22 Noyabr 2011 01:11
729
İDMAN
A- A+
«Olimpiya dünyası» qəzetinin 10 illik yubileyi qeyd edilmişdir

«Olimpiya dünyası» qəzetinin 10 illik yubileyi qeyd edilmişdir

 

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi (MOK) və Azərbaycan Mətbuat Şurası noyabrın 21-də "Olimpiya dünyası" qəzetinin 10 illik yubileyi ilə bağlı "dəyirmi masa" keçirmişdir.

AzərTAc xəbər verir ki, toplantıda hər iki qurumun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Azərbaycanın idman ictimaiyyəti xadimləri iştirak etmişlər.

"Olimpiya dünyası"nın fəaliyyətini yüksək qiymətləndirən Mətbuat Şurasının sədri Əflatun Amaşov bu qəzeti son 10 ilin idmanla bağlı salnaməsi adlandırmışdır. Bildirmişdir ki, peşəkarlardan ibarət kollektiv qəzetin səhifələrində idman yeniliklərini, Azərbaycanda, eyni zamanda, dünya idmanında baş verən hadisələri ictimaiyyətə müntəzəm çatdırmışdır. 

Mətbuat Şurasının sədri MOK ilə birgə uzunmüddətli layihənin həyata keçirildiyini bildirmişdir. Azərbaycanın 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürdüyünü, 2012-ci ildə Londonda 30-cu Yay Olimpiya Oyunlarının keçiriləcəyini deyən Ə.Amaşov qeyd etmişdir ki, proqrama uyğun olaraq bu müddət ərzində Bakıda və regionlarda çoxsaylı tədbirlərin keçirilməsi, Olimpiya çempionlarımızla  görüşlərin, jurnalistlər arasında idman mövzusu ilə bağlı yazı müsabiqələrinin təşkili və s. tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

MOK-un 1992-ci ildə yaradıldığı qeyd edən komitənin vitse-prezidenti Çingiz Hüseynzadə bildirmişdir ki, gələn il Milli Olimpiya Komitəsinin 20 illik yubileyi qeyd ediləcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev 1997-ci ildə MOK-un rəhbəri seçiləndən sonra ölkədə Olimpiya hərəkatı genişlənmişdir. MOK-un yeni seçilmiş heyətinin ilk iclasında qərara alındığı kimi, bu müddət ərzində ölkədə idmanın  maddi-texniki bazası yaradılmışdır. Artıq Azərbaycanın 31 regionunda Olimpiya kompleksləri vardır və hazırda yeni idman obyektləri istifadəyə verilir. Ölkəni tərk etmiş tanınmış idmançılar, mütəxəssislər Vətənə qaytarılmış, onların sosial vəziyyəti yaxşılaşdırılmışdır. Olimpiya hərəkatının mətbuatda yüksək səviyyədə işıqlandırılması üçün 1998-ci ildə "Olimpə doğru" jurnalı, 2001-ci ildə isə "Olimpiya dünyası" qəzeti təsis edilmişdir. İnanıram ki, bu gün 10 illik yubileyini qeyd etdiyimiz qəzet Azərbaycanda idmanın, Olimpiya hərəkatının təbliği ilə yanaşı, ölkədə idman jurnalistikasının formalaşmasında mühüm rol oynayacaqdır.

Tədbirdə  "Olimpiya dünyası"nın baş redaktoru Murad Fərzəliyev, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Aqil Abbas və digər çıxış edənlər MOK-un orqanı olan "Olimpiya dünyası"nın ötən müddətdə fəaliyyəti barədə danışmış, nəşrin respublikada Olimpiya hərəkatının inkişafında və idmanın kütləviləşməsinin təbliğində rolunu qeyd etmişlər.

"Dəyirmi masa"da  ölkədə idman jurnalistikasının inkişaf xüsusiyyətləri nəzərdən keçirilmiş, mövcud sahədə problemlər və perspektiv vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda qəzetin əmək- daşlarına diplomlar təqdim edilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Saloniki UNESCO tərəfindən “Qastronomiya şəhəri” seçilib

17:01
08 Fevral

“Exit-poll”: Liberal Demokrat Partiyası parlamentdə üstünlüyü təmin edib  

16:53
08 Fevral

Azərbaycan və Türkiyə XİN rəhbərləri arasında telefon danışığı olub

16:49
08 Fevral

Sabahın hava proqnozu açıqlanıb

14:30
08 Fevral

ABŞ vitse-prezidentinin səfəri: Bakı-Vaşinqton münasibətlərində yeni mərhələ  

12:39
08 Fevral

Azərbaycanın qadın güləşçisi reytinq turnirində bürünc medal qazanıb  

12:17
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə qadın sahibkarın sağlam qida brendi ilə tanış olublar  

11:17
08 Fevral

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:03
08 Fevral

Gəncənin Şah Abbas məscidini ziyarət

10:55
08 Fevral

Dünya birjalarında neft bahalaşıb

10:45
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə uşaq evində olublar

10:13
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə STEAM mərkəzində və 37 nömrəli tam orta məktəbdə olublar  

10:01
08 Fevral

Leyla Əliyeva və Alena Əliyeva Gəncə Memorial Kompleksini və Milli Qəhrəman Natiq Qasımovun ailəsini ziyarət ediblər

09:01
08 Fevral

ABŞ Dövlət katibinin müavini gələn həftə Azərbaycana səfəri zamanı vitse-prezident Vensə qoşulacaq  

23:01
07 Fevral

Ermənistan XİN-də Azərbaycan ilə sülh sazişi müzakirə olunub  

23:00
07 Fevral

Azərbaycanın hərbi attaşesi Kayseri və Kahramanmaraşda şəhid ailələrini ziyarət edib  

22:59
07 Fevral

Rusiya Ermənistan AES-də yeni enerji bloku tikmək niyyətindədir  

20:59
07 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

19:14
07 Fevral

Milli Aviasiya Akademiyası ilə Təhsilin İnkişafı Fondu və “Kapital Bank” arasında əməkdaşlıq memorandumları imzalanıb  

18:53
07 Fevral

II “GİNius” intellektual yarışı başlayıb YENİLƏNİB

18:12
07 Fevral

Nazir: Azərbaycan terrorla mübarizədə daim Pakistanın yanındadır

15:41
07 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!