22 May 2025 09:00
424
İQTİSADİYYAT
A- A+
Ölkəmizin AQEM-də iştirakı yeni iqtisadi əməkdaşlıqlara yol açır

Ölkəmizin AQEM-də iştirakı yeni iqtisadi əməkdaşlıqlara yol açır


Bu gün dünyada heç bir ölkə təkbaşına təhlükəsiz və rifah içində yaşaya bilməz. İqtisadiyyatların bir-birinə sıx bağlı olduğu, sərhədlərin isə daha çox mənəvi xarakter daşıdığı indiki zamanda sabitlik, sülh və qarşılıqlı əməkdaşlıq uğurlu inkişafın əsas şərtidir. 

Asiya qitəsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qitədə yerləşən bir sıra ölkələr həm təbii sərvət baxımından olduqca zəngindir, həm də strateji mövqeləri sayəsində qlobal nəqliyyat və ticarət marşrutlarının əsas iştirakçılarıdır. Bu da onların iqtisadi inkişafını sürətləndirməyə imkan verir.

Məlumdur ki, iqtisadi inkişaf təhlükəsizlik olmadan mümkün deyil. Məhz bu reallığı nəzərə alaraq, Asiya ölkələri 1992-ci ildə bir araya gəlib Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəni (AQEM) yaratdılar. Qurumun çağırılması haqqında ilk təşəbbüsü həmin il oktyabrın 5-də BMT Baş Assambleyasının 47-ci sessiyası zamanı Qazaxıstanın keçmiş  Prezidenti Nursultan Nazarbayev irəli sürdü. Platformanın əsas məqsədi Asiyada sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, dövlətlər arasında qarşılıqlı etimadın artırılması uğrunda və terrorizmə qarşı mübarizə sahələrində əməkdaşlığın dərinləşdirilməsidir. Çin, Rusiya, Hindistan, İran, Türkiyə, Pakistan, Azərbaycan və digər Asiya ölkələri daxil olmaqla AQEM-in  üzv dövlətlərinin sayı 28-dir. Təşkilata üzv olmayan  10 dövlət və 5 beynəlxalq təşkilat isə AQEM-də müşahidəçi statusunda yer alır. 

Bu gün dünya əhalisinin üçdəikisinin - təxminən 4 milyarda yaxın insanın Asiya qitəsində yaşadığını nəzərə alsaq, bu beynəlxalq platformanın planetimizin gələcək təhlükəsizliyinin təmin olunması, qlobal sülhün bərqərar edilməsi, qarşılıqlı etimadın müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını görərik. Azərbaycan AQEM-in fəal üzvüdür və platformada öz maraqlarını, o cümlədən regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini irəli sürür. 

AQEM Nazirlər Şurasının 2024-cü il 19 mart  tarixli qərarı ilə 2024-2026-cı illər üzrə müşavirəyə sədrlik ölkəmizə keçmişdir. Azərbaycanın AQEM-ə sədrliyi çərçivəsində bu təşkilatın Biznes Şurasına sədrlik Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir. Təşkilata sədrlik çərçivəsində AQEM-in Biznes Şurasına və Gənclər Şurasına sədrliyin də həmin dövr üçün Azərbaycan tərəfindən həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda AQEM-in etimad tədbirlərinin həyata keçirilməsi planına 44 tədbir  daxil edilmişdir.  Bunlardan təxminən 20-si Azərbaycan tərəfindən təklif olunmuşdur ki, bu da AQEM-in 5 əsas iş istiqamətini əhatə edir: iqtisadi, ekoloji, insani və hərbi-siyasi ölçülər, yeni çağırışlar və təhdidlər ölçüsü. 

İki gün öncə KOBİA-nın və AQEM Katibliyinin təşkilatçılığı ilə AQEM Biznes Şurasının 8-ci Plenar İclası və 10-cu biznes-forumunun Bakıda keçirilməsi də həmin tədbirlər planına daxildir və təsadüfi xarakter daşımır. Forumda AQEM-ə üzv dövlətlər arasında sənaye sahəsində əməkdaşlıq, KOB-ların qlobal dəyər zəncirində iştirakı və "yaşıl keçid"i, rəqəmsallaşma, qadın sahibkarlığının inkişafı, sərhədlərarası ticarət və e-ticarət, biznes sahəsində çağırışlar və imkanlar müzakirə edilib. 250-dən çox rəsmi şəxsin və iş adamının iştirak etdiyi tədbirin məqsədi AQEM-ə üzv dövlətlər arasında sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirmək, xüsusilə kiçik və orta biznesin (KOB) dəstəklənməsi, dövlətlərarası tərəfdaşlıqların qurulması, habelə regionda dayanıqlı, innovativ və inklüziv iqtisadi artımın təşviqinə yönəlmiş təşəbbüsləri irəliyə aparmaq olub. 

Bu gün Azərbaycan öz iqtisadi inkişafı ilə istər regional, istərsə də qlobal səviyyədə həyata keçirilən beynəlxalq iqtisadi layihələrin aparıcı iştirakçısıdır. İlk növbədə qeyd etməliyik ki, coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan ticarət yollarının inkişafı üçün öz infrastrukturunu tamamilə yeniləyib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Cənub qaz dəhlizi", yaxın illərdə istifadəyə veriləcək Zəngəzur dəhlizi və Xəzər ilə Qara dənizi birləşdirəcək elektrik enerji ixracı kabeli, eləcə də daxildəki digər infrastruktur layihələri AQEM dövlətləri üçün mühüm fürsətdir, ümumi inkişafa verilən böyük töhfədir. 

Bu gün Azərbaycanda kiçik və orta bizneslərin rəqəmsal texnologiyalarla təkmilləşdirilməsi və avtomatlaşdırılması prosesi sürətlə həyata keçirilir. KOB müəssisələri onlayn satış və onlayn təlim platformaları, rəqəmsal reklam alətləri, mühasibatlıq proqramları, elektron faktura və ödəniş sistemləri kimi innovasiyalardan geniş istifadə edir. Nəticə etibarilə bu da xərclərin azalmasına, daha sürətli iş prosesinə, müştəriyə çıxışa yol açır və biznes strukturuna rəqabət üstünlüyü qazandırır. Bu sadalananlar fonunda qadın sahibkarlığın inkişafına açılan yollar onları öz bizneslərini qurmağa aparır. Sirr deyil ki,  qadın sahibkarlığı iqtisadiyyatda qadınların fəallığının artması və onların müstəqil gəlir mənbəyi qazanması baxımından çox önəmlidir. Sahibkar qadınların "ağıllı" kənd və "ağıllı" şəhər layihələrində rolu bu yeni inkişaf modelində onların iqtisadi, sosial və innovativ töhfələr verməsini ifadə edir. Bu cür layihələrdə qadın sahibkarlar həm istehsalçı, həm xidmət təminatçısı, həm də ictimai təşəbbüsçü kimi fəal rol oynayırlar. 

Nümunə olaraq Zəngilan rayonunun "ağıllı" kəndi olan Ağalını misal çəkə bilərik. Burada qadınlar öz məhsullarını satışa çıxarmaq üçün onlara rəqəmsal bacarıqlar aşılayan təlimlərdə iştirak edərək innovativ yenilikləri öyrənirlər. Forumda  məhz bu deyilənlər - KOB-ların rəqəmsallaşdırılması, qadın sahibkarlığı, "ağıllı" şəhər təşəbbüsləri və "yaşıl transformasiya" kimi mövzular üzrə müzakirələr aparılıb. Biznes-forumda  həmçinin AQEM çərçivəsində qarşıdakı dövrdə həyata keçiriləcək tədbir və təşəbbüslərə, eləcə də AQEM-in Biznes Şurasının 2026-cı ildə keçiriləcək 9-cu Plenar İclasına dair fikir mübadiləsi aparılıb.

Bakıda keçirilən biznes-forum bir daha diktə etdi ki,  AQEM Asiya regionunda təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsində mühüm rol oynayan strateji platformadır. O, yalnız təhlükəsizlik və siyasi dialoq platforması deyil, həm də Asiyada iqtisadi əməkdaşlığın genişlənməsi üçün mühüm zəmin yaradan çoxtərəfli qurumdur. AQEM vasitəsilə üzv dövlətlər arasında ticarət, sərmayə, enerji, nəqliyyat və texnologiya sahələrində əməkdaşlıq imkanları ilbəil artırılır. Bu, həm regional iqtisadi inteqrasiyanın sürətlənməsinə, həm də dayanıqlı inkişafın təmin olunmasına dəlalət edir. Azərbaycanın bu platformadakı fəal iştirakı ölkəmizin həm iqtisadi maraqlarının qorunması, həm də Asiya bazarlarına inteqrasiya imkanlarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!