05 Fevral 2023 01:56
1222
SİYASƏT
A- A+
Ölkə rəhbərinin ictimaiyyət nümayəndələri ilə hər görüşü sevinclə qarşılanır

Ölkə rəhbərinin ictimaiyyət nümayəndələri ilə hər görüşü sevinclə qarşılanır

 

Yalnız böyük insanlar, dahilər belə düşünür, belə edirlər. Hakimiyyətə gəlişinin ilk günlərindən "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin", - dedi. Xalqdan  olanlar, xalqla olanlar, xalqın dərdini anlayıb, onu düşünüb, inkişafı və tərəqqisi yolunda çalışanlar  hər bir vətəndaşının sevimlisi və qəhrəmanı ola bilirlər. O bu xalqın qəhrəmanı, arzularının təminatçısı, xəyallarını gerçəkləşdirən bir rəhbər, bir Prezidentdir. 
İftixarla deyə bilərik ki, bütün parametrlərinə görə Azərbaycan bu gün Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Dünyada söz, nüfuz sahibidir. Bütün bunlar gərgin əməyin, düzgün idarəetmənin, düşünülmüş, dürüst siyasətin, xalq-Prezident, Prezident-xalq birliyi sayəsində mümkün olmuşdur.
Dövlət başçısı xarici olkələrə səfərləri zamanı azərbaycanlılarla görüşüb problemlərini öyrənir, fikirlərini dinləyir. Onun regionlara səfəri əsl bayram əhvali-ruhiyyəsi ilə qarşılanır. Prezidentin sadə adamlarla görüşü insanların yaddaşlarında silinməz xoş xatirələrə dönür. Sadə insanlarla bir süfrə arxasında əyləşib çörək kəsən, yaralı əsgərə "övladım" deyib dərdinə ortaq olan, evsizə ev, işsizə iş verən Prezident əməlləri, diqqəti, qayğısı ilə hər an xalqla olduğunu, xalqdan biri olduğunu təsdiq etmişdir. 

 

Biz böyük bir ailəyik

 

Dövlət başçısının adət-ənənələrimizə hörməti, milli-mənəvi dəyərləri uca tutmağı, dini normalara həssaslıqla da bir nümunə, bir örnək göstərdiyi inkarolunmazdır. Onun müqəddəs ziyarətgahlara getməsi, milli-mənəvi baxımdan xüsusi rolu olan Xüdafərin körpüsünü ziyarət etməsi, Ağdamda, Şuşada, Zəngilanda, Tərtərdə, İsmayıllıda, Şamaxıda məscidlərdə olması, tarixi-mədəni yadigarların qorunması, öyrənilməsi və bərpası işinə xüsusi önəm verməsi insanlar tərəfindən son dərəcə yüksək dəyərləndirilir.
Xüsusilə regionlara səfəri zamanı Prezident və onun ailə üzvlərinin sıravi vətəndaşların evlərində çay süfrəsi arxasında səmimi söhbətlər edib, xalqın problemlərini öyrənib yerindəcə həll etmələri rəhbər-xalq, xalq-rəhbər birliyinin ən gözəl nümunəsidir. 
Zəngilan rayonu Ağalı kənd orta məktəbinin direktoru Nərmin Həsənova deyir ki, Tanrı onun təkcə müəllimlik fəaliyyətini yox, həyatını da 2020-ci ildən Ağalı kənd sakini ilə bağlayıb. 20 oktyabr 2020-ci il - Zəngilanın azad olunduğu gün onların həyatlarında ən unudulmaz tarixə çevrilib: "Allah dualarımızı qəbul etdi. Ağalıya ilk qayıdış bizlər üçün Zəfərimizin təntənəsi günü oldu. 2022-ci il mayın 27-də  Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağalı kəndinin sakinləri ilə görüşü oldu. Xoşbəxtəm ki, biz də həmin tarixi günü yaşayanlardanıq. Mehriban xanım məni Ağalı kənd tam orta məktəbinin direktoru təyin olunmağım, ailə qurmağım münasibətilə təbrik etdi. O gün mənim üçün unudulmaz tarixə çevrildi". 
Ölkə rəhbəri "Azərbaycan bizim evimizdir. Biz böyük bir ailəyik" demiş, əməlləri ilə böyük ailənin müdrik, qayğıkeş başçısı olduğunu təsdiq etmişdir. Şəki şəhər sakini Rafiq Abdullayev deyir ki, dövlət başçısının Şəkiyə son səfəri yaddaşımıza bayram kimi yazıldı. Xalq öz rəhbərini doğması, öz dərdini rahatlıqla deyə biləcək dostu, nəhayət, Qarabağın xilaskarı kimi qarşıladı. 
Dövlət başçısının regionlara hər səfəri əsl əlamətdar bir hadisəyə dönür. Belə səfərlər zamanı yeni sosial, mədəni bir obyektin xalqın sərəncamına veriləcəyi, tarixi abidələrimizin bərpa olunacağı, Prezidentin xalqın istək və arzularını öyrənib tədbirlər görəcəyi mütləqdir. Dövlət başçısının Şəkiyə son səfəri yaddaşlarda bir sıra sosial obyektin, uşaq bağçasının açılışı, Şəki xan sarayında gedən təmir-bərpa işlərinin tanışlığı, ən başlıcası isə, səmimi söhbətləri ilə qaldı. Ali Baş Komandan İlham Əliyev Qarabağı bizə qaytarmaqla, düşmən üzərindəki zəfəri ilə ən böyük arzumuzu gerçəkləşdirdi. 

 

O, bir   tarixi  şəxsiyyət, xilaskar Prezidentdir

 

Tərtərli həmsöhbətimiz, Birinci Qarabağ müharibəsi veteranı, "Azərbaycan bayrağı"ordenli Pənah Məmmədov deyir ki, İlham Əliyev bizim inam, güvənc  yerimizdir. Bildiyiniz kimi, Tərtər həmişə düşmənə gözdağı olub. Düşmən heç vaxt arzuladığını bizim rayonda həyata keçirə bilməmişdi. İstər Aprel döyüşləri, istərsə də İkinci Qarabağ müharibəsi zamanı düşmən artilleriyasının ən çox hədəf aldığı yer Tərtər olub. Tərtərlilərin evləri düşmən tərəfindən ən çox dağıntıya məruz qalıb. Amma biz geri çəkilmədik, ev-eşiyimizi tərk etmədik. Bizi burada saxlayan dövlət başçısına olan inamımız idi.
Aprel döyüşləri zamanı düşmən artilleriyası Tərtərin kəndlərini, Tərtər şəhərini atəş altında saxlayıb qorxu yaratmaq istəyirdi. Biz burada idik. O zaman Prezidentimiz, Mehriban xanım atəş altında olan Tərtərə gəldi, tərtərlilərlə bir oldu. Hətta düşmənlə üz-üzə olan Qafanlı kəndinə getdilər...
Prezident İlham Əliyev vətənimizi bütövləşdirdi. 
Azərbaycan gündən-günə gözəlləşir, inkişaf edir, qüdrətlənir. Düşmənin bir zamanlar işğal edib xarabazara çevirdiyi yurd yerlərimizə yenidən həyat verilir. Qələbəmizin baş qəhrəmanı da, iqtisadi inkişafın müəllifi də dövlət başçısı İlham Əliyevdir. Müharibə bitsə də, mübarizə davam edir. Mübarizənin qalibi də cənab İlham Əliyevin olacağı heç kimdə şübhə doğurmur.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!