31 Oktyabr 2025 08:55
815
CƏMİYYƏT
A- A+
"O, bizim Adildi"

"O, bizim Adildi"


Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş kitab və rəsm sərgisi, eləcə də Vətən müharibəsi şəhidi, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuş tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun xatirəsinə həsr edilmiş "O, bizim Adildi" kitabının təqdimatı keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə şəhid baş leytenant Xaliddin Nəsibov, tibb xidməti leytenantı Adil Əfəndiyev, gizir Sərxan Abdullayev, gizir Tahir İsmayılov və gizir Elvin Əhmədovun xatirəsinə tikilən bulağın önünə tər qərənfillər düzərək igid Vətən oğullarının əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra 8 Noyabr - Zəfər Gününün beşinci ildönümünə həsr edilmiş rəsm və kitab sərgisinə baxış keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin, respublikamızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. Sonra şəhid Adil Əfəndiyevə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək  8 Noyabr - Zəfər Gününü xalqımıza bəxş edən qəhrəman şəhidlərimizin ata və analarını, əzizlərini, yaxınlarını təbrik edərək demişdir ki, hər bir şəhid bizim üçün əziz və unudulmazdır: "Qalib ölkənin qalib vətəndaşları olaraq 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, bu yolda canlarını fəda edən şəhidlərimizlə, sağlamlıqlarını itirən qazilərimizlə qürur duyuruq. 44 günlük Vətən müharibəsində Adil Əfəndiyev və onun kimi qəhrəman şəhidlərimiz canlarını  fəda etməklə bu torpağı göz bəbəyi kimi qorumağın hər birimiz üçün ən ümdə vəzifə olduğunu nümayiş etdirərək gələcək nəsillərə örnək olmuşlar". 

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək şəhidlərimizin ünvanına səmimi ürək sözlərini söyləmişdir: "Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bizim qürurlanmağa haqqımız var. Çünki biz qalib xalqıq. Bu qalibiyyəti bizə şəhidlərimiz, igidlərimiz, Ali Baş Komandanımız qazandırdı. Bu gün bu qəhrəman oğullarımızın əziz xatirəsini yaşatmaq hər birimizin borcudur. Adil Əfəndiyev haqqında yazılmış bu kitab isə həmin silsilə tədbirlərdən biridir". Sonra Barat Vüsal igid Vətən oğluna həsr etdiyi "Adil bulağı" adlı şeirini söyləmişdir.

Qazax RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək demişdir ki, birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 şəhid Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Rayon üzrə 44 günlük Vətən müharibəsində, 2022-ci ilin sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçulardan 2 nəfəri "Qarabağ", 8 nəfəri "Azərbaycan Bayrağı", 5 nəfəri 3-cü dərəcəli "Rəşadət", 14 nəfəri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, habelə 58  şəhid müxtəlif adda 226 medalla təltif edilmişlər.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Anar Əliyevin atası Vaqif Əliyev çıxış edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik etmiş, bu günü xalqımıza bəxş edən müzəffər ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdar olduğunu bildirmişdir. 

Tədbirdə şəhid həkim Adil Əfəndiyevin tələbə yoldaşı, "Vətən uğrunda", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmiş, tibb xidməti kapitanı Cəmaləddin Mikayıllı, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmiş şəhid Xəyal Əlizadənin anası Xatirə Xəyal, Vətən müharibəsi şəhidi, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, şəhid Adil Əfəndiyevin bacısı Nərmin Əfəndiyeva, "Qubadlının azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Vətən müharibəsi   iştirakçısı" medalları ilə təltif edilmiş, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Acil şöbəsinin müdir əvəzi Hafiz Kərimov çıxış edərək Adil Əfəndiyevlə bağlı xatirələrini danışmışlar. Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənləri Təmayüllü Məktəb-liseyin tarix müəllimi Arzu Abbasova da şəhidin məktəb illərindən söz açmış, 25 illik qısa, lakin şərəfli ömür yaşayan Adillə bağlı fikir bildirməyin, xatirə bölüşməyin qürurlu olduğunu qeyd etmişdir. 

Şairə Asimə Hüseyn, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri Rüfət Axundlu qəhrəman Vətən oğluna həsr etdikləri şeirləri səsləndirərək xatirəsinə ehtiramlarını bildirmişlər.

Tədbirin sonunda Adil Əfəndiyevin xatirəsinə həsr edilmiş "O, bizim Adildi" kitabının müəllifi  Xuraman Yusifqızına Qazax Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı təqdim olunmuşdur.


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib  

23:51
01 Noyabr

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:13
01 Noyabr

“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub

20:59
01 Noyabr

“Dakar-2026”: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

20:33
01 Noyabr

Media və Yayım Şurası bəyanat yayıb

15:52
01 Noyabr

“Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirib

14:11
01 Noyabr

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Zati-aliləri cənab Abdelmacid Tebbuna

13:54
01 Noyabr

Sabahın hava proqnozu açıqlanıb

13:51
01 Noyabr

Fərid Qayıbov: “Qələbə qaçışı”nda iştirakçıların sayı ildən-ilə artır

13:09
01 Noyabr

Bakıda VI “Qələbə qaçışı”na start verilib

11:07
01 Noyabr

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub  

22:47
31 Oktyabr

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

22:44
31 Oktyabr

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar  

22:43
31 Oktyabr

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub  

21:09
31 Oktyabr

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb  

20:07
31 Oktyabr

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır  

19:57
31 Oktyabr

İran müharibə ehtimalını istisna etmir

18:57
31 Oktyabr

Ukrayna Prezidenti İstanbulda səfərdədir

18:32
31 Oktyabr

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub  

18:01
31 Oktyabr

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

17:03
31 Oktyabr

Milli kimliyimizin və mənəvi bütövlüyümüzün təcəssümü

16:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!