15 Oktyabr 2011 07:10
713
İQTİSADİYYAT
A- A+
Ölkənin yanacaq-energetika kompleksi 20 ildə sürətli və ardıcıl inkişaf yolu keçmişdir

Ölkənin yanacaq-energetika kompleksi 20 ildə sürətli və ardıcıl inkişaf yolu keçmişdir

 

Oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü tamam olur. Bu dövr ölkəmizin yeni tarixində müstəqilliyimizin möhkəmlənməsi, islahatların və nəhəng layihələrin həyata keçirilməsi, yeni iqtisadi sistemin yaradılması baxımından özünəməxsus yer tutur və böyük əhəmiyyət kəsb edir.

Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır olmuşdur. Sovet İttifaqının süqutu və ənənəvi istehsal əlaqələrinin qırılması bütün sahələri iflic etdiyi kimi, neft və qaz sahəsinə də təsirsiz ötüşməmişdir. 90-cı illərin əvvələrindəki siyasi rəhbərliyin acizliyi və təsərrüfat başçılarının səriştəsizliyi isə yenicə müstəqilliyə qovuşmuş ölkədə əsl hərc-mərclik törətmiş, istehsal sahələri və pillələri arasında əlaqələri pozmuş, təcrübəli kadrlar itirilmiş, hər yerdə laqeydlik, özbaşınalıq hökm sürmüş, uzun illər ərzində yaradılan fondlar və istehsal vasitələri dağılıb tar-mar edilmişdir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesindəki böhran son dərəcə dərinləşmişdi.

Yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və müstəqil ölkənin milli mənafelərinə xidmət edən siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatının ən ümdə problemləri təhlil edilərək həlli yolları müəyyənləşdirildi. Ümummilli liderin rəhbərliyi ilə bu yolların reallaşdırılması məqsədilə həyata keçirilən islahatlar nəticəsində müstəqilliyimizin möhkəm iqtisadi təməli yaradıldı, iqtisadi tərəqqi sahəsində böyük uğurlar qazanıldı. Artıq 1995-ci ildən etibarən ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmağa başlandı. Ulu öndər bununla bağlı demişdir: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra ölkədə demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaq və respublikanın iqtisadiyyatında islahatlar aparmaq, öz iqtisadiyyatını dünya iqtisadiyyatına bağlamaq prinsiplərini əsas götürmüşdür".

Artıq 8 ildən çoxdur ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi strategiyasını, islahatlar kursunu böyük bacarıqla və uğurla davam etdirir. Bu, müstəqil Azərbaycanın dinamik inkişafında yeni mərhələdir. Həmin mərhələnin nəticələri isə göz qabağındadır: ölkədə bərqərar olmuş sabitlik daha da möhkəmlənmiş, respublikamızın regionda və dünyada nüfuzu artmış, dövlətçilik və ölkənin qüdrəti güclənmiş, yeni istehsal müəssisələri yaradılmış, əhalinin sosial müdafiəsi xeyli yaxşılaşmışdır. Eləcə də iqtisadiyyatın bütün sahələrində geniş miqyasda köklü islahatlar, yenidənqurma və bərpa işləri həyata keçirilmiş, mövcud olan güclü potensial inkişaf yoluna çıxmışdır. Bir sözlə, iqtisadiyyatımız sürətlə irəli gedir və indi Azərbaycanda heç bir ölkədə görünməyən inkişaf mövcuddur.

Prezident İlham Əliyevin gərgin əməyi və rəhbərliyi ilə uğurla davam etdirilən yeni neft strategiyası regionda ölkəmizin böyük nüfuz sahibinə və aparıcı  dövlətə çevrilməsinə zəmin yaratmışdır. Böyük həcmdə xarici investisiyaların cəlb edilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması ölkədə aparılan iqtisadi siyasətin əsas prioritet istiqamətlərini təşkil edir.

Sənaye və energetika kompleksi isə bu inkişafın lokomotivi olaraq qalır. Ölkədə yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Neft və qaz sənayesində yeni yataqların kəşfiyyatı, hasilatın təminatı ücün hidrotexniki qurğuların tikintisi, qaz təsərrüfatı sisteminin və infrastrukturunun genişləndirilməsi və yenidən qurulması, elektroenergetika sektorunun möhkəmlənməsi və inkişafı istiqamətində böyük əhəmiyyət kəsb edən işlər görülür.

2010-cu il oktyabrın 7-də bp və ARDNŞ arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Şəfəq-Asiman" strukturunun birgə kəşfiyyatı və işlənməsi üçün yeni hasilatın pay bölgüsü sazişi imzalandı. "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşir və 110 kvadratkilometr  ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Suyun dərinliyi 650-800, rezervuarın dərinliyi təxminən 7000 metrdir. "Əşrəfi", "Qarabağ" və "Babək" perspektiv strukturlarında axtarış-kəşfiyyat işlərinin bərpa edilməsi istiqamətində işlərin davam etdirilməsini, "Ümid" və "Abşeron" strukturlarında aparılan kəşfiyyat işləri zamanı bu yataqların məhsuldarlığı barədə dəqiqləşdirilmiş məlumatın əldə olunmasını yanacaq-enerji kompleksinin inkişafi üzrə Dövlət Proqramı çərçivəsində aparılmış uğurlu işlər hesab etmək olar.

Ölkənin neft-qaz sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi sayəsində respublikamızda neft hasilatı 1990-cı ilin əvvəlləri ilə müqayisədə 6 dəfə artmışdır. Qaz hasilatında da son illər böyük nailiyyətlər əldə edilmişdir. Heç də təsadüfi deyil ki, son 5 ildə mədənçıxarma sənayesində məhsul istehsalı 2,8 dəfə, o cümlədən neft hasilatı 3 dəfəyə qədər, qaz hasilatı isə 3 dəfədən çox artmışdır. Bu illər ərzində 158 milyon ton neft, 44 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.

2010-cu ildə "Azəri-Çıraq-Günəşli" neft və "Şahdəniz" qaz kondensat yataqlarında hasilat uğurla davam etdirilmişdir. Hasilat başlanandan - 1997-ci ilin noyabrından 2010-cu ilin sonunadək AÇG-də neft hasilatı 222 milyon ton olmuşdur. "Şahdəniz" yatağından isə 2006-cı il noyabrın sonundan indiyədək 23,5 milyard kubmetr qaz və 6,2 milyon ton kondensat hasil olunmuşdur. Bunlardan əlavə, 2010-cu ilin iyul ayının 21-də Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ən yüksək ötürücülük qabiliyyəti sutkada 1,057 milyon barelə çatmışdır.

Ötən illər kimi, 2011-ci ili də böyük sosial-iqtisadi uğurlarla başa vuran respublikamız energetika və sənayenin digər sahələrində yüksək nailiyyətlər əldə etmişdir. Hazırda Azərbaycanda sutkada 75 milyon kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, xarici şirkətlərlə birgə işlənən "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" yataqlarından alınır. Təkcə bir faktı qeyd edək ki, 2010-cu ildə ölkə üzrə 26,3 milyard kubmetrə yaxın qaz hasil olunduğu halda, 2011-ci ildə bu rəqəmin 29 milyard kubmetrə çatacağı gözlənilir. Ötən il neft-qaz təsərrüfatında baş verən ən mühüm hadisələrdən biri də yeraltı qaz anbarlarına vurulan qazın həcminin 2 milyard 500 milyon kubmetrə çatdırılmasıdır. Yaxın gələcəkdə  yeraltı qaz anbarlarının tutumunun 3 milyard, növbəti mərhələdə isə 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Bir sözlə, enerji daşıyıcıları, xüsusən təbii qaz və elektrik enerjisinin təminatı sarıdan son illərə qədər başqa ölkələrdən asılı olan Azərbaycan istehsalı sürətlə artırmaqla özünün enerji təhlükəsizliyini təmin etmişdir. Bu, Prezident İlham Əliyevin uğurla apardığı enerji siyasəti nəticəsində mümkün olmuşdur. Enerji təchizatında çətinlik yaranan bölgələrdə - Astara, Şəki, Xaçmaz, Naxçıvan, Bakı və Sumqayıtda qısa müddət ərzində yeni qenerasiya gücləri işə salınması və bu sahədə tədbirlərin indi də davam etdirilməsi dediklərimizə əyani sübutdur. Hazırda Azərbaycan müstəqil elektrik enerji sisteminə malikdir. Bunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən keçən əsrin 70-ci illərində qoyulmuşdur. Ulu öndərin təşəbbüsü və birbaşa rəhbərliyi altında Azərbaycan və Şimal istilik, Araz, Tərtər, Yenikənd, Şəmkir su elektrik stansiyaları, eləcə də elektrik şəbəkələri, elektrik verilişi xətləri və qovşaq yarımstansiyalar inşa edilmişdir. Ümumiyyətlə, ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda 3500 Mvt-yə yaxın qenerasiya gücü istismara verilmişdir.

Hazırda respublikamızın elektrik enerjisi sisteminin tərkibində 13 istilik və 7 su elektrik stansiyası fəaliyyət göstərir. Onların ümumi gücü 6,4 min meqavatdan çoxdur və hər il orta hesabla ölkədə 18 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilir. Əldə olunan uğurlar ölkənin elektrik enerjisi sisteminin dayanıqlığını və təhlükəsizliyini daha da möhkəmləndirmiş və elektrik enerjisinin ixracı üçün böyük imkanlar yaratmışdır.

Ötən illər Azərbaycana yönəldilən investisiyaların qoyulduğu sahələrdə qeyri-neft sektorunun xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. Yaradılan əlverişli biznes mühiti nəticəsində xarici investorlar enerji sahəsilə yanaşı, qeyri-neft sektoruna da xüsusi maraq göstərirlər və son nəticədə bu, qeyri-enerji sferasına qoyulan sərmayələrin həcminin artması ilə yanaşı, istehsalın da artımında müstəsna rol oynayır. Xarici investisiyalar hesabına müasir texnologiya və avadanlıqların tətbiqi, qabaqcıl idarəetmə təcrübəsinin öyrənilməsi nəticəsində bu gün Azərbaycanda yüksək keyfiyyətli, rəqabətə davamlı məhsullar istehsal edilir və indi bu bizim inkişaf strategiyamızın prioritet istiqamətlərindən biridir.

Ölkəmiz böyük sənaye ehtiyatları olan neft, qaz, kondensat, elektrik enerjisi, o cümlədən alternativ və bərpa olunan enerji mənbələri - dəmir filizi, alüminium xammalı, mis, qızıl, sink, molibden, bentonit, dolomit, müxtəlif kimya xammalı, 200-ə qədər təbii tikinti materialları yataqları və digər ehtiyatlara malikdir və bu ehtiyatlardan səmərəli istifadə hazırda qarşımızda duran vacib məsələlərdəndir. Çünki qloballaşan dünyada enerji təhlükəsizliyinin ön plana çəkildiyi bir vaxtda bu, çox vacibdir. Heç təsadüfi deyil ki, məhz bu sahədə həyata keçirilən tədbirlər nəticəsində sanballı yanacaq-enerji resursları əldə edən Azərbaycan Avropa dövlətləri üçün etibarlı tərəfdaşa çevrilmişdir.

Prezident İlham Əliyevin apardığı siyasət, həyata keçirdiyi çevik neft diplomatiyası və praktiki işlər Azərbaycanı Xəzər, Qara və Aralıq dənizləri məkanında qlobal layihələrin təşəbbüskarı, iştirakçısı və əsas icraçısı olaraq regional iqtisadi əməkdaşlığın ayrılmaz hissəsi etmişdir ki, bu da milli iqtisadiyyat üçün yeni imkanlar yaradır. Xəzər hövzəsindən enerji resurslarının Avropaya çatdırılmasına yönəldilən və uğurla həyata keçirilən layihələr Şərq və Qərbin qovşağında yerləşən ölkəmizin dünya birliyinə daha ahəngdar inteqrasiyası baxımından müstəsna rol oynayır. Hazırda Azərbaycan geniş və müxtəlif istiqamətlərdə neft və qaz dəhlizlərini yaratmaq və  transregional layihələrə qoşulmaqla Avropanın enerji təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ekspertlərin fikrincə, Azərbaycan qazı Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımından prioritet sayılan iritutumlu qaz kəmərləri layihələrinin əsas mənbələrindən hesab edilir. Heç şübhə etmirik ki, Xəzər dənizində apardığımız kəşfiyyat işləri uğurla nəticələnsə, Azərbaycan XXI əsrin ikinci onilliyinin yekununda qazın istehsalını ən azı 50-60 milyard kubmetrə  çatdıra və bunun əksər həcmini ixrac edə bilər.

 

Natiq ƏLİYEV,

sənaye və energetika naziri, iqtisad elmləri doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:54
10 İyun

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

01:53
10 İyun

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə

01:52
10 İyun

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:50
10 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

01:49
10 İyun

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

01:48
10 İyun

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:47
10 İyun

Azercell abunəçilərinin nəzərinə

01:46
10 İyun

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

23:57
09 İyun

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb  

23:29
09 İyun

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

22:34
09 İyun

Brüsseldə təhsildə qənaət planına qarşı yeni etiraz dalğası

22:06
09 İyun

Avropanın 100 milyard avroluq qırıcı təyyarə layihəsi ləğv edildi

21:46
09 İyun

Türkiyə aviaşirkətlərinin təyyarə sifarişləri rekord səviyyədədir

21:18
09 İyun

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

21:13
09 İyun

Böyük İsgəndərin ilk böyük qələbəsini qazandığı yer “tarixi qoruq” elan edilib

20:49
09 İyun

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər  

20:31
09 İyun

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

20:21
09 İyun

Şuşa, Xankəndi və Laçında kanat yollarına 15,2 milyon manat xərclənib

19:52
09 İyun

“Türk dünyasına səyahət” - Türk xalqlarının irsi, ortaq mənəvi dəyərləri və qardaşlıq əlaqələri təbliğ olunur

19:39
09 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

19:21
09 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!