18 Mart 2016 01:03
751
Mədəniyyət
A- A+
Novruz bayramı təsviri sənətdə

Novruz bayramı təsviri sənətdə

 

Xalqımızın mənəviyyatında və məişətində minilliklərlə yaşatmış olduğu, böyük coşqu və şövqlə sevə-sevə qeyd etdiyi ən qədim bayramlardan biri və bəlkə də birincisi Novruzdur. Həyatın başlanğıcı qədim Şərq fəlsəfəsində dörd ünsürün vəhdəti şəklində qəbul edilir: od, su, hava, torpaq. Bahar bayramı həyatın yenidən yaranışı, doğuşu kimi təzahür olunur. 

Təbiətin canlanması, bütün ağacların çiçəkləməsi, kol və bitkilərin yaşıllaşması, əkin işlərinin başlanması məhz baharda başlayır. Bu təbiət hadisəsinin müdrik xalqımız tərəfindən hər il qeyd edilməsi və həmçinin insanların yaxınlarını təbrik etməsi, zaman-zaman formalaşmış müxtəlif el deyimi, məsəllərində formalaşmışdır. Azərbaycanın folklor, musiqi və təsviri sənət əsərlərində Novruz adət-ənənələri geniş və hərtərəfli şəkildə təzahür etdirilmişdir. Novruz bayramının diqqəti cəlb edən, el dilindən və el məişətindən süzüb, bugünkü günümüzədək yaşadılan səhnələri Azərbaycan rəssamlıq sənətində və Azərbaycan rəssamlarının yaradıcılığında sevilərək müraciət edilən ən maraqlı mövzulardan olmuşdur. Ulu öndər Heydər Əliyev Novruz bayramı ilə əlaqədar demişdir: “Novruz bizim ümummilli bayramımızdır. Mən hesab edirəm ki, indi artıq müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz”.
Azərbaycan təsviri sənət tarixində Novruz bayramı və onun rəssamlıq sənətimizdə əksi ayrıca bir səhifəni təşkil edir. Baxmayaraq ki, sovetlər dövründə bu bayramın qeyd edilməsinə rəsmi qadağalar olmuşdur. Lakin xalqımız həmişə sevə-sevə bu bayramı keçirərək könüllərində yaşatmışdırlar. Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramı mövzusunda saxlanılan əsərlərə rəngkarlıq sahəsində xalq rəssamları Səttar Bəhlulzadənin (1909-1974) “Bahar nəğməsi”, “Xonça” (Etüd) “Torpağın arzusu”, “Azərbaycan nağılı”, Xalidə Səfərovanın (1925-2005) “Novruz”, “Çovkan”, “Çovkançılar”, Elbəy Rzaquliyevin (1926-2007) “Novruz bayramı”, Altay Hacıyevin (1931), “Novruz sandığı”, əməkdar rəssam Mahmud Tağıyevin (1923-2001) “Gül açan bağ”, “Bağçada yaz gülləri”, istedadlı rəssamlar Həsən Haqverdiyevin (1917-1978) “Bahar”, Sara Namitokova-Manafovanın (1932) “Novruz”, Orxan Hüseynovun (1978) “İçərişəhərdə bayram”, qrafika sahəsində xalq rəssamları Əzim Əzimzadənin (1880-1943) “Tonqal üstündən tullanmaq”, “Kos-kosa”, Elmira Şahtaxtinskayanın (1930-1997) “Novruz bayramı ərəfəsində”, “Qutablar”, əməkdar rəssamlar Ələkbər Rzaquliyevin (1903-1974) “Gəlinə hədiyyə ilə” (“Köhnə Bakı” silsiləsindən), Arif Ələsgərovun (1944) “Novruz”, “Kəndirbazlar” və başqalarını qeyd etmək olar.
Yuxarıda sadalanan rəssamların çoxu artıq Azərbaycan təsviri sənət tarixində sözlərini demiş və öz yaradıcılıq yolu ilə iz qoymuş sənətkarlardır.
Bənzərsiz və zəngin yaradıcılıq dünyasına malik, əfsanəvi fırça ustası Səttar Bəhlulzadənin yaratdığı bütün tablolarında, baxmayaraq ki, rəssam daha çox mənzərə əsərləri yaradırdı, milli mədəniyyətimizin hansısa bir elementini və ya rəmzi ifadəsini görməmək və duymamaq mümkünsüzdür. Rəssam “Azərbaycan nağılı” adlı əsərində sanki Azərbaycan dünyasını tabloda əks etdirmək istəmişdir. Kompozisiyada əzəmətli dağlar fonunda, göl ətəyində dairəvi iri xonçalar və xonçaların içərisi dolu bol Azərbaycan nemətləri çiçəkləmiş ağacların və güllərin əhatəsində o qədər ustalıqla və əsl sənət coşqusu ilə təsvir edilib ki, bu sehrin ağuşuna köklənmədən və bol estetik zövq almadan əsərdən ayrılmaq olmur. Rəssam eyni zamanda, tablonun yuxarı hissəsində dalğalanan kəlağayını təsvir etməklə bir növ yaradıcılıq işinə möhür basmışdır, yəni, əlavə heç bir şərhə ehtiyac duymadan tablodan Azərbaycan dünyasını asanlıqla sezmək olar. Sadalanan xüsusiyyətləri rəssamın Novruzla bağlı digər əsərlərinə də şamil etmək olar.
Xalidə Səfərovanın “Novruz” adlı əsəri diqqət çəkəndir. Kompozisiyada mərkəzdə Novruz bayramının ləziz nemətləri ilə bəzədilmiş xonça, xonçanın əhatəsində isə əllərində Bahar bayramının rəmzi olan səməni tutmuş xanımlar və xoruz döyüşdürən milli geyimli gənc oğlanlar təsvir edilib. Yallı rəqsinin ifaçılarının oyun hərəkətləri bayram sevincini daha da artırır. Əsər zəngin kolorit həlli ilə tamamlanıb. Rəssamın həmçinin milli çovkan oyununa həsr edilmiş əsərləri də nəzər-diqqəti cəlb edir.
Elbəy Rzaquliyevin “Novruz bayramı” əsərində isə Xəzər dənizinin fonunda, İçərişəhərdə Novruz bayramı şənliklərinin bədii təsviri əks olunub. Tabloda kəndirbazın oyunu və milli geyimli rəqqasələrin müxtəlif pozalı hərəkətləri əsl bayram əhval-ruhiyyəsini təcəssüm etdirir. Əsərin sağ hissəsində təsvir edilmiş xalça nümunəsinin təsviri əsərin bədii ifadəliliyini daha da artırır.
Tanınmış rəssam Ələkbər Rzaquliyev öz yaradıcılığında xalqımızın məişət və etnoqrafik ənənələrini böyük ustalıqla tərənnüm etməkdən yorulmamışdır. Rəssamın “Köhnə Bakı” silsiləsinə aid əsərlərinin hər biri bədii estetik məziyyətləri ilə yanaşı, özünəməxsus dəqiq işlənilmə xüsusiyyətləri ilə də seçilir. “Gəlinə hədiyyə ilə” adlı əsərində rəssam Novruz ərəfəsində bayram şirniyyatları ilə dolu xonça ilə qız evinə bayram görüşünə tələsən ailənin bədii görüntülərini təsvir edib. İçərişəhərin fonunda milli geyimli ailə üzvlərinin fərdi xarakterik xüsusiyyətləri incə cizgi, ştrix elementləri ilə ustalıqla əks etdirilib.
E.Şahtaxtinskaya “Novruz bayramı ərəfəsində”, “Qutablar” adlı əsərlərini yaradarkən Azərbaycan xalqının ən qədim adət-ənənələrinə yaradıcı şəkildə müraciət edib. Rəssam Novruz bayramına hazırlıq mərhələsində, qadınların səmənilərin əhatəsində milli şirniyyat növləri - paxlava, şəkərbura, digər əsərində isə milli ornamentli kilim üzərində əyləşmiş üç qadının Azərbaycan mətbəxinin ləziz nemətlərindən hesab olunan qutab hazırladıqları məqamda təsvir edib. Hər iki əsər öz dolğun bədii lövhələri, zəngin etnoqrafik çalarları və zəngin kolorit həlli ilə diqqəti cəlb edir. Bu bədii əsərlər həm də milli etnoqrafik xüsusiyyətlərimizin mükəmməlliklə təsviri baxımından da əhəmiyyətlidir.
Yuxarıda sadalanan əsərlər Azərbaycan rəssamlarının Novruz bayramına həsr edilmiş bədii yaradıcılıq işlərinin kiçik bir qismini təşkil edir. Azərbaycan xalqının tarixində və məişətində geniş şəkildə kök salmış və hər il dövlət səviyyəsində qeyd edilən bu bayram və bayramın gözəl xüsusiyyətləri həmişə rəssamlarımızın ilham qaynağına çevrilib və onların yaradıcılığında geniş təzahürünü tapıb.

Əsəd QULİYEV,
Azərbaycan Milli İncəsənət Muzeyinin böyük elmi işçisi, Rəssamlar İttifaqının üzvü, sənətşünas

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!