadı. Yaqsay kəndində ruhanilik edən Molla Hüseyndən ərəb və fars dillərini, eləcə də bir neçə Dağıstan ləhcəsini öyrəndi.

18 yaşında - 1853-cü ildə anası ilə birlikdə Şamaxıya qayıtdı. Həmin il Şamaxı mədrəsəsinə getdi. Onda əmin idi ki, atası və babası kimi ruhani olacaq. 21 yaşında - 1856-cı ildə də Seyid Əzim İraqın Nəcəf və Bağdad şəhərlərinə bu həvəslə getdi. Amma İraqda təhsil aldığı illərdə onda dünyəvi elmlərə də böyük maraq oyandı. Bir neçə il sonra Suriyanın Şam (Dəməşq) şəhərinə yollandı. Təhsilini Şamda başa vurub axund adı qazandıqdan sonra vətəninə döndü. Bir müddət sonra yenə Şamaxını tərk etdi. Seyid Əzim bu dəfə ziyarətə yollandı. Məkkə və Mədinədən keçərək Misirə - Qahirəyə getdi.

O, ali ruhani təhsil almışdı. Ancaq müəllimlik edirdi. Həmin illərdə Bakı, Gəncə, Naxçıvan, Şuşa, Nuxa (Şəki) kimi Şamaxıda da yeni tipli məktəblər yaradılırdı.  Seyid Əzim Şirvani də 1869-cu ildə Şamaxıda "Məclis" adlı məktəb açdı. Bu məktəbdə şagirdlərə yalnız dini elmlər deyil, ana dili və fars dili öyrədilir, tarix, coğrafiya, hesab və başqa fənlərdən ibtidai məlumat verilirdi. Seyid Əzimin məktəbində Mirzə Ələkbər Sabir, Sultan Məcid Qənizadə və başqaları təhsil almışlar.

Tərcümə etdiyi əsərləri və öz şeirlərini toplayıb "Məcmueyi-asari-Hacı Seyid Əzim Şirvani" adlı dərs kitabı tərtib etdi. Dərsliyin əlyazmasını Qori seminariyasının tatar şöbəsi müdiri Aleksandr Osipoviç Çernyayevskiyə göndərdi. Çernyayevski həmin dərslikdəki bir neçə hekayəni tərtib etdiyi "Vətən dili" dərsliyində verdi.

Seyid Əzim Şirvani 40 yaşında rus dilini öyrənməyə başladı. Şərq ədəbiyyatına dərindən bələd olan Seyid Əzim rus dili vasitəsilə Qərb mədəniyyəti ilə tanış oldu. O, tərcüməçiliklə məşğul oldu, məşhur şairlərin bir sıra əsərlərini ilk dəfə ana dilimizə çevirdi. 

Böyük maraqla öyrəndiklərini şagirdlərinə də öyrədir, onlara Azərbaycanın, Şərqin və Qərbin dünyaşöhrətli şairləri, onların əsərləri barədə geniş məlumat verirdi.

1877-ci ildən pedaqoji fəaliyyətini təyin olunduğu Şamaxı şəhər məktəbində Azərbaycan dili və şəriət müəllimi kimi davam etdirdi. Onun şagirdlərə müasir ruhlu əsərlər oxuması nə çar hakim dairələrinin, nə də ruhanilərin xoşuna gəlirdi. Odur ki, əlbir olaraq 1879-cu ildə Seyid Əzimin müəllimlikdən kənarlaşdırılmasına nail oldular. Amma mübarizə əzmini qıra bilmədilər. O, Tiflisə gedib Qafqaz maarif idarəsi rəisinə işdən haqsız çıxarıldığını sübut etdi. Seyid Əzim Şirvani özünün və bəzi maarifpərvərlərin səyləri nəticəsində vəzifəsinə qayıtdı. Və ömrünün sonunadək müəllim işlədi.


Başıbəlalı şair


Şairəm, şeirdir mənim karım

Dürri-şeir ilə dolmuş anbarım.


- yazırdı Seyid Əzim Şirvani. O, bədii yaradıcılığa təxminən 1850-ci illərdə başlamışdı. Qələmə aldığı qəzəl, qəsidə, mədhiyyə, minacat, rübai, qitə, müxəmməs, müsəddəs, müstəzad, tərcibənd və tərkibənd, həcv, təmsil, mənzum hekayə və başqa əsərlərlə dövrünün məşhur şairləri sırasında yer tutdu. 

Seyid Əzimin Şamaxıda yaratdığı "Beytüs-səfa" ədəbi məclisinin Azərbaycan poeziyasının inkişafında əhəmiyyətli rolu oldu.

Araşdırıcıları şairin bədii irsinin Azərbaycan və farsca iki külliyyatdan ibarət olduğunu yazıblar. Məhəbbət mövzulu qəzəllər Füzuli ədəbi məktəbinin davamçısı olan Seyid Əzimin lirikasında başlıca yer tutur. Sayca çox olmasa da, Şərq mənbələrindən tərcümələri, Sədi, Hafiz və Füzuli  şeirlərinə nəzirələri var. O, həm də maraqlı nəsr əsərlərinin müəllifidir. Yüzdən çox mənzum hekayəsində xalq nağıllarından, Molla Nəsrəddin lətifələrindən istifadə edib, Azərbaycan və fars klassiklərindən tərcümə və iqtibas yolu ilə qələmə alıb. Təmsil ustası kimi də Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var. O, satirik şeirlərində, mənzum hekayələrində olduğu kimi, təmsillərində də tərbiyəvi-əxlaqi fikirlərini ifadə edib.

Azərbaycanın ilk mətbuat orqanı olan "Əkinçi" qəzetinin fəaliyyətə başlaması xalqının qabaqcıl övladlarından biri kimi Seyid Əzim Şirvanini də çox sevindirirdi. O, qəzetin yaradıcısı Həsən bəy Zərdabinin bu tarixi əməlini alqışlayır, dövrdaşlarını "Əkinçi"ni oxumağa, ona kömək etməyə səsləyirdi:


Bəs "Əkinçi" cəlalımızdır bizim,

Nasehi xoşməqalımızdır bizim.

Səy edək, ey guruhi-niksifat,

Etməsin ta bizim "Əkinçi" vəfat.


"Əkinçi" qəzeti Seyid Əzimin realist şeir yaradıcılığına keçməsində xüsusi rol oynadı. "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Müəllim haqqında tədbir", "Elmsiz alim", "Alim oğul ilə avam ata" "Qafqaz müsəlmanlarına xitab" və başqa satiraları onu dövrünün böyük realist şairi kimi tanıtdı.

Satirik şeirlərində cəhaləti, mövhumatı, nadanlığı tənqid atəşinə tutması Seyid Əzimə düşmənlər qazandırırdı. Haqqında dedi-qodular dolaşırdı. "Əkinçi" qəzetində dərc olunan satirik şeirləri düşmənlərinin sayını daha da artırmışdı. Ancaq şairin gözünü qorxutmaq, cəsarətini qırmaq mümkün deyildi. O, çəkinmədən xalqa səfil vəziyyətə düşməsinin səbəblərini və səbəbkarlarını göstərirdi.

Seyid Əzim Şirvani 53 yaşında - 1888-ci il mayın 20-də Şamaxıda vəfat etdi. Şairin qəfil ölümü ilə bağlı müxtəlif iddialar, ehtimallar irəli sürüldü. Ehmallardan biri onun sui-qəsd nəticəsində dünyasını dəyişməsidir. Şairin məscid qapısında yaradılan süni basabasda öldüyü də, möhvumatçı insanlar tərəfindən qətlə yetirildiyi də söylənilirdi.

Məktəb şagirdləri üçün hazırladığı, əlyazması şəklində materialları ondan sonra oğlu Mir Cəfər nizama saldı və 1895-ci ildə Təbrizdə daş basması ilə kitab çap etdirdi. Mollaxanalarda, məhəllə məktəblərində həmin kitabdan bir müddət dərslik kimi istifadə olundu.

Həyatı əzab-əziyyətlə keçsə də, yaradıcılığı qiymətləndirilməsə də, Seyid Əzim Şirvani əməlləri, əsərləri ilə ölümsüz olacağına özü də inanaraq yazmışdı:


Mövti-cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.


Ondan sonra satira Azərbaycan ədəbiyyatında aparıcı istiqamətlərdən birinə çevrildi. XIX əsrdə Seyid Əzim Şirvaninin açdığı o iz itib-batmadı. Çünki onun açdığı cığıra yeni izlər düşdü.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!