15 Dekabr 2022 02:14
1121
Mədəniyyət
A- A+
“Nobel” ən uzunömürlü və nüfuzlu mükafatdır

“Nobel” ən uzunömürlü və nüfuzlu mükafatdır

 

1888-ci ildə Paris qəzetlərinin birində dərc olunmuş manşet xəbəri dünyanın ən nüfuzlu mükafatının təsis edilməsinin əsas səbəbi olur. Qəzetin ilk səhifəsində yer alan "Ölüm taciri dünyasını dəyişdi" başlıqlı xəbəri oxuyan milyonçu və kimyaçı alim Alfred Nobel öz ölümündən bəhs edən xəbərə çox təsirlənir. 
Əslində, həmin vaxt onun qardaşı Lüdviq dünyasını dəyişsə də, qəzetdə səhvən Alfred barədə nekroloq dərc edilmişdi. Qəzetin səhvinə baxmayaraq, Alfred Nobel yalnız "ölüm taciri" kimi xatırlandığı üçün narahat olmağa, ölümündən sonra necə yadda qalacağı barədə düşünməyə başlayır. Ona görə də vəsiyyətini dəyişərək, sərvətinin 94 faizini elmə töhfə verən şəxsiyyətlərə ayırmağa qərar verir. 
Beləliklə, həyatdan köçdükdən sonra xoşməramlı insan kimi xatırlanmağı arzulayan Alfred tarixə düşən hadisəyə imza atır və "Nobel" mükafatını təsis edir. Dinamit ixtirasına görə vaxtilə "ölüm taciri" adlandırılan alim bununla da nüfuzlu mükafatın yaradıcısına çevrilir. 
1895-ci ildə təsis edilən beynəlxalq mükafat alimin ölümündən 5 il sonra, ilk dəfə 1901-ci ildə alman fizik Vilhelm Rentgenə təqdim edilir. 
"Nobel" mükafatı Alfred Nobelin vəsiyyətinə əsasən, ilkin olaraq 5 kateqoriya - kimya, fizika, tibb, ədəbiyyat və sülh üzrə müəyyən olunsa da, 1969-cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü ilə iqtisadiyyat üzrə "Nobel" mükafatı nominasiyası da təsis edilir.
Fizika, kimya, tibb, ədəbiyyat və iqtisadiyyat nominasiyaları üzrə mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması nominasiyası üzrə mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir. 
Onu da qeyd etmək lazımdır ki, Nobel qardaşları sərvətlərinin bir qismini XIX yüzilliyin sonunda Bakı neftindən əldə etdikləri gəlir hesabına qazanıblar. Onlar Bakı ilə yaxından tanış olduqdan sonra buranın əsl var-dövlət mənbəyi olduğunu başa düşüb, "Nobel qardaşları yoldaşlığı" şirkətinin əsasını qoyublar. Nobellərin neftdoldurma tankerini icadından sonra Bakı neft hasilatına görə ABŞ-ni ötüb keçib və dünyada birinci yerdə qərarlaşır. Həmin dövrdə Bakıda fəaliyyət göstərən xarici sərmayəçilər arasında aparıcı yer Nobel qardaşlarına məxsus olur.

 

2022-ci ilin laureatları 

 

2022-ci ilin "Nobel" mükafatı qaliblərinin adları oktyabrın ilk ongünlüyündə ictimaiyyətə açıqlanıb. Qaliblər hər nominasiya üzrə təxminən üç min nəfər arasından seçilib. 
Bu il fiziologiya və ya tibb nominasiyası üzrə "Nobel" mükafatı isveçli bioloq Svante Paaboya, fizika nominasiyası üzrə "Nobel" mükafatı fransalı fizik Alen Aspekt, amerikalı fizik Con Frensiz Klozer və avstriyalı fizik Anton Tsaylingerə, kimya nominasiyası üzrə "Nobel" mükafatı isə amerikalı kimyaçılar Karolin Bertozzi və Barri Şarpless, danimarkalı kimyaçı Morten Meldala təqdim edilib.
Ben Şalom Bernank, Duqlas Uorren Daymond və Filip Dibviq 2022-ci ilin iqtisadiyyat üzrə "Nobel" mükafatını banklar və maliyyə böhranları üzrə araşdırmaya görə qazanıblar.
Fransız yazıçı Annie Ernaux isə cari ilin ədəbiyyat üzrə "Nobel" mükafatının qalibidir.
Xatırladaq ki, bu günə qədər altı nəfər və ya təşkilat "Nobel" mükafatını bir dəfədən çox qazanmağa nail olub. Ümumilikdə isə bu beynəlxalq mükafat 840 nəfər və ya təşkilata təqdim edilib. 

 

"Nobel" mükafatına inam azalır?

 

Dinamiti icad edən bir alimin adını daşıyan "Nobel" mükafatı elmi müstəvidə rəqabətin yaranmasına səbəb olub. Bununla yanaşı, Nobel Komitəsinin son illərdə verdiyi bəzi qərarlar bir sıra hallarda mübahisə predmetinə çevrilir və mükafatın nüfuzuna xələl gətirir. Belə ki, fizika və kimya nominasiyaları üzrə qadınların daha az diqqət görməsi, müəyyən səbəblərdən mükafatın verilməsinin gecikdirilməsi, bəzi alimlərin 15-20 il əvvəlki kəşfinə görə mükafata layiq görülməsi və s. kimi amillər narazılıq yaradır. Məsələn, fizik Vitali Ginzburqa 20 il əvvəlki kəşfinə görə "Nobel" mükafatı verilib. Bəzi alimlərin elmi kəşflərinin komitə tərəfindən araşdırılması isə onların ölümündən sonraya təsadüf edir. Belə olan halda həmin alimlərin mükafatı ala bilməməsi komitə barədə qismən mənfi fikirlər formalaşdırır. Həmçinin "Nobel" mükafatına layiq görülən alimlərin əksəriyyətinin uzun illərdir ki, əsasən amerikalı, ingilis və ya yapon olmaları da narazılığa səbəb olan amillərdəndir.
Nobel Komitəsi isə elm dünyasında cins və məkan fərqi qoymadığını və bəzi elmi kəşflərin dəyərləndirilməsinin on illərlə vaxt aldığını bildirərək iddiaları təkzib edir. Ən böyük elmi tədqiqat mərkəzlərinin sözügedən ölkələrdə yerləşdiyinə və elmlə məşğul olanlar arasında kişilərin say çoxluğuna diqqət çəkən mütəxəssislər isə Nobel Komitəsi ilə razılaşırlar. Onların fikrincə,  komitə nominasiyalar üzrə laureatların seçimində həmişə obyektivliyini qoruyur. Nəzərə almaq lazımdır ki, dövlət büdcəsindən elmi məsələlər üçün daha çox vəsait ayıran ölkələrdə elmin sürətli inkişafı və alimlərin "Nobel" mükafatına layiq görülməsi təbiidir. Bu, bir daha sübut edir ki, elmdə varislik prinsipinin qorunması vacibdir. 

 

"Nobel" uğrunda mübarizə

 

Bu günə qədər "Nobel" mükafatını qazananların təxminən 20 faizi yəhudilərdir. Yəhudilər bu mükafatı qazananlar arasında üstünlük təşkil edib və bütün nominasiyalar üzrə laureat olmağı bacarıblar. 1905-ci ilin qaliblərindən olan kimyaçı alim Adolf fon Bayer "Nobel" mükafatı alan ilk yəhudi kimi tarixə düşüb. 96 yaşlı yəhudi alim Artur Aşkin isə bu mükafata layiq görülən ən yaşlı alim olub. 
Bu günə qədər Türkiyədən yalnız iki nəfər "Nobel" mükafatına layiq görülüb. Orxan Pamuk 2006-cı ildə ədəbiyyat üzrə, Əziz Sancar isə 2015-ci ildə kimya üzrə "Nobel" mükafatı laureatı olub. Dünyaşöhrətli alim Əziz Sancarın ölkəmizə səfərləri həm Azərbaycanda, həm də Türkiyədə böyük coşqu ilə qarşılanıb. Prezident İlham Əliyev Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında çıxışı zamanı Əziz Sancarı həm alim, həm də layiqli vətəndaş və türkçü kimi gənclərə örnək göstərib. Deyib ki, "Siz gənclər Əziz bəyə oxşamağa çalışmalısınız". Əziz Sancar təkcə Türkiyəni deyil, bütün türk dövlətlərini dünya elminin zirvəsində təmsil edir.
"Nobel" mükafatına layiq görülənlər arasında ölkəmizdə doğulub boya-başa çatan və ya əslən azərbayanlı olan alimlər də var. 1962-ci ildə fizika üzrə "Nobel" mükafatı qazanmış Lev Landau Bakıda yəhudi ailəsində dünyaya gəlib, Bakı Dövlət Universitetində ali təhsil alıb. Azərbaycanlı hüquq müdafiəçisi Şirin Ebadi isə 1947-ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində anadan olub. O, demokratiyanın inkişafı və insan haqları, xüsusilə də İranda qadın və uşaqların hüquqları uğrunda mübarizəyə görə 2003-cü ildə "Nobel" sülh mükafatına layiq görülüb. 
"Nobel" sülh mükafatının 2005-ci ildə təqdim edildiyi şirkətlərdən biri də Avstriyada fəaliyyət göstərən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik olub. Mükafat uğurlu işlərinə və dünyada sülhün təminatına görə azərbaycanlı alim Bəxtiyar Siracovun çalışdığı agentliyə verilib. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olub. Beləliklə, Bəxtiyar Siracov qrup halında olsa da, "Nobel" mükafatına layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşüb.
Azərbaycan alimlərindən danışarkən, sözsüz ki, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan dünyaca məşhur alim Lütfi Zadəni yada salmamaq mümkün deyil. Təəssüf ki, Lütfi Zadənin bütün dövrlər üçün aktual olan qeyri-səlis məntiq nəzəriyyəsi hələ də "Nobel" mükafatına layiq görülməyib. Nobel Komitəsi həmin nəzəriyyəni riyazi iş kimi dəyərləndirdiyi üçün ona mükafat təqdim edə bilməyəcəyini açıqlayıb. 
Xatırladaq ki, Alfred Nobelin vəsiyyətinə görə, riyaziyyat üzrə elmi işlərə mükafatın təqdim edilməsi nəzərdə tutulmayıb. Riyaziyyat sahəsində "Nobel" mükafatının təsis edilməməsi haqda indiyə qədər də müxtəlif versiyalar səsləndirilir. Bunu Alfred Nobelin özündən yaşca çox gənc olan həyat yoldaşının sevgilisinin riyaziyyatçı olması, yaxud da onun İsveç riyaziyyatçısı Qustav Mittaq-Leflerə olan antipatiyası ilə əlaqələndirirlər. 
Lakin qeyri-səlis nəzəriyyənin müxtəlif elm sahələri ilə əlaqəsi, bir çox elmdə tətbiqi elementləri var. Ona görə də bir neçə il əvvəl qeyri-səlis nəzəriyyənin iqtisadiyyata tətbiqi ilə bağlı olaraq Lütfi Zadənin iqtisadiyyat nominasiyası üzrə namizədliyi irəli sürülsə də, ona "Nobel" mükafatı yenə də verilməyib. 

 

Nobelin ən böyük icadı

 

1888-ci ildə Paris qəzetlərinin birində dərc edilmiş nekroloqla ölüm tarixi ifadəsini işlətməklə Alfred Nobelin dinamiti icad etməsindən bəhs olunurdu. Nobelin icad etdiyi dinamit bəzən ölümlərə səbəb olduğu üçün bir sıra hallarda etirazla qarşılanıb. Əslində isə dinamitdən təkcə müharibələrdə deyil, həm də tikinti işlərində geniş istifadə edilib. Yəni onun ixtirası yalnız savaşa deyil, həm də quruculuğa xidmət edib. Bütün sərvətini vəqfə bağışlayan Nobelin ən böyük icadı isə insanlıq üçün faydalı olan şəxsləri sağlam rəqabətə ilhamlandırmaq olub. Yaradıcılıqları və ixtiraları ilə dünyanı dəyişdirən həmin alimlər isə indi bəşəriyyətin ilham və ümid qaynağıdır. 
"Nobel" mükafatı laureatlarının əksəriyyəti onlara təqdim edilən təxminən bir milyon dolları əsasən xeyriyyə üçün bağışlayırlar. Əsl alimlər etiraf edirlər ki, onların icadları dünyanı dəyişdirmək iqtidarında olsa belə, onlar bu uğurlarına görə elə bəşəriyyətin özünə borcludurlar. 

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!