22 Fevral 2024 08:35
1791
İQTİSADİYYAT
A- A+
Noyabrda bütün dünyanın diqqəti Bakıda olacaq

Noyabrda bütün dünyanın diqqəti Bakıda olacaq

 

COP29-un Azərbaycanda keçirilməsinə qərar verilməsi çox suallara aydınlıq gətirib

 

Münxendə Prezident İlham Əliyev ilə görüşən Dünya Bankının baş idarəedici direktoru Aksel Trotsenburq Azərbaycanın COP29-a evsahibliyi etməsini ölkəmizin "yaşıl keçid"ə və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi dəstəyin təzahürü kimi yüksək qiymətləndirmişdir. 
Görüşdə həmçinin Azərbaycanın xarici borcunun hazırda minimum səviyyədə olması çox müsbət göstərici kimi qeyd edilmiş, COP29 kimi mühüm tədbir çərçivəsində Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın geniş imkanları vurğulanmışdır. Prezident İlham Əliyev isə Azərbaycanda həyata keçirilən bərpaolunan enerji layihələri barədə məlumat vermiş, onların milli və regional səviyyəli layihələr olduğunu, ölkəmizin bərpaolunan enerji potensialının 157 QVt-ı keçdiyini diqqətə çatdırmışdır. 
Dünya Bankının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa hazır olması perspektivlərə pozitiv nəzər salmağa imkan yaradır. Bizim xarici borcumuzun hazırda minimum səviyyədə olması da yeni əməkdaşlıq perspektivləri vəd edir. Ölkəmizin yaxın zamanda ciddi "yaşıl enerji" ixracatçısına çevrilməsi gözlənilir və bu istiqamətdə mühüm addımlar atılır.  
Xatırladaq ki, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a evsahibliyi edəcək ölkə kimi müəyyənləşdirmişdir. Siyasi ekspertlər və iqtisadçılar belə hesab edirlər ki, bu qərar Azərbaycan Prezidentinin "yaşıl enerji", ekologiyanın qorunması sahəsində həyata keçirdiyi siyasətin nəticəsidir. Bu qərar həmçinin bizi dünyada daha güclü dövlət kimi tanıdır, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzu olduğunu təsdiqləyir. Ən vacibi isə odur ki,  bu qərarla Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirlərin mahir təşkilatçısı olduğunu göstərir. 
Biz həm də bu seçimi mübaliğəsiz olaraq Azərbaycan Prezidentinin növbəti qələbəsi kimi təqdim edə bilərik. Üstəlik, bu qərar son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə qarşı da tutarlı cavabdır. Ölkəmiz bununla bütün spekulyasiyaları alt-üst edərək heç kimin Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəyini, beynəlxalq aləmdə böyük nüfuz sahibi olduğunu göstərir. 
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulmuşdur. Ölkəmiz 2030-cu ilə qədər 1990-cı illə müqayisədə istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəflər  - 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması müəyyən edilmişdir. Ən əsası isə odur ki, Azərbaycan Prezidenti ölkəmizin işğaldan azad edilmiş ərazilərini "yaşıl enerji" zonası elan etmişdir. Bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransı - COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişmələrinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilmişdir. Sonuncu COP28 isə Dubayda təşkil edilmişdir. 100 minə yaxın nümayəndəni bir araya gətirən COP28 BMT tarixində ən genişmiqyaslı tədbir olmuşdur. Konfrans çərçivəsində təşkil edilmiş Zirvə toplantısına 120-dən artıq dövlət və hökumət başçısı qatılmışdır. Sözügedən tədbirdə Prezident İlham Əliyev də iştirak etmişdir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Dubayda keçirilən 28-ci sessiyasında Azərbaycanın 2024-cü ildə növbəti sessiyaya evsahibliyi edəcəyi də açıqlanmışdır. Bu, Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbir olacaq.  COP29-la bağlı Bakıya minlərlə qonaq gələcək. O səbəbdən ölkəmiz artıq tədbirə hazırlıq işlərinə başlamışdır. 

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!