16 Sentyabr 2026 22:23
166
İQTİSADİYYAT
A- A+
Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib  

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib  


2026-cı il və növbəti üç ili əhatə edən ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və onun əsasında hazırlanan 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, onların 2027-2030-cu illəri əhatə edən növbəti mərhələsi, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi aktual çağırışlar hesab olunur. Qeyd olunanlarla yanaşı, iqtisadiyyatın digər sahələri üzrə qəbul edilmiş strategiya və dövlət proqramlarının icrası üçün maliyyə təminatının yaradılması ortamüddətli büdcə siyasətinin əsas məqsədlərinə aiddir.

2027-ci ildə gəlirlər sahəsində həyata keçiriləcək əsas istiqamətlər ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədi daşıyır. Bu tədbirlər çərçivəsində vergi borclarının idarə olunması sahəsində daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi və vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır. Qeyd olunanlar nəzərə alınmaqla, 2027-ci il üzrə gəlir siyasətinin əsas istiqamətləri aşağıdakı kimi nəzərdə tutulur:

-Biznes mühitinin fəaliyyətinin, investisiya qoyuluşunun təşviqi və vergitutma bazasının genişləndirilməsi. Vergi siyasətində prioritetlərdən biri olan biznes mühitinin daha əlverişli və proqnozlaşdırıla bilən əsaslarla formalaşdırılması, real sektorun inkişafını dəstəkləyən mexanizmlərin gücləndirilməsi və investisiya fəallığının təşviqidir. Bu çərçivədə müddəti başa çatan vergi güzəşt və azadolmalarının müddətinin uzadılması, qeyri-neft sektorunun inkişafı məqsədilə nəticəyönümlü yeni güzəştlərin müəyyən edilməsi nəzərdə tutulur.

-Vergi inzibatçılığının və nəzarət mexanizmlərinin daha da təkmilləşdirilməsi. Vergi gəlirlərinin dayanıqlılığının təmin edilməsi baxımından əsas istiqamətlərdən biri vergitutma bazasının genişləndirilməsi və vergitutma obyektlərinin daha dəqiq müəyyən edilməsidir. Bu çərçivədə uçot, hesabat və ödəmə intizamına nəzarətin gücləndirilməsi nəzərdə tutulur.

-Vergi borcları üzrə möhlət mexanizminin sadələşdirilməsi və təşviqlərin tətbiqi. Vergi borclarının idarəolunması sahəsində əsas istiqamətlərdən biri borcların tənzimlənməsi mexanizmlərinin sadələşdirilməsi, ödəyicilər üçün daha çevik yanaşmaların tətbiqi və könüllü ödəniş intizamının gücləndirilməsidir. Bu çərçivədə vergi borcları üzrə möhlət verilməsi prosedurlarının təkmilləşdirilməsi, ödəmə qabiliyyətində çətinlik yaşayan, lakin iqtisadi fəaliyyətini davam etdirən vergi ödəyiciləri üçün daha əlverişli mexanizmlərin müəyyən olunması, habelə müəyyən şərtlər daxilində maliyyə sanksiyaları və penya üzrə güzəştlərin tətbiqi imkanlarının nəzərdən keçirilməsi nəzərdə tutulur.

Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli xərc prioritetləri əsasında müəyyənləşdirilib. Belə ki, 2027-2030-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək. Ümumilikdə, ortamüddətli dövrdə dövlət büdcəsinin əsas xərc istiqamətləri aşağıdakılardır:

-dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, o cümlədən rəqəmsal inkişafyönümlü və innovasiya tutumlu sahələrə investisiyaların artması, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması və biznes-investisiya mühitinin yaxşılaşdırılması;

- ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən sərhədlərin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləş-dirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;

- işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi;

- rəqəmsal inkişaf sahəsində müəyyən edilən prioritetlərin həyata keçirilməsi, eləcə də süni intellekt texnologiyalarının tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal transformasiya proseslərinin sürətləndirilməsi;

- əhalinin sosial müdafiəsi və rifahı, xüsusilə həssas təbəqələrin sosial təminatının daha da gücləndirilməsi;

- iqtisadiyyata dövlət büdcəsindən birbaşa və dolayısı ilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;

- müdafiə olunan xərclərin, o cümlədən əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;

- dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatı;

- təmiz ətraf mühit və “yaşıl artım”ın təmin olunması, eləcə də yaşıl enerji mənbələrinin genişləndirilməsi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağdamda fermer təsərrüfatlarına baxış keçirilib, qarşıda duran vəzifələr müzakirə olunub  

23:47
16 Sentyabr

2027-ci ildə əsas kapitala yönələn investisiyalarda 2,4 faiz artım proqnozlaşdırılır

23:37
16 Sentyabr

Azərbaycanda zəlzələ baş verib

23:28
16 Sentyabr

FED 2023-cü ildən bəri ilk dəfə uçot dərəcəsini artırıb

23:16
16 Sentyabr

Manatın məzənnəsi gələn il də sabit qalacaq

23:01
16 Sentyabr

2027-ci ilin sonuna ÜDM-in həcmi 141 milyard manat təşkil edəcək

22:44
16 Sentyabr

Növbəti il və sonrakı üç il üzrə büdcə siyasətinin istiqamət və hədəfləri müəyyən edilib  

22:23
16 Sentyabr

Gələn il üçün inflyasiya proqnozu açıqlanıb

22:01
16 Sentyabr

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat proqnozlaşdırılır  

21:41
16 Sentyabr

Gələn il icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat proqnozlaşdırılıb

21:17
16 Sentyabr

Gürcüstanın Baş naziri Çin şirkətinin nümayəndələri ilə Orta Dəhlizin perspektivlərini müzakirə edib

21:07
16 Sentyabr

2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama

20:49
16 Sentyabr

Türkiyə-Azərbaycan Universitetində Bilik Günü tədbiri keçirilib

20:42
16 Sentyabr

Tətildən dərhal sonra idman etmək olar?   

20:39
16 Sentyabr

QAFQAZ ALBANİYASI: TARİXİ İRS VƏ VARİSLİK ƏNƏNƏSİ

20:36
16 Sentyabr

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qazaxıstan Respublikasına səfər edib  

20:05
16 Sentyabr

Qəbələnin aqrar sektoru inkişaf dövründə: Yeni Dövlət Proqramının icrası istiqamətində layihələrə baxış keçirilib  

20:04
16 Sentyabr

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib  

20:02
16 Sentyabr

Azərbaycan-Türkiyə diaspor əməkdaşlığının perspektivləri müzakirə olunub  

20:01
16 Sentyabr

Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna media-tur təşkil olunub  

20:00
16 Sentyabr

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib  

19:58
16 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!